1

Xutbətul

Hacə

:

adı ilə məşhur olan bu duanı cümə və s. xütbələrdə Peyğəmbər  oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk hissəsini bizə Əhməd 1/392, 293, 432, Əbu Davud 2188, Tirmizi 1105, İbn Macə 1892 və başqaları rəvayət etmişlər.

2

Hədisin İkinci Hissəsini

: Muslim "Şərhu Nəvəvi" 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188, 189 və digərləri rəvayət etmişlər. Hədis alimi Muhəmməd Nəsirəddin əl-Albani hədisin bütün rəvayətlərini bir yerə toplayaraq “Xutbətul-Hacə” adlı bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Hədis Şeyx əl-Albani tərəfindən səhih hesab olunur.

3 Əbu Davud, əl-Albani “Zəif”.

4 Cəmiul usul Fi Hadisil Rasul 41,42.

5

Həntəm –

tərkibinə yun və qan qatılmış gildən düzəldilmiş yaşıl rəngli cürdək. Əvvəllər bu cür qablarda şərab saxlayardılar.

6

Dubba –

şərab saxlamaq üçün qurudulmuş boranıdan düzəldilmiş qab.

7

Nəqir –

şərab saxlamaq üçün içi oyulmuş xurma kötüyündən düzəldilmiş qab.

8

Muzəffət, Müqəyyər

– şərab saxlamaq üçün yanları qatranla malalanmış qab­.

9 Nəvəvi  demişdir: “Peyğəmbərin  Muazı  təkrar çağırması, ona söyləyəcəyinə diqqət yetirməsi və onu axıra kimi dinləməsi üçün idi. Rəvayət edilir ki, Peyğəmbər  bir söz söylədiyi zaman, (söylədiklərini) başa düşsünlər deyə, onu üç dəfə təkrar edər, habelə bir tayfanın yanına gəlib onları salamladıqda, üç dəfə salam verərdi” (Buxari 94).

10 Peyğəmbər  demək istəmişdir ki, yəmənlilər başqalarına nisbətdə daha tez imana gəlirlər.

11 Burada Peyğəmbər  başları dəvələrinə qarışmış, getdikcə kobudlaşan insanları nəzərdə tutur.

12 Xəttabi demişdir: Burada “şeytanın iki buynuzu” yaramaz işlərə məsəl çəkilmişdir.

13 Yəmənlilər həm imanda, həm dini anlamaqda, həm də hikmətlə davranmaqda bir çoxlarından seçilirlər.

14 Digər isnadla rəvayət olunmuş bu hədisin tamamında deyilir:

“...Uca Allah onun dediyini təsdiq edib, bu ayəni nazil etdi: “Onlar Allahla yanaşı başqa mə­buda yalvarmaz, Alla­hın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər.” (əl-Furqan 68).



15 Peyğəmbərin : “...onun halı, sənin onu öldürməmişdən qabaqkı halın kimi olcaq” sözü o deməkdir ki, zahirən müsəlman olduqdan sonra onun qəsdinə durmaq qadağan olacaq, özü də şəriətə uyğun şəkildə mühakimə olunacaq. “Sənin halın onun bu sözü deməmişdən əvvəlki halı kimi olacaq” sözü isə o deməkdir ki, əgər sən onu öldürsən, onun varislərinin səndən qisas və ya qan­bahası almağa haqqı olacaq. “Fəthul Bari” 19/301.

16 Ölüyə ağladıqda həddi aşan hər kəs Peyğəmbərin  sünnəsinə zidd hərəkət etmiş hesab olu­nur.

17

Vadil-Qura –

Mədinə ilə Şam sərhədləri arasındaa yerləşən qədim bir kənddir.

18 Ehtimal edilir ki, o, bununla Osman İbn Əffanın  xilafəti dövründə Kufənin əmiri olmuş Vəlid İbn Ukbəni və onun kimilərini qəsd edirmiş. Çünki Vəlid camaat namazını gecikdirərdi və ya onu lazımi qaydada qıldırmazdı. Elə bu səbəbdən də Allahdan qorxan dindarlar namazı gizlində qorxa-qorxa qılar, sonra da gəlib onun arxasında həmin namazı qılardılar ki, cəzalandırılmasınlar və ya ən azı qınanmasınlar. Fəthul Bari 9/298.

