1 ... 12 13 14 15 16 17 18 19 ... 22

﴿وَإِذَا قِيلَ لَهُم مَّاذَا أَنزَلَ رَبُّكُمْ قَالُواْ أَسَاطِيرُ الأَوَّلِينَ﴾ - Мөһсин Гираәти

səhifə16/22
tarix24.05.2018
ölçüsü2.28 Mb.

﴿وَإِذَا قِيلَ لَهُم مَّاذَا أَنزَلَ رَبُّكُمْ قَالُواْ أَسَاطِيرُ الأَوَّلِينَ﴾

Onlardan “Rəbbiniz nə nazil edib?” soruşulduqda “keçmişlərin əfsanələridir” deyə cavab verərlər.”


Nöqtələr

● “Əsatir” sözü ya “usturə” sözünün cəm forması olub hekayə və xurafat əfsanə mə’nasını bildirir, ya da “əstar” sözünün cəm forması olub əsas nüsxənin surətinin sətirləri mə’nasını bildirir. Bu söz Qur’anda 9 dəfə kafirlərin dilindən nəql olunmuşdur. Bütün hallarda “əvvəlin” sözü ilə yanaşı işlənmişdir. Yə’ni “bu sözlər təzə deyil və əvvəlkilərin quramalarıdır.”

● Bugünkü sosioloqların da bə’ziləri dini cəhalət və xurafatdan qaynaqlanmış cərəyan sayırlar. Bu söz həm də həqiqi dinin üsulunda yer tapmış və həqiqi dinlə heç bir əlaqəsi olmayan xurafatlara işarə ola bilər.

Bildirişlər

1. Peyğəmbərlərin və səmavi kitabların göndərilməsi xalqın hidayət və tərbiyəsi ilə bağlı Allahın rübubiyyət şə’nindəndir.

2. Təkəbbürlü insanların xasiyyəti qarşı tərəfi təhqir etməkdir. Onlar bə’zən əqidə məktəbini, bə’zən rəhbəri, bə’zən də bütöv bir ümməti təhqir edirlər.

3 Qur’anın müəyyən bir hissəsi əhvalatlardan ibarət olsa da, bunlar kitab nazil olan xalqın tanımadığı qövmlər və peyğəmbərlər haqqındadır. Bu sayaq əsaslı mə’lumatları keçmişlərin uydurması saymağa əsas nədir?!
● Ayə 25:

﴿لِيَحْمِلُواْ أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَامَةِ وَمِنْ أَوْزَارِ الَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ أَلاَ سَاء مَا يَزِرُونَ﴾

Onlar qiyamət günü həm öz günah yüklərini bütünlüklə, həm də bilmədən yoldan çıxardıqlarının günah yükünün bir hissəsini çiyinlərinə almalıdırlar. Bilin ki, necə də pis bir yük götürürlər.”


Nöqtələr

● Bu ayədə dünya həyatında yalan təbliğatla xalqı doğru yoldan azdıran küfr başçılarına aiddir. Çünki onlar qiyamətdə həm öz küfrlərinin günahını, həm də yoldan çıxardıqlarının günahını çiyinlərinə alarlar. Rəvayətdə oxuyuruq: Əyri yol qoyan kəs bütün azanların cəzasına şərikdir. Yaxşı yol qoyan kəs isə bu yolu gedənlərin mükafatına öz payından bir şey azaldılmadan şərik olar.

Bildirişlər

1. Küfr və zillət rəhbərlərinin günahında heç bir güzəşt olmaz.

2. Başqalarını günaha də’vət edən insan onların cəzasına da şərikdir.

3. Küfr başçıları öz günah paylarını bütünlüklə, öz ardıcıllarının günah payının isə bir hissəsini öhdələrinə götürərlər.

4. Bir çox azğınlıqların səbəbi cəhalətdir. Düşmən xalqın cəhalətindən istifadə edib, xalqı doğru yoldan azdırır.

5. Günah yükdür, özü də çox pis bir yük.


● Ayə 26:

﴿قَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى اللّهُ بُنْيَانَهُم مِّنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ السَّقْفُ مِن فَوْقِهِمْ وَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لاَ يَشْعُرُونَ﴾

Həqiqətən, onlardan əvvəlkilər hiylə qurdular. Allahın qəhr-qəzəbi onların binalarının sütunları sorağına gəldi. Başlarının üzərindəki dam uçub töküldü və ilahi əzab gözləmədikləri yerdən yetişdi.”


