1 ... 79 80 81 82 83 84 85 86 87

أَلَمْ يَرَوْاْ إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاء مَا يُمْسِكُهُنَّ إِلاَّ اللّهُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

səhifə85/87
tarix22.10.2017
ölçüsü16.72 Mb.

أَلَمْ يَرَوْاْ إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاء مَا يُمْسِكُهُنَّ إِلاَّ اللّهُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

» «Məgər onlar yerlə-göy arasında ram olmuş quşları görmürlər? Onları havada yalnız Allah saxlayır. Həqiqətən onların bu uçuşlarında (Allah-təalanın güc və qüdrətinin sübutu üçün Allah və Peyğəmbərə) iman gətirənlərə nişanələr vardır».

2 Bir rəngdədir: ya ağ, ya qara, ya qırmızı, ya da başqa bir rəngdə. Sanki rəng qəlib kimi onu əhatə edib, bürüyüb.

3 Onların bəziləri bülbül kimi iki və ya çox rənglidirlər. Xülasə, Allah hikmət və məsləhət əsasında onları müxtəlif şəkil və rəngdə yaradıb ki, bunların hamısı Onun güc və qüdrətinin böyüklüyünə dəlildir.

1 Darəyn Bəhreynin şəhərlərindən olan Qətifin sahillərində ada olub və keçmişdə ora gəmilərin limanı və lövbər atdığı yer olub.

2 Ala qarğanın cütləşməsi görünmədiyi üçün el arasında məsəl kimi «

هذا أَخْفى مِنْ سِفادِ الْغُرابِ

» «bu iş ala qarğanın cütləşməsindən də gizlidir» deyilir və belə zənn edirlər ki, onun cütləşməsi erkək qarğanın həzm orqanında olan su vasitəsi ilə olur. Belə ki, dişi qarğa dimdiyi ilə onu götürür və onun vasitəsi ilə yumurta qoyub bala çıxarır. İmam əleyhis-salamın məqsədi budur ki, camaat ala qarğanın cütləşməsini görmədiyi üçün bu cür sözlər danışır. Əgər tovuzquşu barəsində də onlardan belə şeylər nəql edilirsə, bu, təəccüb doğurmur. Çünki onlar nadanlıq üzündən dəlil-sübutsuz eşitdikləri şeyə inanaraq bu cür sözlər danışırlar.

1 Necə ki, Qur’ani-Kərimin Saffat surəsinin 45-47-ci ayələrində buyurur: «

يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِن مَّعِينٍ بَيْضَاء لَذَّةٍ لِّلشَّارِبِينَ لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ

» «Onlar üçün görünən axar çaydan (doldurulmuş) şərbət dolu piyalələr dolandırılacaqdır: ağappaq, özü də içənlərə ləzzət verən (bir şərbət). Onun içində zərər-ziyanlı, başağrısı, süstlük verən heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar».

1 Çünki ola bilər ki, zəhərli ilan yumurtası olsun. Cahiliyyət zalımları dəvəquşunun yumurtladığı yerdə tapılan zəhərli ilan yumurtası kimidirlər. Ona görə ki, onlarla müxalifət etmək və onları devirmək döyüş və qan tökülməsi ilə nəticələnir, yumşaq davranmaq isə azğınlıq və fitnə-fəsada səbəb olurdu.
1 Çünki onların sərgərdanlıqları qırx il idi. Sizin və övladlarınızın sərgərdanlığı isə zühuru gözlənilən on ikinci İmamın - Allah-təala onun zühurunu tezləşdirsin - zühur edəcəyi zamana kimi davam edəcəkdir.

1 Namaz, oruc, xums, zəkat, həcc, əmr be mə’ruf, nəhy əz münkər və sairə ibadətlərə əməl edərək onları yerinə yetirin. Bu cümlənin təkrar edilməsi məsələyə təkid etmək və onun əhəmiyyətini bildirmək üçündür.

1 Soruşacaqlar ki: filan tarlanı nə üçün dağıtdın? Nə üçün filan evi qəsb etdin? Yaxud nə üçün filan şəhərdən köçüb şirk və küfr şəhərlərində məskunlaşdın? Hansı əsasla dili-ağzı bağlı heyvanı incitdin?