19

(Lut) dedi: “Kaş ki, sizə ça­tan bir qüvvəm olaydı, yaxud möh­kəm bir da­yağa söykə­nəydim!”. (Hud 80).



20 Burada xışıltı deyildikdə Allahın buyruqlarını yazan mələklərin qələmlərinin xışıltısı qəsd edilir.

21 Bu, Kəbəyə bitişik yarımdairə şəklində hörülmüş, hündür olmayan divarla Kəbənin arasındakı yerdir. Bu yer Hicr və ya Hətim adlanır. Diqqət edin! İmam Buxari “Səhih” əsərində “Yaradılışın başlanğıcı kitabında” nəql etdiyi hədisdə: “Mən Kəbənin yanında ikən...”, Zuhrinin Ənəsdən , onun da Əbu Zərdən  rəvayət etdiyi hədisdə: “Mən Məkkədə ikən evimin tavanı açıldı...” deyilir, habelə Vaqidinin gətirdiyi rəvayətlərdə Peyğəmbərin  Əbu Talibin evindən, Təbəraninin rəvayətində isə onun Ummu Haninin evindən meraca getdiyi xəbər verilir. Bu rəvayətləri cəm edib demək olar ki: “Həmin vaxt Peyğəmbər  Ummu Haninin evində imiş. Ummu Haninin evi isə Əbu Talibin həyətində yerləşirmiş. Sonra evin tavanı açılmış və Cəbrail  gəlib Peyğəmbəri  Kəbənin yanına aparmışdır. O, Kəbənin yanında uzanıb yarıoyaq-yarıyuxulu ikən mələk onu məscidin qapısının yanına gətirmiş və Buraqa mindirmişdir”. “Fəth əl-Bari” 11/216.

22 Burada “Üç kişi” deyildikdə Peyğəmbər , Həmzə  və Cəfər  nəzərdə tutulur. Hə­min vaxt Peyğəmbər  onların arasında uzanmışdı.

23 Burada Məkkədən bir mil aralıda yerləşən Əzrəq vadisi nəzərdə tutulur.

24

Yəhudilər: “Üzeyr Allahın oğludur”– dedilər. Xaçpərəstlər də: “Məsih Allahın oğludur” dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. Bu, daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə də haqdan döndərilirlər

!”. (ət-Tovbə 30).



25 O möminlər dünyada ikən Allaha itaət edir, onun buyuruqlarını yerinə yetirir və qadağan etdiyi şeylərdən çəkinirdilər, üstəlik qohum-əqrəbalarından, habelə digər yaxın adamlarından Allaha asi olan kimsələri sevmirdilər, onlara ehtiyacları olsa da belə, onlara yaxınlıq vermir­dilər. Uca Allah Quranda onları belə vəsf edir:

Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olan­larla – öz

ataları, oğulları, qar­daşları, qohum-əqrəbaları olsalar belə – dostluq

etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir.

Allah

onları

ağacları

altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar.

Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın

firqəsidir. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır

” (əl-Mucadilə

22).



26 Yəni Allahın isim və sifətlərinə dair Quran və Sünnədə varid olan dəlillərdən bildikləri vəsflərə uyğun surətdə gələcək.

27 Bu hədislərdən güman edilə bilər ki, münafiqlər də möminlərlə bərabər Uca Allahı görə­cəklər. Lakin bu fikir batil və əsassız bir fikirdir. Peyğəmbərin : “Axırda bu ümmət, içində olan münafiq­lərilə birlikdə qalacaqdır” sözü münafiqlərin Allahı görəcəklərinə dəlalət etmir. Əksinə, Quran və Sünnədə varid olmuş dəlillərə əsasən, möminlərdən başqa heç kəs Allahı görməyəcəkdir.