Nöqtələr

● Bu ayə həm fitnəkarlara xəbərdarlıq, həm də Peyğəmbərə (s) təsəllidir.

Bildirişlər

1. Haqq yolda daim qurğular qurulmuşdur.

2. Dinin bünövrəsi təhlükədə olduqda Allah Özü işə qarışır.

3. Din və məzhəb müxalifləri bilsinlər ki, onlar Allahla qarşı-qarşıya durmuşlar.

4. Harada dinin bünövrəsi təhlükədədirsə (ötən ayələrdə kafirlər vəhyi əsatir sayırdılar), müxaliflərlə bünövrəli rəftar edilməlidir.

5. Düşmənlə səthi yox, fundamental mübarizə aparılmalıdır ki, onların bütün ideoloji təşkilatları aradan götürülsün.

6. Allahın cəzaları təkcə axirətə aid deyil.

7. Bə’zən insanın canını qorumalı olan möhkəm bina onun üçün gora çevrilir.

8. Allahın qəhr-qəzəbinin zaman və məkanını öncədən müəyyənləşdirmək mümkünsüzdür.
● Ayə 27:

﴿ثُمَّ يَوْمَ الْقِيَامَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَآئِيَ الَّذِينَ كُنتُمْ تُشَاقُّونَ فِيهِمْ قَالَ الَّذِينَ أُوتُواْ الْعِلْمَ إِنَّ الْخِزْيَ الْيَوْمَ وَالْسُّوءَ عَلَى الْكَافِرِينَ﴾

Allah qiyamət günü onları xar və rüsvay edəcək. O buyurar: “Haqqında höcətləşdiyiniz şəriklərim haradadır?” Alimlər deyər: “Həqiqətən, bu gün zillət və rüsvayçılıq kafirlər üçündür.”


Nöqtələr

● Qur’an baxımından elm və cəhalət bilmək və bilməməkdən daha geniş mə’naya malikdir. Bir insan oxuyub-yazmağı bacarmasa da, elm və həqiqət əsasında düşünüb hərəkət edirsə, o, əsl alimdir. Əksinə, bütün elmlərdən xəbərdar olan bir şəxs yanlış əməl edirsə, o, əsl cahildir. Şirk və bütpərəstlik düşüncəsi cəhalət nişanəsidir. Necə ki, Lut qövmünün çirkin əməllərinin kökü cəhalət sayılır. Bu ayədə “Utul-ilmə” dedikdə küfr və şirkə qarşı dayanmış elm adamları nəzərdə tutulur. Yə’ni həqiqi elm insanı tövhid və imana çatdırır.

Bildirişlər

1. Günahkarlar əsasən qiyamətdə cəzalandırılırlar. Dünyadakı bədbəxtlik onların axirət bədbəxtliyinin müqəddiməsidir.

2. Dünyada mö’minləri xar sayanlar özləri qiyamətdə xar olar.

3. Dünyada kimin ardınca gedirsənsə, qiyamətdə də bu ardıcıllığın cavabını verməlisən.

4. Qiyamət mühakiməsində müşriklərin deməyə sözləri yoxdur.

5. İnsanı iman və saleh əmələ aparan həqiqi elm Allahın hədiyyəsidir.


● Ayə 28:

﴿الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلائِكَةُ ظَالِمِي أَنفُسِهِمْ فَأَلْقَوُاْ السَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوءٍ بَلَى إِنَّ اللّهَ عَلِيمٌ بِمَا كُنتُمْ تَعْمَلُونَ﴾

Mələklər özlərinə sitəm qılanların canlarını aldıqda onlar itaətlə baş əyər (aldadaraq deyərlər:) “Biz heç bir pis iş görməmişik.” Elə deyil! Şübhəsiz, Allah gördüyünüz işlərdən agahdır.”


● Ayə 29:

﴿فَادْخُلُواْ أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا فَلَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ﴾

Əbədi qalacağınız cəhənnəmin qapılarından daxil olun. Həqiqətən, təkəbbürlülərin yeri necə də pisdir.”


