©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

كتب ابن لهيعه فقال ضعيف قبل آن تحترق و بعد ما احترقت185 - Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


كتب ابن لهيعه فقال ضعيف قبل آن تحترق و بعد ما احترقت185

Söz açdığımız hədisin sənədində Abdullah ibn Ləhiədən savayı Musa ibn Əyyub adında bir şəxs də vardır və zəif sayılır. O, Misirdə şəriət hökmlərində “qiyas”ı186 yaradan ilk şəxsdir.

Hədisin mətnində də müsəlmanların cümlə qəbul etdikləri qəti fikirlərə uyğun olmayan mətləblər vardır. Çünki hədisin isbat etmək istədiyi məsələ budur ki, İslamda ilk öncə mütə nikahı mövcud olmuş və bütün müsəlmanlar mütə nikahından istifadə edmişdir. Daha sonra daimi nikah yaranmış və müvəqqəti nikah nəsx olmuşdur. Bu isə qeyri-məqbuldur.

Bu hissədə də bu miqdarla kifayətlənib digər səhabələr barəsində söz açmaq istəyirik.



2. İmran ibn Həsin

Mütə nikahını halal olmasına və onun peyğəmbər tərəfindən nəsx olunmamasına etiqad bəsləyən məşhur şəxslərdən biri də İmran ibn Həsindir. O, peyqəmbərin tanınmış səhabələrindən idi. Yuxarıda əhli-sünnə alimlərindən olan İbn Həzmin sözlərini nəql etdik və dedikki, o, böyük səhabə İmran ibn Həsinin mütə nikahının halal olmasını və nəsx olmamasını açıq-aydın bəyan etmişdır. Əhli-sünnənin digər alimi Qurtubi Tərtusidən nəql etdiyi cümləsində İmran ibn Həsinin adını mütə nikahını halal bilənlər sırasında çəkmişdir. Bu etiraflar və əlimizə çatmış hədislər İmran ibn Həsinin mütə nikahı barəsində olan fikirlərini bizə açıqlayır və inkar etməyə bir yer qoymur. Bu böyük səhabənin rəvayətlərini öncə zikr etdiyimiz üçün yenidən yazmağa ehtiyac duymuruq.



3. Cabir ibn abdullah Ənsari.

Mütə nikahının halallığına etiqad bəsləyən və öz dediyinə görə həm peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) həyatı dövründə və həm də onun vəfatından sonra bu nikahı yerinə yetirən görkəmli səhabələrdən biri də Cabir ibn Abdullah Ənsaridir. Cabir, İbn Həzm, Abdullah ibn Qudamə və başqa məşhur əhli-sünnə alimlərinin təsdiqlədiyi kimi mütə nikahını halal bilən və ona peyğəmbər sarıdan qadağan qoyulmadığına etiqad bəsləyən şəxsiyyətlərdən olmuşdur. Bu böyük səhabədən nəql etdiyimiz hədislər də əhli-sünnə alimlərinin bu barədə dedikləri məsələni aydınlaşdırır. Nəql etdiyimiz hədislərin içində “Biz peyğəmbərin, Əbubəkrin və Ömərin zamanında mütə edirdik” kimi cümlələr bizim sözlərimizə bir sübutdur.

Biz Cabir ibn Ənsarinin mütə nikahı barəsində olan hədislərini öncədən nəql etdiyimiz üçün bu miqdarla kifayətlənib hədislərin təkrarından vaz keçirik. Lakin bu böyük insana isnad edilən uydurma hədislərə cavab verməyi özümüzə borc bilirik.

Bildiyiniz kimi Cabir ibn Ənsari peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinin içində ən görkəmli şəxsiyyətlərdəndir ki, mütə nikanının caizliyini isbat edən hədislərin əksəriyyəti ondan nəql olunmuşdur. Lakin bir qrup insanlar bu hədisləri zəif göstərmək və Ömərin təhrimini yozmaqla uydurma hədislərə əl atmış və çalışmışlar ki, hədis uydurmaqla Cabirin caizliyi çatdıran hədislərini sual altına alsınlar. Ona görə də bu məsələyə aydınlıq gətirmək üçün bu hədisləri nəql edib onlar barəsində təddqiqə başlayırıq.