28 Muhəmməd Peyğəmbərin  səhabələri və ilk müsəlman ilahiyyatçıları “Allah” sözünün təyin olduğu iki söz birləşməsi arasında fərq qoyardılar:

1).

söz birləşməsində təyin edilən söz canlı şəxs olduqda və ya cansız əşya olduqda. Məsələn, Beytullah (Allahın Evi); Rəsulullah (Allahın Elçisi); Abdul­lah (Allahın qulu); Ruhul­lah (Allahın Ru­hu). Bu və başqa belə ifadələrdə təyin olunan söz Uca Allah tərəfindən yaradılmışları bildirir. “Allahın Ruhu” ifa­dəsi onu Allahın yaratdığını və onun Ona məxsus oldu­ğunu bildirir. Bu adla Allahın peyğəmbəri İsa  çağırılır. Onu yaradan zaman Allah: “Ol!”- deyə buyurmuş və o peyğəm­bər də qeyb­dən yaranmışdır. Eynilə bu qaydada Adəm  peyğəmbərin də ruhu xəlq edilmişdir.

2).

söz birləşməsində təyin olunan söz keyfiyyət bildirəndə. Məsələn: Elmullah (Allahın elmi); Kəlamullah (Allahın sözü); Zatullah (Allahın Özü). Bu və digər belə ifadələr Uca Allaha xas olan ilahi keyfiy­yətləri əks etdirir.

“İsmətini qoruyan Məryəmi də yada sal! Biz ona Öz ruhu­muzdan Cəb

rail vasitəsilə üfürdük, onu və onun oğlunu aləmlərə bir mö­cüzə etdik”. (əl-Ənbiya 91).



29 Bu ləfz ravinin xətasıdır. Belə ki, Peyğəmbər  həm özünə, həm də başqalarına ruqya edərdi, habelə həm Cəbrail , həm də Aişə  ona ruqya edərdilər, həmçinin səhabələr də ruqya edərdi.

30 Burada südəmər oğlan uşağı nəzərdə tutulur. Belə ki, onun sidiyinin bulaşdığı yerin tə­mizlənməsi üçün həmin yerə su səpmək kifayətdir. Yemək yeyən körpənin, habelə qız uşağı­nın sidiyinin bulaşdığı yeri isə yumaq vacibdir. Əli İbn Əbu Talib  rəvayət edir ki, Peyğəm­bər  buyurdu: “Oğ­lan uşağı­nın sidiyinin üstünə su çilənməli, qız uşağının sidiyi bulaşdığı yer isə yuyulmalıdır”. Qətadə  dedi: “Bu, yemək yeməyən körpələrə aiddir. Elə ki, yemək yeməyə başladılar, hər ikisinin sidiyi yuyulmalı­dır”. “Musnəd İmam Əhməd” 757, “Sunən Əbu Davud” 376, “Sunən Tirmizi” 71, “Sünən Nəsai” 304. Körpə oğlan uşa­ğı süd əmdiyi müddətdə onun sidiyinin üstünə su səpmək bəs edir. Yemək yeməyə başladıqda isə artıq onun yuyulması vacib olur.

31 Pollyusiya – yuxuda ikən sperma axıtmaqdır.

32 Qadınla yaxınlıq etdikdən, habelə şəhvət nəticəsində məni ifraz etdikdən sonrakı hal.

33

Saa –

ölçü vahididir və dörd mudda bərabərdir. Bir mudd isə insanın iki ovucuna bərabərdir ki, bu da yeddi yüz qrama bərabərdir. Səmərul-Müstətab 1/28.

34

Hərura –

Kufə şəhərinin yaxınlığında yerləşən kənddir. Əli İbn Əbu Talibdən  üz döndərib camaatdan ayrılmış on iki min xəvaric də məhz bu kənddə toplaşmış və camaata qarşı çıxmışlar. Onlar belə hesab edirdilər ki, heyzdən təmizlənmiş qadın heyz əsnasında buraxdığı namazlarını yenidən qılmalıdır.

35

İzar –

qurşaqdan aşağı bədən əzalarını örtmək üçün belə bağlanılan örtük.