Nöqtələr

● Mələklər kafirlərin canlarını alarkən onlar həm İslamı qəbul, həm də öz çirkin keçmişlərini inkar edirlər. Amma nə həmin imanın, nə də həmin inkarın faydası var. Çünki hər iki iş məcburiyyət üzündən edilir. Allah onların işlərindən agahdır.

Bildirişlər

1. Ölüm yoxluq yox, ruhun cisimdən ayrılmasıdır.

2. İşi vasitə ilə həyata keçirmək Allahın sünnəsi, qanunudur.

3. Küfr və şirk şəxsin öz insanlığına zülmüdür.

4. İnsan bir gün məcbur qalaraq təslim olur.

5. Canvermə məqamı mö’min və kafir üçün həssas bir məqamdır.1

6. Cəhənnəmin müxtəlif qapıları var, hər günahkar bir qapıdan daxil olur.

7. Küfrün kökü təkəbbür ruhiyyəsidir.


● Ayə 30:

﴿وَقِيلَ لِلَّذِينَ اتَّقَوْاْ مَاذَا أَنزَلَ رَبُّكُمْ قَالُواْ خَيْرًا لِّلَّذِينَ أَحْسَنُواْ فِي هَذِهِ الدُّنْيَا حَسَنَةٌ وَلَدَارُ الآخِرَةِ خَيْرٌ وَلَنِعْمَ دَارُ الْمُتَّقِينَ﴾

Müttəqilərə deyilir: “Rəbbiniz nə nazil edib?” Deyərlər: “Xeyir (nazil etmişdir).” Yaxşılıq edənlər üçün dünyada yaxşılıq var. Şübhəsiz, axirət evi daha üstündür. Pəhrizkarların yeri necə də yaxşıdır!”


Nöqtələr

● İlkin İslam dövründə Məkkəyə gələnlər Qur’an və Peyğəmbərin (s) adını eşidib, “Rəbbiniz nə nazil edib?” deyə soruşardılar. Müşriklər onlara “Bu, keçmişlərin əsatiridir” deyərdilər. Mö’minlər isə Allahdan xeyir nazil olduğunu bildirərdilər.

● Duada Allahdan yaxşılıq istəyən insan özü saleh əməl sahibi olmalıdır.

Bildirişlər

1. Həqiqi mühakimənin pak ruh və pəhrizkarlığa ehtiyacı var.

2. Qur’an bir kəlmə ilə tanıtdırılır. (“Xeyir” xoşbəxtliyin qaynağıdır. Yüz söz əvəzinə bir söz!) Qur’an xeyir və yaxşılığa də’vət edir.

3. Xeyir əməl sahibləri hər iki dünyada xeyirə çatar.

4. İlahi mükafat insanın əməllərinə münasib olur.


● Ayə 31:

﴿جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ لَهُمْ فِيهَا مَا يَشَآؤُونَ كَذَلِكَ يَجْزِي اللّهُ الْمُتَّقِينَ﴾

(Ağaclarının) altından çaylar axan daimi bağlara (cənnətlərə) daxil olacaqsınız. Onlar üçün orada istədikləri şey mövcuddur. Allah təqva əhlinə bu sayaq mükafat verər.”


Bildirişlər

1. Behiştdə müxtəlif və çoxsaylı bağlar var.

2. Behişt bağları daim yaşıldır. Bu bağlarda xəzan və quraqlıq yoxdur.

3. Dünyanın haram ləzzətlərindən çəkinməyin mükafatı sonsuz axirət ləzzətləridir.

4. “İstədikləri şey” tə’birinin əhatəsi daha genişdir. Çünki insan bə’zən nəfs və göz üçün ləzzəti olmayan irfan və mə’nəviyyat məqamı diləyir.

5. Yaxşı əməl sahiblərini mükafatlandırmaq Allahın sünnəsi, qanunudur.


● Ayə 32:

﴿الَّذِينَ تَتَوَفَّاهُمُ الْمَلآئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلامٌ عَلَيْكُمُ ادْخُلُواْ الْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ﴾

(Şirk və günah çirkinliyindən) pak olanlara onların canını alan mələklər deyər: “Salam olsun sizə! Gördüyünüz işlərin mükafatı olaraq behiştə daxil olun.”