1 Çünki həmin işdə Mədinə əhalisinin çoxu, eləcə də Misir, Kufə və digər şəhərlərin sakinlərinin əksəriyyəti və çöldə yaşayan tayfalar iştirak etmişdilər. Deyirlər ki, İmam əleyhis-salam bir gün camaatı bir yerə topladı və onlara xütbə oxuyaraq dedi: Osmanı öldürənlər ayağa qalxsınlar. Çox az hissədən başqa hamı ayağa qalxdı. O Həzrət bu işi öyüd verənlərin cavabını əməli şəkildə vermək üçün etmişdi.

1 Bey’əti pozanlarla vuruşacağam. «

اخِرُ الدَّواءِ الْكَىُّ

» «Son dərman dağlamaqdır» cümləsi məşhur bir məsəldir və onu son tədbirə əl atılan yerdə işlədirlər.

1 Daxili istək olmadan deyil, niyyət və qəlb saflığı və səmimiyyətlə onun göstərişlərinə əməl edin. Çünki belə olmayan şəxsi münafiq və riyakar sayır və məzəmmət edirlər.

1 Çünki əgər səninlə insanın cisim və bədəninin həyatı ona bağlı olan ot və su tapmaqda müxalifət edəndə, sən onlara tabe olmayacaqsansa, bəs onda ruhun qidası olan elm və mərifət nurunu tapdıqdan sonra səninlə müxalifət etsələr necə, müxalifət edəcəksən?

1 Onun elmi hər şeyi əhatə edir və Ona heç bir şey gizli deyil. Çünki əgər bundan başqa cür olsa, Onun elminin məhdud olması nəticəsini verər. Məhdudiyyət isə mümkün varlığın xüsusiyyətlərindəndir. İmam əleyhis-salamın «

وَ لا أَرْضٌ أَرْضاً

» «yer başqa bir yeri gizlətmir» buyuruğunun zahirindən belə məlum olur ki, yer də göy kimi yeddidir. Qur’ani-Kərimin Talaq surəsinin 12-ci ayəsində də buyurulur ki: «

اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ

» «Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır». Bəzilərinin əqidəsinə görə yer birdir və yeddi yerdən məqsəd yeddi iqlim və yerin yeddi hissəsidir. Amma hər bir müsəlmana bu cür məsələlərdə Allah, Peyğəmbər və o Həzrətin haqq canişinləri əleyhimus-salamın kəlamlarının zahirinə iman gətirərək düzlüyünü təsdiq etmək lazımdır. Çünki əgər öz naqis ağıllarımız və ya müxtəlif nəzər və sözlərlə bu cür məsələlərin həqiqətini dərk etmək istəsək, nəinki bir yerə çıxmaz və bir xeyir əldə etmərik, bəlkə həm də doxsanıncı xütbənin şərhində deyildiyi kimi çaş-baş və avara-sərgərdan qalarıq.
1 Məkkə ilə Bəsrə arasında yerləşən düşərgələrdən olan «Hauəb» suyuna çatanda oranın itləri hürə-hürə Aişənin kəcavəsinə tərəf cumdular. O, həmin suyun adını soruşdu. Dedilər ki, «Hauəb» suyudur. Dedi: Məni qaytarın. Çünki Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) eşitmişəm ki: «Zövcələrimdən biri mənim canişinim ilə müharibəyə gedən zaman «Hauəb»in itləri ona hürər. Çalış ki, o sən olmayasan». Təlhə ilə Zübeyr onu çaşdırdılar və yetmiş nəfəri gətirib şahidlik etdirdilər ki, həmin suyun adı «Hauəb» suyu deyil. Bu, İslamda verilən ilk yalan və nahaq şahidlik idi. «Məcməul-bəhrəyn» kitabının müəllifi onu Həzrət Sadiq əleyhis-salamdan nəql edib.

2 Həzrət Peyğəmbərin hörmətini saxlamadılar və Allah-təalanın göstərişinə zidd davrandılar. Çünki Qur’ani-Kərimin Əhzab surəsinin 33-cü ayəsində buyurulur ki: «

وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى

» «Ey Peyğəmbərin zövcələri! Evlərinizdə qərar tutun və bundan əvvəlki cahiliyyət qadınları kimi öz bərbəzək və zinətlərinizi yadlara göstərməyin».