36 Quranın əmri: “

ən-Nəsr

” surəsində olan:

“Rəbbini həmd ilə rəsbih et...”

ayəsidir.

37 Əvali – Mədinənin ətrafında olan yaşayış yerləri.

38 Bir övqiyə 40 dirhəmə bərabərdir. Demək, 5 övqiyə 200 dirhəmə bərabərdir. O dövrün 1 dirhəmi 0,7 misqala, 200 dirhəmi 140 misqala – bu da 595 qram gümüşə bərabərdir. Qızıla gəlincə, onun miqdarı iyirmi dinar və bundan artıq olduqda onun qırxda bir hissəsi və ya 2,5 % zəkat verilməlidir. O dövrün 1 dinarı 4,25 misqala, 20 dinarı 85 qram gızıla bərabərdir. “Şərh Zadul-Müstəğna” 6/103-104.

39 Söhbət sübh namazından qabaq qılınan iki rükət sünnət namazından gedir.

40
©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

في قوله تعالى أولئك الذين يدعون يبتغون إِلى ربهم الوسيلة - اللؤلؤ والمرجان فيما اتفق عليه الشيخان المؤلف : محمد...


في قوله تعالى أولئك الذين يدعون يبتغون إِلى ربهم الوسيلة


Allahın: “Onlarin Yalvardıqları Məbudlarin Özləri Də Rəbbinə – Hansı Daha Yaxın Olacaq Deyə Vəsilə Axtarırlar”


حديث ابْنِ مَسْعُودٍ (إِلَى رَبِّهِمُ الْوَسِيلَةَ) قَالَ: كَانَ نَاسٌ مِنَ الإِنْسِ يَعْبُدُونَ نَاسًا مِنَ الْجِنِّ، فَأَسْلَمَ الْجِنُّ، وَتَمَسَّكَ هؤُلاَءِ بِدِينِهِمْ
1904. Abdullah İbn Məsud :

Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar

”. (əl-İsra 57)

ayəsi haqqında deyir ki: “İnsanlardan bir topluluq cinlərdən bir topluluğa ibadət edirdilər. Nəhayət cinlər İslamı qəbul etdilər. İnsanlar isə cinlərə ibadətdə (onların dinində) qaldılar”. (Buxari 4714, Muslim 7739, 7742, 3030/28, 3030/30)

في سورة براءة والأنفال والحشر


Bəra (ət-Tövbə), əl-Ənfal Və əl-Həşr Surələri


حديث ابْنِ عَبَّاسٍ عَنْ سَعِيدٍ بْنِ جُبَيْرٍ، قَالَ: قُلْتُ لاِبْنِ عَبَّاسٍ، سُورَةُ التَّوْبَةِ قَالَ: التَّوْبَةُ هِيَ الْفَاضِحَةُ مَا زَالَتْ تَنْزِلُ (وَمِنْهُمْ، وَمِنْهُمْ)، حَتَّى ظَنُّوا أَنَّها لَمْ تُبْقِ أَحَدًا مِنْهُمْ إِلاَّ ذُكِرَ فِيهَا قَالَ: قُلْتُ: سُورَةُ الأَنْفَالِ قَالَ: نَزَلَتْ فِي بَدْر قَالَ: قُلْتُ، سُورَةُ الْحَشْرِ قَالَ: نَزَلَتْ فِي بَنِي النَّضِيرِ
1905. Səid İbn Cubeyr , İbn Abbasa  rəvayət edir ki, Tövbə surəsi (nə haqqında endi?)”. (İbn Abbas) dedi: “Tövbə surəsimi? Xeyr, o, əl-Fadihədir. (ifşa edən, aşkara çıxaran) Çünki o surə davamlı olaraq “

Va Minhum

” və “

Minhum

” “Onlardan” və “Onlardan” deyə endi. Hətta bizlərdən hər kəsin bu surə içində zikr olunacağını zənn etdilər”. Ona: “