Nöqtələr

● Küfr və şirk əhli haqqında olan ötən ayələrə əsasən, “təyyibin” sözü şirk və günahdan uzaq olan təqva əhlinə işarədir. “Təyyib” dedikdə istənilən kin və qatqıdan uzaqlıq, kamillik və xeyir əməllə zinətlənmə nəzərdə tutulur.

Bildirişlər

1. Bə’zilərinin cəzalandırılması və ya mükafatlandırılması ölüm anından başlayır. Rəvayətlərdə deyilir ki, qəbir ya cəhənnəm dərəsi, ya behişt bağıdır.

2. Ölüm yoxluq yox, ruhun çıxarılmasıdır.

3. Mələklər Allahın mə’murlarıdırlar. Allahın hər iş üçün mə’murları vardır.

4. Pak insanların ölümü mələklərin salamı ilə müşayiət olunur.

5. Salam vermək mələklərin şüarı və ərş ədəbidir. (Salamda dua, salamatlıq, əmin-amanlıq var.)

6. Behişti bəhanəyə yox, bahaya (dəyərinə) verirlər.
● Ayə 33:

﴿هَلْ يَنظُرُونَ إِلاَّ أَن تَأْتِيَهُمُ الْمَلائِكَةُ أَوْ يَأْتِيَ أَمْرُ رَبِّكَ كَذَلِكَ فَعَلَ الَّذِينَ مِن قَبْلِهِمْ وَمَا ظَلَمَهُمُ اللّهُ وَلـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ﴾

Yoxsa kafirlər (ruhlarını çıxaracaq) mələklərin Rəbbinin əmrinin soraqlarına gəlməsindən başqa bir şeymi gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər. Allah onlara zülm etmədi, amma onlar özlərinə zülm edirdilər.”


Nöqtələr

● “Bəqərə” surəsinin 210-cu, “Ən’am” surəsinin 158-ci ayələri də bu ayə’nin oxşarıdır.

● Peyğəmbərin nəsihətindən oyanmayanlar Allahın əzab qamçısından oyanarlar. Amma bunun nə faydası?!

Bildirişlər

1. Kafirlər Allahın qəhr-qəzəbini görməyincə öz küfrlərindən əl çəkməzlər.

2. Allahın dünyadakı qəhr-qəzəbi intiqam üçün yox, tərbiyə üçündür.

3. Şirk, küfr və təkəbbürçülük cərəyanı tarix boyu fəal olmuşdur.

4. İlahi əzab bizə zülm deyil. Zülm öz əməllərimizdir.

5. Küfr və təkəbbür öz insanlığımıza zülmdür.

6. Zülm və tüğyanın davamı təhlükəlidir.

7. Höccət tamamlandıqdan, peyğəmbərlər və kitablar göndərildikdən sonra əzabın gəlişi zülm yox, məhz ədalətdir.

● Ayə 34:

﴿فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ﴾

Gördükləri pis işlərin cəzasına çatdılar, məsxərəyə qoyduqları (əzab) onları bürüdü.”


Nöqtələr

● “Səyyiat” dedikdə kiçik günahlar nəzərdə tutulur. “Nisa” surəsinin 31-ci ayəsində oxuyuruq: “Qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtərik.” Demək, insana dünyada verilən cəza onun pis əməllərinin bir hissəsinə cavabdır. Əsas cəza isə qiyamətdədir.

● “Haqə bihim” dedikdə məsxərəyə qoyduqları əzabın onları bürüməsi nəzərdə tutulur.

Bildirişlər

1. Pis əməllərin acı tüstüsü insanın öz gözünə dolur.

2. Başqalarını məsxərəyə qoymağın cəzası elə bu dünyada insana yetişir.

3. Başqalarını məsxərəyə qoysaq, özümüz çətinliyə düşərik.
● Ayə 35:

﴿وَقَالَ الَّذِينَ أَشْرَكُواْ لَوْ شَاء اللّهُ مَا عَبَدْنَا مِن دُونِهِ مِن شَيْءٍ نَّحْنُ وَلا آبَاؤُنَا وَلاَ حَرَّمْنَا مِن دُونِهِ مِن شَيْءٍ كَذَلِكَ فَعَلَ الَّذِينَ مِن قَبْلِهِمْ فَهَلْ عَلَى الرُّسُلِ إِلاَّ الْبَلاغُ الْمُبِينُ﴾

Müşriklər dedilər: “Əgər Allah istəsəydi nə biz, nə də bizim atalarımız Ondan qeyrisinə pərəstiş etməz, Onun hökmü olmadan heç nəyi haram saymazdıq.” Onlardan əvvəlkilər də belə rəftar edirdilər. Məgər peyğəmbərlərin aşkar bəyandan savay nə vəzifəsi var?!”