«

عن صدقة بن عبدالله عن سعيد عن اسماعيل بن اميه عن محمد بن المنكر عن جابر بن عبدالله الانصاري قال

:

خرجنا و معنا النساء التي استمتعنا بهن حتي اتينا ثنية الركاب فقلنا يا رسول الله  هؤلاء النسوة اللاتي استمتعنا بهن فقال رسول الله  هن حرام الي يوم القيامة فودعتنا عن ذلك فسميت بذلك ثنية الوداع و ما كانت قبل ذلك الاثنية الركاب

»

Sədəqə ibn Abdullahdan ... o da Cabir ibn Abdullah Ənsaridən nəql edir ki, belə dedi:

Biz mütə bağladığımız qadınlarla birlikdə evdən çıxaraq yola düşdük və “Səniyyətur-rukb”187-a çatdıq. Orada peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) dedik ki, bunlar bizim siğə etdiyimiz qadınlardır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dedi:

- Bunlar sizə qiyamət gününədək haramdırlar.

Bu sözdən sonra onlar həmin məkanda bizdən ayrıldılar. Bu səbəbdən bu məkan “Səniyyətul-vida”188 adı ilə məşhurlaşdı. Belə ki, bundan öncə “Səniyyətur-rikab” adı ilə tanınmışdı.189

Hədisin səhih və ya qeyri-səhih olduğunu aydınlaşdırmaq üçün onun mətnini araşdırmadan öncə ilk növbədə sənədini təhlil edirik.

Hədisin sənədində Sədəqə ibn Abdullahın adı çəkilir. Rical alimləri onu “zəif” bilmiş və onun etibarsız bir şəxs olduğunu açıqlamışlar.

Əlməd, Buxari, İbn Nəsim, Yəhya, Nisayi, Darqutni190, Əqili, İbn Sirri və Zəhəbi191 bu fikirdədirlər ki, Sədəqə ibn Abdullah zəif ravidir. Müslim və Əqili onu “münkirul-hədis” də adlandırmışlar. Əqili yazır:

“O, Sədəqə ibn Abdullah Səmin Şamidir. Vəlid ibn Müslim ondan hədis nəql etmişdir. İbn Abdullahın hədisləri zəif və münkir hədislərdəndir. Onlardan faydalanmaq qeyri mümkündür.”192

Hədisin mətninə də irad tutmaq olar. Onun mətninin nöqsanlarını üzə çıxarmaq üçün aşağıdakı məsələlərə işarə etmək lazımdır.

1) Bu hədis Cabir ibn Abdullahdan mütə nikahının halallığını çatdıran çoxsaylı hədislərlə ziddir. Aydındır ki, belə hallarda səhih və mütəvatir hədislərə zəif və vahid hədislərin müqabilində üstünlük verilir.

2) Bu hədisin mətn və məzmunu Əbu Hüreyrədən bu hadisə haqqında nəql olunan hədisin mətni ilə uyğun deyil. Əbu Hüreyrənin hədisində deyilir:

Biz Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə Təbuk döyüşündə idik. Səfərə çıxıb Səniyyətul-vidaya çatdıq və bir qrup qadının ağladıqlarını gördük. Onlardan nə üçün ağladıqlarını soruşanda:

- Onlar siğə etmiş və ərləri evlilik zamanı qurtarandan sonra onları tərk edib getmişlər. Ağlamaqlarının səbəbi də budur, - dedilər.

Bu vaxt peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:

- Mütə nikahı haramdır,- və ya dedi- mütəni daimi nikah, mehriyə, iddə və irs aradan qaldırdı.

Lakin Cabir ibn Abdullahın hədisində "Səniyyətul-vida" adının yerinə "Səniyyətur-rikab" işlənmişdir. Habelə Cabirin hədisinıə əsasən Səniyyətul-vida adı öncədən mövcud deyildi. Lakin Əbu Hüreyrənin hədisinə görə mütə nikahının təhrimindən və onların hərəkətindən sonra bu məkanın adı Səniyyətul-vida olaraq qaldı. Cabirin hədisində qadınların ağlayıb-sızlamasından bir xəbər yoxdur. Amma Əbu Hüreyrənin hədisində qadınların ağlamasından danışılır. Əbu Hüreyrənin hədisində deyilir ki, mütə nikahı daim, mehriyə, iddə və irsi aradan qaldırdı. Lakin Cabirin hədisində belə bir cümlə gözə dəymir. Bu sadaladıqlarımız sözü gedən iki hədisin mətnləri arasındakı uyğunsuzluğlardır.