əl-Ənfal

” surəsi (nə haqqında endi?)” dedim. (İbn Abbas): “O, Bədr (döyüşü və bu döyüşlə əlaqədar hökmlər haqqında enmiş ) surəsidir!” dedi. Ona: “

əl-Həşr

surəsi (nə haqqında endi)?” dedim. O (İbn Abbas): “Bu surə Nadr oğulları haqqında endi!” dedi. (Buxari 4882, Muslim 7743, 3031/31)

في نزول تحريم الخمر


Şərabın Haram Olması Barədə Nazil Olanlar


حديث عُمَرَ بْنِ الْخَطَّابِ عَنِ ابْنِ عُمَرَ، قَالَ: خَطَبَ عُمَرُ عَلَى مِنْبَرِ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: إِنَّهُ قَدْ نَزَلَ تَحْرِيمُ الْخَمْرِ وَهِيَ مِنْ خَمْسَةِ أَشْيَاءَ: الْعِنَبِ وَالتَّمْرِ وَالْحِنْطَةِ وَالشَّعِيرِ وَالْعَسَلِ وَالْخَمْرُ مَا خَامَرَ الْعَقْلَ وَثَلاَثٌ، وَدِدْتُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمْ يُفَارِقْنَا حَتَّى يَعْهَدَ إِلَيْنَا عَهْدًا: الْجَدُّ وَالْكَلاَلَةُ وَأَبْوَابٌ مِنْ أَبْوَابِ الرِّبَا
1906. İbn Ömər  deyir ki, atam Ömər  Peyğəmbərin  minbəri üzərində xütbə verərkən dedi: “Şərabın haram olması ayəsi nazil olduqda bu haram beş şeydən hazırlanırdı: “Üzümdən, xurmadan, buğdadan, arpadan və baldan. Xamr isə ağlı örtən hər şeydir. Üç şey var ki, Peyğəmbər onlar haqında bizə tam bir bilgi verincəyə qədər bizlərdən ayrılmamasını təmənna etdik. Ata, Kələlə və bir də Riba haqqında”. (Buxari 5588, Muslim 7744, 7745, 3032/33)

في قوله تعالى هذان خصمان اختصموا في ربهم


Allahın: “Onlar Öz Rəbbi Barəsində Höcətləşən İki Dəstədir


حديث أَبِي ذَرٍّ عَنْ قَيْسٍ، قَالَ: سَمِعْتُ أَبَا ذَرٍّ يُقْسِمُ قَسَمًا، إِنَّ هذِهِ الآيَةَ (هذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ) نَزَلَتْ فِي الَّذِينَ بَرَزُوا يَوْمَ بَدْرٍ: حَمْزَةَ، وَعَلِيٍّ، وَعُبَيْدَةَ بْنِ الْحَارِث، وَعُتْبَةَ وَشَيْبَةَ ابْنَيْ رَبِيعَةَ، وَالْوَلِيدِ بْنِ عُتْبَةَ
1907. Qeys deyir ki, mən Əbu Zərrin  and içərək belə dediyini eşitdim:

Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir

”. (əl-Həcc 19)

ayəsi Bədr günü bir-birilə döyüşmək üçün çıxan kişilər haqqında nazil olmuşdu: Həmzə, Əli, Ubeydə İbn Həris, Rabiyənin iki oğlu Utbə və Şeybə, Vəlid İbn Utbə”. (Buxari 3969, Muslim 7747, 3033/34)

تم الكتاب بحمد الله ومنه والحمد لله أولا وآخرا وصلاة وسلاما على خير خلقه سيدنا محمد وعلى آله وصحبه وسلم أجمعين



İstifadə Olunan Ədəbiyyat


“Muxtəsər Səhih Buxari” Tərcümə: Əlixan Musayev

“Muxtəsər Səhih Muslim” Tərcümə: Anar İsrafilov



“əl-Lulu Vəl Mərcən – Buxari Və Muslimin İttifaq Etdiyi Hədislər” Türk Və Ərəb dilində.