Nöqtələr

● “Cəbr” (“məcburiyyət”) məsələsi müşriklər tərəfindən uydurulmuş bir məsələ idi. Onlar deyirdilər ki, Allah istəsəydi, biz Ondan qeyrisinə pərəstiş etməz, müşrik olmazdıq. Bu nöqtələr “Ən’am” surəsinin 148-ci, “Zuxruf” surəsinin 10-cu ayəsində də qeyd olunmuşdur.

Sual:

Xalqın azğınlığının qarşısının alınmaması Allahın razılıq nişanəsi deyilmi?

Cavab:

Xeyr! Çünki Allah xalqın hidayəti üçün vasitələr müəyyənləşdirmiş, peyğəmbərlər və kitablar göndərmişdir. Təbii ki, azğınlıq istəyən belə etməzdi. Amma kimsə iman gətirməyə də məcbur edilməmişdir. Çünki məcburi iman dəyərsizdir.

Bildirişlər

1. Küfr və şirkdən də təhlükəlisi bu iki şeyə don geyindirib, onları Allaha aid etməkdir.

2. Müşriklər arasında da “cəbrilik” (“məcburiyyət”) əqidəsi olmuşdur.

3. Azğınlar özlərindən əlavə, ata-babalarının da işinə don geyindirirlər.

4. Bir çox insanlar ağına-bozuna baxmadan ata-babalarının əqidəsini qəbul edirlər.

5. Haram şeyləri halal etməyə icazə verilmədiyi kimi, halal şeyləri də haram etmək caiz deyil.

6. Azğınlar tarix boyu pis işlərini yaxşıya yozmaqla, don geyindirməklə məşğul olmuşlar.

7. Təbliğ yetərli və aydın olmalıdır.

8. Peyğəmbərlərin vəzifəsi xalqı məcburi şəkildə imana yönəltmək yox, də’vət və təbliğdir.


● Ayə 36:

﴿وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ فَمِنْهُم مَّنْ هَدَى اللّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلالَةُ فَسِيرُواْ فِي الأَرْضِ فَانظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ﴾

Həqiqətən, Biz hər ümmət arasında bir peyğəmbər seçdik ki, (xalqa desin:) «Allaha pərəstiş edin və zalım hakimlərdən, Tağutdan uzaq olun.» Xalqın bir dəstəsi Allah tərəfindən hidayət olunanlardır. Bə’ziləri isə azğınlığa layiqdir. Yer üzündə səfərə çıxın ki, təkzib edənlərin işinin aqibətini görəsiniz.”


Nöqtələr

● “Umm” kökündən olan “ümmət” sözü ardıcıllıq mə’nasını bildirir. Hər hansı şəkildə birliyi olan topluma “ümmət” deyilir. Bu söz Qur’anda 64 dəfə işlədilmişdir.

● “Tağut” “tüğyan” sözünün mübaliğəsidir. Qur’anda tüğyan və itaətsizlik səbəbi olan şeytan, sitəmkar, təkəbbürlü şəxs, bütlər tağut adlandırılmışdır. Bu söz həm tək, həm də cəmə münasibətdə işlədilir.

● Allah bütün insanlar üçün hidayət vasitələri göndərmişdir. Kimi qəbul edib hidayət olunur, kimi inkar edib yolunu azır. Demək, hidayət Allahdan, azğınlıq isə bizdəndir. Bir misal çəkək: yer daim işıq saçan günəşin ətrafında dövr edir. Onun günəşə tərəf olan hissəsi işıqlanır, əks tərəfi qaranlıq qalır. Yer kürəsinin işığı günəşdən, qaranlığı isə özündəndir.

Hər halda Allah ləyaqətini itirməmiş insanın azğınlığını Özünə aid etmir. Qur’anda buyurulur ki, Allah yalnız fasiqləri, həddi aşanları cəzalandırır.