1 Təlhə, Zübeyr, Aişə və onların tərəfdarları Bəsrəyə daxil olanda Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrindən olmuş və həmin vaxt Əmirəl-möminin əleyhis-salam tərəfindən həmin bölgənin vali və hakimi olan Osman ibn Hüneyf o Həzrətin öz məktubunda yazdığı göstərişə əsasən onlarla vuruşdu və sonda belə qərara gəlindi ki, İmam əleyhis-salam gələnə kimi onlar bir-birləri ilə mülayim davranaraq döyüşü kənara qoysunlar. Amma Cəməl əhli hiylə və kələklə beytülmalın xəzinədarlarını tutdular və Aişənin əmri ilə onların başlarını kəsdilər. Digər bir dəstəni də öldürdülər. Osmanın da baş, saqqal, qaş və kirpiklərinin tüklərini yonaraq şəhərdən çıxartdılar. O, yolda İmam əleyhis-salamla görüşə bildi. O Həzrət Osmanın halına ağladı və dedi: Yanımızdan qoca getmişdin, cavan qayıtdın.

1 O, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hökmlərini tam düzlüklə və azaldıb-çoxaltmadan xalqa çatdırdı. Ondan sonra bir peyğəmbər gəlməyəcək. O, yaxşı əməl sahiblərini əbədi Cənnət ilə müjdələyir, pis əməl sahiblərini isə əbədi əzab ilə qorxudurdu.

2 Öldürülməlidir. Bu dəlilə əsasən deyirik: Xəlifələr həmin məqama layiq olmadan nahaq yerə yiyələniblər. Çünki dövlətçilik siyasəti və rəiyyətin işlərinin idarəçiliyində güclü və bacarıqlı, eləcə də dinin bütün hökmlərini bilən şəxsdən başqasının həmin məqama sahib durmaq ləyaqəti yoxdur. Onların bu iki sifətə malik olduqlarını isə heç kəs demir.

1 Müxaliflər ağlın, düzlüyü barəsində hökm verdiyi şeyə tabe olmur və bundan əvvəlki xəlifələr barəsində həyata keçirilmiş və gerçəkləşmiş şeyi qəbul etmirlər. Deməli, onların bu bəhanələrindən məqsədləri xilafəti haqsız şəkildə öz əllərinə keçirməkdir.

2 Xülasə, bizim qiblə əhli olan üsyankarlarla sizin gözünüzdə böyük görünən müharibəmiz Allahın hökmlərindən nadan və xəbərsiz olduğumuza görə deyil, bəlkə Onun göstərişləri əsasındadır.

3 Ola bilər ki, siz bir şeyi inkar edəsiniz, amma xeyir onu qəbul etməkdə olsun və həmçinin siz bir şeyi qəbul edəsiniz, amma xeyir onu rədd etməkdə olsun. Buna görə də həqiqətlərdən xəbərdar olmadığınız üçün bütün işlərdə bizim sözlərimizi qəbul edin.

1 Buna görə də müharibə ilə hədələmək və qorxutmaq o şəxsə aiddir ki, ölüm və öldürülməkdən qorxur və dinə yəqinliyi yoxdur.

2 Amma Təlhə bu işi görmədi. Çünki Osmanı zalım hesab etməsinə baxmayaraq, onu öldürdükdən sonra onun qatilləri ilə düşmənçilik etdi və Osmanın yardımçılarına kömək edərək onun intiqamını almaq fikrinə düşdü.

1 Qəflət yuxusundan oyanın və öz ömrünüzü boş və faydasız keçirməyin!

2 İşin sonundan qafildir, olduğu gündən uzağı görmür və yeməkdən başqa bir məqsədi yoxdur, halbuki sahibinin onu kökəltməkdən məqsədi başqadır. Pis işlərə əmr edən nəfs çobanı, sizi dərd-qəmlə dolu dünyanın otlaqlarına aparıb və onun məhv olacaq zinət və bər-bəzəyi ilə aldadıb. Siz də işin sonundan xəbərsiz qalmısınız və elə güman edirsiniz ki, həmişə burda qalacaqsınız.

1 Çünki yaxşı bir işi yerinə yetirdikdən sonra başqalarını ona əmr etmək və eləcə də çirkin işdən başqalarını çəkindirəndən qabaq şəxsin özünün çəkinməsi qəlblərə sözü ilə əməli bir-birinə zidd olan şəxsin əmr be mə’ruf və nəhy əz münkər etməsindən daha çox təsir göstərir və fayda verir. Bundan əlavə İmam əleyhis-salam yüz iyirmi doqquzuncu xütbədə belə şəxsə lə’nət də oxuyub.

1 Qur’ani-Kərimi nazil edib, Həzrət Peyğəmbəri onun şərhçisi və həm insanların, həm də cinlərin bələdçisi edib, xeyir və şəri hamıya göstərib ki, onların vəzifələrini tərk etmək üçün heç bir dəlil və bəhanələri olmasın.