Məlumdur ki, belə hallarda hətta səhih bir hədis Cabirdən nəql olunan çoxsaylı hədisləri gücdən sala bilməz. O ki, qaldı gördüyünüz zəif hədisə, məsələ aydındır.



4. Abdullah ibn Məsud

Abdullah ibn Məsud mütə nikahını halal sayan şəxsiyyətlərdəndir. Iki məzhəbin kitablarından193 bizə çatan hədislər bu həqiqəti nümayiş etdirir. Ona görə də şiə və sünni alimləri Abdullah ibn Məsudun adını - peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) həyatı zamanı və onun vəfatından sonra - mütə nikahını caiz bilənlər sırasında şəkmişlər.

Zərqani "Müvəttə" katabının şərhində yazır:

«

بأنّه ثبت الجواز عن جمع من الصحابة كجابر و ابن مسعود و أبي سعيد و معاوية و اسمآء بنت ابي بكر و و ابن عباس و عمرو بن حريث و سلمة و عن جماعة من التابعين

...»

“Mütə nikahının halallığı Cabir ibn Abdullah, Abdullah ibn Məsud, Əbi Səid Xudri, Müaviyə, Əbubəkrin qızı Əsma, İbn Abbas, Əmr ibn Hüreys və Sələmə kimi peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri, habelə bir qrup tabein tərəfindən isbat olnmuşdur.”194

Abdullah ibn Məsudun mütə nikahı ayəsini “ila əcəlin” cümləsi ilə qiraət etməsi bu gerçəyi isbatlayır. Əhli-sünnənin mötəbər kitablarında Abdullah ibn Məsudun bu ayəni “ila əcəlin” cümləsi ilə qiraət etdiyi qeyd olunmuşdur.

Zərqani yazır:



قرأ ابن مسعود فما استمتعتم به منهن

-

الي اجل

.

“İbn Məsud ayəni “ila əcəl” cümləsi ilə qiraət etmişdir.”195

İbn Həcər Əsqəlani yazır:

«

ظاهر استشهاد ابن مسعود بهذه الآية

(

آية المتعة

)

هنا يشعر بانه كان يري بجواز المتعة

»

“İbn Məsudun burada həmin ayəyə (mütə nikahı ayəsinə) istinad etməsi zahirdə onun mütə nikanının halallığına əqidəsi olduğunu göstərir.”196

Bundan əlavə İbn Məsud "

يا

ايها

الذين

آمنوا

لا

تحرموا

طيبات

ما

احل

الله

لك

"

-

ayəsini oxumaqla mütə nikahını haram bilənlərə anlatmaq istəyirdi ki, bu Allahın halalıdır və Alahın halalını haram etməyin. İbn Məsud haqqında da deyilənlərlə kifayətlənir və onun barəsində mühakimə yürütməyi sizin öhdənizə buraxırıq.

Keçən söhbətlərdə məlum oldu ki, İbn Məsuddan mütə nikahı barəsində bizə çatmış hədislər, həmçinin hər iki məzhəb alimlərinin onun mütəni caiz bilməsi haqqında etirafları onun mütə nikahını caiz və halal bilməsini.

Lakin bəziləri Abdullah ibn Məsudun mütə nikahını halallığına etiqadını şübhə altına almaq üçün o böyük insanın adına yalan hədislər uydurmuşlar. Belə ki, bu yolla İbn Məsuddan mütə nikahının caizliyini isbat edən hədislərin dəyərini ən azı bir miqdar aşağı salsınlar. Biz bu uydurma hədislərin dəyər və etibarını müəyyən etmək üçün onları nəql etdikdən sonra sənəd və mətnlərini təhlil etməyi lazım bilirik.

«

عن سفيان قال

:

قال بعض اصحابنا عن الحكم بن عتيبه عن عبدالله بن مسعود قال

:

نسختها العدة و الطلاق و الميراث

»

Sufyan demişdir:

Bir qrup ravi Həkəm ibn Uteybədən, o da Abdullah ibn Məsuddan nəql edir ki, dedi: “Mütə nikahını talaq, iddə və irs ayələri nəsx etmişdir.”197

Bu hədisin sənədinin bir neçə qüsuru var:

1) Sufyan bu hədisi adları məlum olmayan ravilərdən nəql edir. Bu insanların kimliyi dəqiq məlum deyil. Bu hesabla hədisin sənədində ravi adları ləğv olunmuşdur.