Bildirişlər

1. Peyğəmbərlər bir irqə, bir məntəqəyə, bir qəbiləyə göndərilməmişlər.

2. Peyğəmbərlərin proqramlarında tövhidə də’vət və Tağutdan uzaqlıq birinci pillədə dayanır.

3. Allahpərəstlik zalım hakimlərə tabeçiliklə bir araya sığmır.

4. İnsan ibadət və Allaha bağlılıqla zalımlara qarşı mübarizə gücü əldə edir.

5. Allah insana yol seçimində azadlıq vermişdir.

6. İnsanın seyr və səfəri ibrət üçün olmalıdır.

7. Tarixdə qanunauyğunluq var, cəmiyyətə hakim qanunlar sabitdir.

8. Qur’an bəşəriyyəti məqsədli səyahətə də’vət edir.


● Ayə 37:

﴿إِن تَحْرِصْ عَلَى هُدَاهُمْ فَإِنَّ اللّهَ لاَ يَهْدِي مَن يُضِلُّ وَمَا لَهُم مِّن نَّاصِرِينَ﴾

(Ey peyğəmbər!) Onların hidayətinə (doğru yola gəlməsinə) hərislik göstərsən də, şübhəsiz, Allah azdırdığı kəsi hidayət etməz. Onlar üçün heç bir yardımçı yoxdur.”


Nöqtələr

● Əvvəlki ayə’nin: “Bir dəstənin inkar və küfr səbəbindən yolunu azması qətidir,” ardınca bu ayədə Peyğəmbərə (s) xitabən buyurulur: “Onlara can yandırma, sənin canıyananlığın əbəsdir. Çünki Allah onların qəlbini möhürləmişdir və hidayət olası deyillər.”

● Bə’zən problem təbliğatçıda yox, xalqın qabiliyyətində olur, Peyğəmbər mə’sumdur, onun zəif nöqtəsi yoxdur, ən üstün əxlaqa malikdir və canıyanandır. Bununla belə xalq onu qəbul etmir.

Bildirişlər

1. İnsan bə’zən o qədər süqut edir ki, dünyada hidayət, axirətdə qurtuluş qabiliyyətini itirir.

2. Təbliğatçı bilməlidir ki, bir qrup insan heç bir məntiqi qəbul etmir. Belələrinin iman gətirməsini gözləməyə dəyməz.

3. Şəfaət üçün insanın ləyaqəti olmalıdır və şəfaətdən hər kəs bəhrələnə bilmir.

● Ayə 38:

﴿وَأَقْسَمُواْ بِاللّهِ جَهْدَ أَيْمَانِهِمْ لاَ يَبْعَثُ اللّهُ مَن يَمُوتُ بَلَى وَعْدًا عَلَيْهِ حَقًّا وَلـكِنَّ أَكْثَرَ النَّاسِ لاَ يَعْلَمُونَ﴾

Ən şiddətli şəkildə Allaha and içdilər ki, hər kəs ölərsə, Allah onu diriltməyəcək. Bəli, (ölülərin dirildiləcəyi) Allahın haqq və’didir. Amma xalqın çoxu bilməz.”


Nöqtələr

● İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətə əsasən, rəc’ət (İmam Mehdinin (ə) qiyamı dövründə bir dəstə insanın dirildilməsi) bu ayə’nin nümunələrindəndir. Amma şiə müxalifləri bu həqiqəti inkar edirlər.

Bildirişlər

1. And sədaqət və düzlük nişanəsi olmaya da bilər.

2. Cəhalət və küfrdən də pisi bu iki iş üzərində isrardır.

3. Tövhid məsələsini məad məsələsindən ayırmaq cahiliyyətə aid əqidədir.

4. Qiyamət və ilahi və’d yeri cəza və mükafat üçündür.

5. Qiyamətdə ölülərin dirildilməsi həqiqətdir.

6. Məadı inkar etməyin kökü cəhalətdir.
● Ayə 39:

﴿لِيُبَيِّنَ لَهُمُ الَّذِي يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ الَّذِينَ كَفَرُواْ أَنَّهُمْ كَانُواْ كَاذِبِينَ﴾

(Ölülərin dirildilməsi) xalqın ixtilafda olduğu məsələni aydınlaşdırmaq və küfr edənlərin özlərinin yalançı olduqlarını bilmələri üçündür.”