1 Hər hansı bir şeyin halal və ya haram olması Qur’ana və sünnəyə əsaslanaraq iman sahibinə məlum və bəlli olduqdan sonra o həmişə həmin əsasda hökm edər. Bunun əksinə olaraq mömin olmayan kəs isə əqidəsi xarab olduğu üçün öz səhv rəy və ictihadı ilə halal və haram olması Qur’an və sünnədə sabit olan şeyi dəyişdirər.

2 Xəlifələrin bid’ətlərinə misal olaraq Əbu Bəkrin Həzrət Fatimə əleyhas-salamdan Fədək barəsində dəlil və şahid gətirməsini istəməsini -halbuki dəlili iddiaçı gətirməlidir, Ömərin Peyğəmbərin müəyyənləşdirdiyindən artıq vergi almasını, Osmanın Fitr və Qurban bayramlarında xütbə oxunmasını namazdan qabağa salmasını - halbuki xütbə namazdan sonra oxunmalıdır, xülasə, bu qisim bid’ətləri göstərmək olar.

1 Çünki öyüd-nəsihətlərdən məqsəd xalqı haqqa sövq etmək və onları səadət və xoşbəxtlik yoluna istiqamətləndirməkdir və Qur’an bu hədəfə çatmaq istiqamətində hərtərəflidir. Bunun özü Allah-təalanın müsəlmanlara ən böyük lütflərindəndir.

2 Onun barəsində düşünmək qəlbləri nadanlıq və azğınlıqdan cilalayar. Qur’anda elm və maarif çeşmələri olduğu üçün əgər digər elmlər də qəlbi cilalayarsa, onun səbəbi həmin elmlərin mənbə və mənşəyinin Qur’an olmasıdır. Deməli, Qur’an həqiqətən qəlbin cilavericisidir.

1 O halda ki, o, həmin günahda israrlı olmasın. Çünki böyük günahlardan uzaq olmaq kiçik günahları örtərək nəzərə çarpdırmayan bağışlanma amilidir.

2 Buradan məlum olur ki, Məhəmməd Əhli-beyti əleyhimus-salama zülm edənlər ağır məsuliyyətə alınacaq və şiddətli əzaba düçar olacaqlar.

3 Bu cümlə o Həzrətlə bey’ət etməkdə durub müşahidəçi mövqe tutanlar, eləcə də bey’ətlərini pozanlara işarədir.

1 Xülasə, onlarla Qur’an əsasında davranmalarını şərt kəsdiyimiz və onlar öz nəfsi istəkləri üzündən hökm çıxardıqları üçün bizim onların çıxardıqları hökmü qəbul etməmək haqqımız var.

1 Çünki hər hansı bir iş o şəxsi digər işdən saxlayır ki, onun elm və biliyində naqislik və ya güc və qüdrətində məhdudluq olsun.

1 Necə ki, Rə’d surəsinin 11-ci ayəsində buyurur: «

Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


----aganosma-dichotoma-k-.html

----aleksandr-sergeevich-4.html

----alisher-navoiy.html

----atlante-nazionale-del-2.html

----axam-saat-20-30-dur--.html


Biznes  Sektorunun  TəLəBləRinə  Ca- - ƏDaləT Muradov: “FəAliyyəTimizi əMəK BazarıNıN TəLəBləRinə UyğUn QurmağA...
AzəRbaycan DiLİ VƏ TariXİ - SəHifə 124
Урогенитальные Расстройства (УГР) - Климакс И Сердечно-Сосудистые Заболевания
Case 0606 - I Lost My Sense Of Smell Four Years Ago. The Doctors Told Me That It Is Natural And That It Is Not A Sickness
2.3.Presentations By Donors, Implementing Agencies And Experts To Guide Project Proposal Writing
Sarkoidozlu Hastalarin Izleminde Inflamatuar BelirteçleriN ÖNemi - SəHifə 3
331. Количество Инъекций Актинолизата На Один Курс Лечения - Профилактика Стоматологических Заболеваний
«Milliy Istiqlol Foyasi» Fanining Maqsad Va Vazifalari - Bet 9
ГЛАВА 12: ПОСТРОЕНИЕ ОРГАНИЗАЦИЙ - Основы Менеджмента
1. Аржихова Лидия Яковлевна Белых Николай Фёдорович