2) Bu hədisi Həkəm ibn Uteybə bilavasitə Abdullah ibn Məsuddan nəql edir. Amma ibn Məsud 32-ci hicri-qəməri tarixində dünyasını dəyişmişdir.198 İbn Uteybə isə 50-ci hicri-qəməri tarixində dünyaya gəlmişdir.199 Yəni o, İbn Məsudun vəfatından 18 il sonra dünyaya göz açmıçdır. Bu halda İbn Uteybə Abdullah ibn Abbasdan birbaşa hədis nəql edə bilərmi? Bu , hədisin yalandan İbn Abbasa aid eildiyindən xəbər vermirmi?

Yuxarıdakı hədisin mətnində və sənədində azacıq dəyişiklik etməklə onu başqa bir hədis şəklində İbn Məsuda aid etmişlər. Hədis belədir:

«

عن

حجاج

بن

ارطاة

عن

الحكم

عن

اصحاب

عبدالله

عن

عبدالله

بن

مسعود

قال

:

المتعه

منسوخه

نسخها

الطلاق

و

الصداق

و

العدة

و

الميراث

»

Həccac ibn Ərtahdan o da Həkəm ibn Uteybədən, o da Abdullahın əshabı vasitəsilə Abdullah ibn Məsuddan nəql etdi. Abdullah dedi:

Mütə nikahı nəsx olunmuşdur. (Aradan qalxmışdır.) Mütəni talaq, mehriyə, iddə və miras ayələri nəsx etmişdir.200

Bu hədisin sənədinin də bir neçə cəhətdən qüsuru vardır:

1) Bu hədisin sənədi haqqında müzakirələrimizdə "yalançı" və "müdəllis" adı ilə məşhur olan bir şəxs, yəni cənab Həccac ibn Ərtahın adı çəkilir. Bu hədis ravisi adətən şiə və sünni rical alimləri tərəfindən zəif qələmə verilən şəxslərdəndir.

2) Bu hədisdə öncəki rəvayətin əksinə olaraq Həkəm ibn Uteybə birbaşa İbn Məsuddan nəql etmir. Hədisdə İbn Məsudun şagird və ravilərinin məchul şəkildə adı çəkilir. Bu fərdlərin kim olduğu məlum deyil. Iki hədisin eyni olmasına və hər ikisinin İbn Uteybədən və İbn Məsuddan nəql olunmasına baxmayaraq sənəddə olan dəyişiklik hazırkı hədisin zəif və uydurma olduğunu göstərir.

3) Sünni alimi İbn Həbban öz “Əs-siqat” kitabında, habelə şiə alimi Kəşşi öz rical kitabında İbn Uteybənin zəif olduğunu qeyd etmişlər.201

Bu iki hədisin mətnlərinə də irad tutmaq mümkündür:

1) Bu iki hədisin anlatdığına görə müvəqqəti nikah daimi nikahdan öncə olmuşdur. Yəni daimi nikahın şəriətdə qəbul olunmasından öncə müvəqqəti nikah talaqsız və mehriyəsiz mövcud idi. Daimi nikah yuxarıdakı xüsusiyyətlərlə şəriət tərəfindən qəbul olundu. Müvəqqəti nikah isə nəsx edildi. Bu sözləri müvəqqəti nikahın haram və nəsx olunduğunu iddia edən heç bir kəs qəbul edə bilməz. Çünki bu halda İslam peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) və o həzrətin səhabələrinin bütün nikahlarını müvəqqəti bilməmiz lazım gələr. Bu da gerçəkliyin ziddinədir.

2) İrs və mehriyə ayələri "Nisa" surəsində mütə ayəsindən öncədir. Məlum olduğu kimi ayələrin nazil olma tərtibi bu surədə qorunmuşdur. Bəzi alim və təfsirçilərin də bunu təsdiqlədiklərini əlavə etsək, necə deyə bilərik bu ayələr (nəsx olan ayədən öncə nazil olmalarına baxmayaraq) mütə ayəsini nəsx etmişdir.