MÜNDƏRİCAT



  • Ön Söz



3



  • Peyğəmbərin  Adından Yalan Danışmağın Aqibətinin Ağır Olması



9



  • İman Kitabı



11



  • Təharət Kitabı



78



  • Heyz Kitabı



90



  • Namaz Kitabı



106



  • Məscidlər Və Namaz Qılınan Yelər Kitabı



138



  • Müsafirlərin Namazı Və Onun Qısaldılması Kitabı



175



  • Cümə Kitabı



206



  • İki Bayram Namazı Kitabı



213



  • İstisqa (Yağış) Namazı Kitabı



218



  • Kusuf (Günəş Tutulması) Namazı Kitabı



222



  • Cənazə Kitabı



230



  • Zəkat Kitabı



243



  • Oruc Kitabı



282



  • Etiqaf Kitabı



308



  • Həcc Kitabı



311



  • Nigah Kitabı



372



  • Süd Əmizdirmək Kitabı



388



  • Talaq Kitabı



398



  • Lənət Kitabı



412



  • Qul Azad Etmək Kitabı



417



  • Alış-Veriş Kitabı



422



  • Su İlə Təmin Etmək Kitabı



434



  • Miras Kitabı



451



  • Hədiyyə Kitabı



454



  • Vəsiyyət Kitabı



458



  • Nəzir Kitabı



463



  • Andlar Kitabı



466



  • And İçən Kimsə Kitabı



475



  • Cəzalar Kitabı



483



  • Mühakimə Kitabı



491



  • Tapıntı Kitabı



497



  • Cihad Kitabı



501



  • Əmirlik kitabı



541



  • Ov, Kəsilən Və Əti Yeyilən Heyvanlar Kitabı



565



  • Qurbanlar Kitabı



575



  • İçkilər Kitabı



581



  • Libas Və Zinət Kitabı



601



  • Ədəb Kitabı



617



  • Salam Kitabı



624



  • Ədəb Sözləri, Tərbiyyə Və S. Kitabı



645



  • Şer Kitabı



648



  • Yuxu Kitabı



650



  • Fəzilətlər Kitabı



658



  • Səhabələrin Fəziləti Kitabı



687



  • Yaxşılıq, Qohumluq Əlaqələri Və Ədəb Kitabı



735



  • Qədər kitabı



751



  • Elm kitabı



757



  • Zikr, Dua, Tövbə Və İstiğfar Kitabı



761



  • Tövbə Kitabı



776



  • Münafiqlərin Vəsfi Və Hökmü kitabı



799



  • Qiyamət, Cənnət Və Cəhənnəmin Vəsfi Kitabı



804



  • Cənnətin Vəsfi, Nemətləri Və Əhli Kitabı



814



  • Fitnələr Və Qiyamətin Əlamətləri Kitabı



827



  • Zahidlik Və Qəlb Yumşaqlığı Kitabı



841



  • Təfsir Kitabı



854


?


------sindrom-l-fraumen-8.html

------tdb1031-gr-60-a.html

------v---nhs-0--dm---irs.html

------yoko-uwate--13.html

------yoko-uwate--3.html


Память Святого Пророка Захарии Серповидца - Жития Святых По Изложению Святителя Димитрия, Митрополита Ростовского
Глава 3 Сократ Был Полезен Ученикам Примером И Учением - Сборник Исторических Свидетельств
VOJENSKÁ - Vojenská Vojenská Resortní VyznamenáNí, Medaile A Odznaky
Aqil İMan - Bu DüNya GöRÜŞ YeriDİ
TəHSİL NaziRLİYİ AzəRbaycan DöVLƏT Pedaqoji Universiteti - SəHifə 16
12-MASHG‘ULOT - Tibbiyot Oliy Bilimgohlari Talabalari Uchun O‘Quv Adabiyoti H. K. Shodiyev
Microsoft Word 1 Iç Kapak Doc - SəHifə 11
Fnsani YardıM Ve Lojistik YöNetimi Berna ÇağLar
Az Book Library QizilgüLÜN Adi - SəHifə 51
Essentials Of. Complementary And. Alternative. Medicine EBook-Een - SəHifə 73