Bu dediklərimiz İbn Məsuda isnad edilən uydurma hədislərin cavabı idi.

5. Abdullah ibn Abbas

Abdullah ibn Abbas İslam tarixində misilsiz şəxsiyyətlərdən biridir ki, mütə nikahını halal bilməklə yanaşı bu nikaha uyğun fitva da vermişdir. O, mütəni haram bilən şəxslərlə mübahisə edər və bu işin halal olmasına təkidlə yanaşardı.

Abdullah ibn Abbasın mütəni caiz bilməsi əhli-sünnə alimlərinin və görkəmli şəxsiyyətlərinin etiraf etdikləri bir həqiqətdir. Biz burada İslam peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrinin, xüsusilə İbn Abbasın bu mövzuda münasibətlərini şərh etmək üçün bir sıra dəlil və sübutlara toxunuruq.

Tanınmış alim Eyni “Ümdətül-qari” kitabında yazır:



«

قال ابوعمر

:

اما الصحابه فانهم اختلفوا في نكاح المتعة مذهب ابن عباس الي اجازتها و تحليلها لاخلاف عنه في ذلك و عليه اكثر اصحابه منهم عطاء ابن ابي رباح و سعيد بن جبير و طاووس

»

Əbu Ömər dedi:

Peyğəmbərin səhabələri arasında mütə nikahı barəsində fikir ayrılığı vardır. İbn Abbas mütə nikahı hökmü verir və onu halal bilirdi. Bu məsələdə heç bir müxalifət görünmür. Onun şagirdlərinin əksəriyyəti- məsələn, Əta ibn Əbi Ribah, Səid ibn Cübeyr, Tabus və digərləri onun əqiəsinə şərik idilər.

İbn Rüşd yazır:



«

و اشتهر عن ابن عباس تحليلها و تبع ابن عباس علي القول بها اصحابه من اهل مكه و اهل اليمن و رووا ان ابن عباس يحتج لذلك لقوله تعالي

:

فما استمتعتم به منهن الي اجل مسمي

»

“Ibn Abbasın mütə nikahını halal bilməsi məşhurdur. Onun Məkkə və Yəmən əhlindən olan şagirdləri də mütə nikahının halallığına dair hökmdə ona tabe olmuşlar. İbn Abbsdan nəql olunur ki, o, mütə nikahının caizliyini isbat etmək üçün həmişə “fəməstəmtətum bihi minhunnə ila əcəlin-müsəmma” ayəsinə istinad edərdi.”202

İbn Aşur yazır:

«

ان الناس استمتعوا و عن علي بن ابي‌طالب و عمران بن حصين و ابن عباس و جماعه من التابعين و الصحابه انهم قالوا بجوازه

»

“Şübhəsiz, insanlar mütə nikahı etmişlər. Əli ibn Əbi Talibdən, İmran ibn Həsindən, İbn Abbasdan, digər səhabə və tabeindən olan bir qrupdan mütə nikahının caizliyinə fitva verdikləri nəql edilmişdir.”203

Gördüyünüz kimi əhli-sünnənin tanınmış alimləri kifayət qədər aydınlıqla İbn Abbas və şagirdlərinin mütə nikahının halallığına etiqad bəslədiklərini bəyan etmişlər. İbn Abbasdan mütə nikahı barəsində bizə çatmış təfsirlər də bu nəzəriyyəni isbat edir ki, o, mütə nikahını halal bilmişdir. Biz burada hər iki məzhəbin təfsir kitablarında İbn Abbasın mütə nikahı barəsində təfsirlərini araşdırmağa başlayırıq.

«

أبا نضرة يقول

:

قرأت علي ابن عباس

-

رضي الله عنه

- «

فما استمتعتم به منهنّ فآتوهنّ أجورهنّ فريضة

»

قال ابن عباس

: «

فما استمتعتم به منهنّ إلي اجل مسميّ

»

قال أبو نضرة فقلت ما نقرأها كذلك، فقال ابن عباس

:

والله لا نزّل الله كذلك

»

Əbu Nəzrə nəql edir:

İbn Abbas üçün “fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh” ayəsini qiraət etdim. İbn Abbas dedi:

- Ayəni belə oxu: “fəməstəmtətum bihi minhunnə ila əcəlin-müsəmma”.

Mən (Əbu Nəzrə) İbn Abbasa:

- Biz bu ayəni belə oxumuruq,- dedim.

- Allaha and olsun ki, ayə belə nazil olmuşdur, - deyə ibn Abbas cavab verdi.204

Hakim “Müstədrək” kitabında bu hədisi nəql edəndən sonra yazır:



«

هذا حديث صحيح علي شرط مسلم و لم يخرجاه

»

“Bu hədis Müslimin şərtləri ilə səhihdir. Lakin Müslim və Buxari onu nəql etməmişlər.”205

Qurtubi yazır:

قال الجمهور

:

المراد نكاح المتعه الذي كان في صدر الاسلام و قرأ ابن عباس و ابي و ابن جبير

(

فما استمتعتم به منهن الي اجل مسمي

)

“Alimlərin böyük bir dəstəsi (cumhur) demişlər ki, ayədə ("Nisa" 24) nəzərdə tutulan mütə nikahıdır. Bu nikah növü İslamın ilk çağlarında var imiş. Ibn Abbas, Ubey ibn Kəb və İbn Cubeyr ayəni “İla əcəlin musəmma” cümləsi ilə birgə qiraət etmişlər.”206

Əbdurrəzzaq “Əl-musənnəf” kitabinda yazır:

«

ان ابن عباس كان يقرأ فما استمتعتم به منهن الي اجل

»

“İbn Abbas həmişə “Fəməstəmtətum bihi” ayəsini “İla əcəlin” cümləsi ilə bir yerdə oxuyardı.”207

Bəzi alimlər bu gerçəklərə göz yummağa çalışmış və ya iddia etmişlər ki, İbn Abbas sonradan öz fikrindən dönmüşdür. Bunun üçün onlar müxtəlif şayiələrə əl atmışlar. Lakin əhli-sünnənin görkəmli alim və yazıçılarının etirafları və saysız-hesabsız hədislər bu yalanları üzə çıxarır. Həmin hədislər göstərir ki, İbn Abbas həmişə mütə nikahını halal bilmiş və ömrünün sonunadək öz fikrindən dönməmişdir.

Zeməxşəri “Əl-kəşşaf” kitabında yazır:



«

عن ابن عباس هي محكمة يعني لم تنسخ

»

Nəql olunur ki, İbn Abbas (dedi): “Bu ayə möhkəm ayələrdəndir, yəni nəsx olunmamışdır.” 208

İbn Kəsir “Əl-bidayə vən-nihayə” kitabında yazır:

«

فانّ ابن عباس كان يري اباحة المتعة

»

“Şübhəsiz, İbn Abbas daim mütə nikahının halallığına etiqad bəsləmişdir.”209



عن

ايوب

قال

:

عروة

لابن

عباس

:

ألا

تتقي

الله

ترخص

في

المتعة؟

قال

ابن

عباس

:

سل

اُمَّك

يا

عرية

!

فقال

عروة

:

اما

ابوبكر

و

عمر

فلم

يفعلا

.

فقال

ابن

عباس

:

والله

ما

اراكم

منتهين

حتي

يعزبكم

الله،

نحدثكم

عن

النبي

و

تحدثونا

عن

ابي

بكر

و

عمر

»

Əyyubdan nəql olunur ki, Ürvə Abdullah İbn Abbasa dedi:

- Sən mütə barədə hökm edəndə Allah-taaladan qorxmursan?

- Ey Ürvə, get anandan soruş, - deyə İbn Abbas cavab verdi.

- Əbubəkr və Ömər siğə (mütə) etməmişlər, - deyə Ürvə yenidən inad göstərir.

- Allaha and olsun, görürəm ki, Allah sizi əzaba atanadək bu yasaq və qadağalarınızdan əl çəkməyəcəksiniz, - deyə İbn Abbas davam etdi: - Mən sizə peyğəmbər hədisi oxuyuram, siz mənə Əbubəkr və Ömərdən danışırsınız.210



«

عن عروه بن الزبير انه قال لابن عباس اهلكت الناس قال و ما ذالك؟قال تفتيهم في المتعتين و قد علمت ان ابابكر و عمر نهيا عنها؟ فقال

:

الا للعجب اني احدثه عن رسول الله صلي الله عليه و آله و يحدثني عن ابي بكر و عمر

»

Ürvə ibn Zübeyrdən nəql olunmuşdur ki, İbn Abbasa belə dedi:

- Sən camaatı (həlak) bədbəxt etdin.

- Nə üçün?- deyə İbn Abbas soruşdu.

- İki mütəyə hökm verirsən. Bir halda ki, Əbubəkr və Ömərin bunları qadağan etdiklərini bilirsən, - dedi İbn Zubeyr.

- Təəccüblü deyil ki, mən ona Allahın rəsulundan hədis deyirəm, o mənə Əbubəkr və Ömərdən danışır, - deyə İbn Abbas cavab verdi.211

Alusi yazır:

«

في صحيح مسلم ما يدل علي انه لم يرجع حين قال له علي كرم الله وجهه ذلك فقد اخرج عن عروه بن الزبير ان عبدالله بن الزبير قام بمكه فقال

:

انا ناسا اعمي الله تعالي قلوبهم كما اعمي ابصارهم يفتون بالمتعه يعرض برجل يعني ابن عباس كما قال النووي فناداه فقال انك لجلف جاف فلعمري لقد كانت المتعه تفعل في عهد امام المتقين فقال له ابن الزبير فجرب نفسك فو الله لان فعلتها لا رجمنك با حجارك

.

فان هذا انما كان في خلافه عبدالله بن الزبيرو ذلك بعد وفاه علي كرم الله تعالي وجهه فقد ثبت انه مستمر القول علي جوازها لم يرجع الي قول الامير كرم الله تعالي وجهه و بهذا قال العلامة ابن حجر في شرح المنهاج

»

“Səhihi Müslim”də nəql olunanlara görə İbn Abbas həzrət Əli (əleyhis-salam) mütə nikahını nəhy edən zaman öz mütə barəsindəki fikrindən dönməmişdir. Müslim Ürvə ibn Zübeyrdən nəql edir ki, bir gün Abdullah ibn Zübeyr Məkkədə ayağa qalxıb xütbə oxudu. O, dedi: “Bir qrup insan var ki, Allah-taala gözlərini kor etdiyi kimi qəlblərini də kor etmişdir. Onlar mütə barəsində hökm edirlər.” O, İbn Abbası nəzərdə tuturdu. Nəvəvinin yazdığına görə İbn Abbas onu səslədi və dedi: “Sən çox qaba və özbaşınasan. Öz canıma and olsun, pəhrizkarların imamı, həzrət peyğəmbər zamanında camaat müvəqqəti evlənirdilər.” İbn Zübeyr ona dedi:

- Özün imtahan et. Mütə etsən, səni daşqalaq edəcəyəm.

Alusi yazır:

“Bu hadisə Abdullah ibn Zübeyrin xilafət zamanı baş vermişdir. Yəni Həzrət Əlinin (kərrəməllah vəchəh) vəfatından sonra. Ona görə də sübut olur ki, o, öz mütə nikahı barəsindəki fikrində qalmış və Əlinin (kərrəməllah vəchəh) sözünə qayıtmamışdır. Bundan əlavə, İbn Həcər də “Şərhi Minhac” kitabında bu mətləbi yazmışdır.”212

Məhəmməd ibn Əbduh yazır:



«

فالانصاف ان مجموع الروايات تدل علي اصرار ابن عباس علي فتواه بالمتعه

»

“İnsafla deyilsə, bu hədis toplusu göstərir ki, İbn Abbas öz mütə nikahı barədəki fikirlərində israrlı idi.”213

Molla Huveyş yazır:

«

ابن عباس يرخص في المتعة و يقول إنّ‌ الآية محكمة و لم يزل بها الي زمن ابن الزبير و لم يثبت أنّه انتهي عن الافتاء بجوازها حينما نهاه علي

(

كرم الله وجهه

“İbn Abbas mütə nikahına icazə verər və deyərdi: “Ayə mühkəm ayələrdəndir.” O, İbn Zübeyrin dövrünə qədər mütə nikahının caizliyinə fitva verərdi. Həzrət Əli (kərrəməllah vəchəh) onu bu işdən çəkindirəndən sonra onun bu fitvadan dönməsi isbat olunmamışdır.”214

Qurtubi yazır:

قال ابو عمر

-

صاحب الاستيعاب

-

اصحاب ابن عباس من اهل مكة و اليمن كلهم يرون المتعة حلالاً علي مذهب ابن عباس

“Əbu Ömər – “İstiab” kitabının müəllifi demişdir: “İbn Abbasın Məkkədə və Yəməndəki şagirdlərinin hamısı onun fikirlərinə müvafiq olaraq mütə nikahını halal bilirdilər.”215

İbn Həcər Əsqəlani yazır:

«

قال بن بطال

:

روي اهل مكة واليمن عن ابن عباس اباحة المتعة و روي عنه الرجوع باسانيد ضعيفة و اجازة المتعة عنه اصح

»

İbn Bəttal demişdir: “Məkkə və Yəmən əhli nəql etmişlər ki, İbn Abbas mütənin caizliyinə və ya mübah olmasına etiqadı idi. Zəif sənədli hədislər onun bu etiqadından döndüyünü xəbər verirlər. Lakin mütəni caiz bilməsi daha səhihdir.”216

Yuxarıdakı mətləblərə nəzər saldıqda bu sual meydana çıxır ki, əgər İbn Abbas mütə ayəsini nəsx olunmayan ayələrdən bilirsə və mütənin halal olduğunu isbat etmək üçün digərləri ilə mübahisə edirsə, bununla onun mütə barəsindəki nəzəriyyəsi aydın olmurmu?

Əgər İbn Abbasın Əta, Səid ibn Cübeyr, Tavus və onlar kimi başqa şagirdləri mütənin halal olduğunu car çəkmiş və bu işi caiz bilmişlərsə, aydın olmurmu ki, İbn Abbas öz fikirlərindən dönməmiş və ömrünün sonunadək bu nəzəriyyəni qoruyub saxlamışdır.

Əgər İbn Abbas öz fikrindən dönsəydi, şübhəsiz, ilk öncə öz şagirdlərini bundan xəbərdar edərdi. Onlara mütəni haram bilmələrini əmr edərdi. Habelə mütəyə qadağa ilə bağlı fikirlərini müsəlmanlara çatdırardı. Bütün bunlardan məlum olur ki, İbn Abbas öz ideyalarından dönməmişdir. Tanınmış əhli-sünnə alimləri də bu həqiqəti izhar etmişlər.

Indi isə söhbətimizi tamamlamaq üçün İbn Abbasın öz fikrindən döndüyünü deyən şübhələrə cavab verməklə bu haqda istinad olunmuş yalançı hədisləri araşdıracağıq.

Zikr olunan hədislər və əhli-sünnə alimlərinin etirafları İbn Abbasın peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) sonra mütə nıkahının halallığı qənaətində olduğunu üzə çıxarır. Lakin bir qrup insan bu həqiqəti rədd etmək və ya ən azı əhəmiyyətsiz qələmə vermək üçün sənəd və mətn cəhətdən zəif və qüsurlu hədislərə əl atmışlar. Ona görə də bu hədislərin yaratdığı şübhələri həll etmək üçün onların mətn və sənədlərinə nəzər salmağı lazım bildik. Bu hədislərin mətn və sənədlərində baş vermiş dəyişikliklər (artırıb-azaltmalar) bizim müzakirə obyektimiz olacaqdır.

?


---aaa--kcllijjati-xxi-3.html

---aaa--kcllijjati-xxi.html

---altn---qaplama---trkc.html

---atulla-zma-mmmd-fazil-14.html

---atulla-zma-mmmd-fazil-19.html


Дужак Ирина Витальевна - Сборник Научных Трудов Ежегодного Городского Научно-Практического Семинара Санкт-Петербург 2017
Повреждающие Факторы - Патофизиология Органов Пищеварения
Раздел 2 Основы Военной Службы - Основы Безопасности Жизнедеятельности
Так Чем И Как Лечить Чесотку У Малышей? - Чесотка- Это Поражение Кожи Клещами (Крошечными Насекомыми Sarcoptes Scabiei)
Velez-Malaga 8 Arciprestazgo Axarquia Interior Sabad. Visperas Templo O Capilla Domingos,Festivos Lunes A Viernes
Einwohner Von Haraszti (H. Dunaharaszti), Harast Um 1700
Этап Социализации - Пояснительная Записка (Цели И Задачи Ооп )
Карпатских Горах
Autonomous Replicating Segment - Biotechnology
Ep Message Passing For Inference Within Single Query Model