Nöqtələr

● Kafirlər Allahın birliyini, peyğəmbərlərin haqlılığını, qiyamətin bərpasını, əməllərin hesaba çəkilməsini qəbul etmir, bu məsələlərə şübhə ilə yanaşırdılar. Ayədə buyurulur ki, qiyamətdə bütün bu məsələlər aydınlaşar və anlayarlar ki, dünyadakı əqidələri puç olub. Amma bunun nə faydası?!

Bildirişlər

1. Qiyamət günü bütün həqiqətlərin aydınlaşdığı gündür.

2. Küfr yalan və inkar üzərində qurulmuşdur.

● Ayə 40:

﴿إِنَّمَا قَوْلُنَا لِشَيْءٍ إِذَا أَرَدْنَاهُ أَن نَّقُولَ لَهُ كُن فَيَكُونُ﴾

(Ölüləri diriltmək Bizim üçün çətin deyil, çünki) bir iş görmək istəsək, həqiqətən, həmin iş üçün sözümüz yalnız “ol” deməkdir. O da (yubanmadan) vücuda gələr.”


Nöqtələr

● Allah-təala bu ayədə “sözümüz”, “Yasin” surəsinin 82-ci ayəsində “əmrimiz” tə’birlərini işlədir. Demək, Allahın əmr və sözü Onun istək və iradəsindən ibarətdir.

● Ayədə bildirilir ki, Allah bir işin olması üçün yalnız “ol” əmrini verir. Əslində isə Allahın bir işi görmək üçün söz deməyə ehtiyacı yoxdur. “Ol” sözünün bəyanında məqsəd hadisəni dərk edə biləcəyimiz şəkildə anlatmaqdır.

● İnsan öz zehnində təsəvvür yaratmaq üçün bunu istəsə bəs edir. Allahın isə bir şeyi yaratmaq üçün istəyi kifayətdir.

Bildirişlər

1. Əgər istənilən bir iş Allahın bir istəyi ilə baş verirsə, hansı əsasla məada şəkk etməliyik?!

2. Allah mövcudları hər hansı tərkibləri dəyişməklə yox, sadəcə yoxdan var edir.
● Ayə 41:

﴿وَالَّذِينَ هَاجَرُواْ فِي اللّهِ مِن بَعْدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمْ فِي الدُّنْيَا حَسَنَةً وَلَأَجْرُ الآخِرَةِ أَكْبَرُ لَوْ كَانُواْ يَعْلَمُونَ﴾

Sitəm gördükdən sonra Allah yolunda hicrət edənlərə, şübhəsiz ki, həmin dünyada gözəl bir məskən verəcəyik. Əgər bilsəydilər, əlbəttə ki, axirət mükafatı daha böyükdür.”


● Ayə 42:

﴿الَّذِينَ صَبَرُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ﴾

(Onlar) Səbir yolunu tutanlar və Rəbblərinə təvəkkül edənlərdir.”


Nöqtələr

● Qur’an müxtəlif ayələrdə hicrət və onun dünya və axirət tə’sirləri haqqında danışır. Necə ki, “Nisa” surəsinin 100-cu ayəsində buyurulur: “Hər kəs Allah yolunda hicrət etsə, yer üzündə çox geniş bir məskən tapar.”

● Bu ayədə “hacəru fillah” tə’biri işlədilmişdir. Bu isə “Allah yolunda hicrət” tə’birindən daha dəqiqdir.

Bildirişlər

1. Dinini yaymaq və ya hifz etmək, eləcə də, canını qorumaq üçün vətənindən, mal-mülkündən keçib hicrət edənlər müvəffəq olur.

2. Əgər zalımla qarşı-qarşıya gəlmək gücü yoxdursa, onun hakimiyyətini qəbul etmək yox, hicrət etmək lazımdır.

3. Hicrət düşmən qarşısında qələbə, səbir və təvəkkül rəmzidir.

4. Sitəmkarlar qarşısında biganələrə yox, imanınıza, təvəkkül və müqavimətinizə arxalanın.

5. Hicrət çətinliklərinə dözmədən qurtuluş əldə olunmur.
● Ayə 43:

﴿وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِمْ فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ﴾

Biz səndən öncə də yalnız vəhy etdiyimiz (mələk və ya digər mövcud yox) kişilər göndərdik. (Onlar sənin gəlişinə təəccüb edirlər. Onlara de ki,) əgər (öyrənə) bilmirsinizsə, zikr əhlindən soruşun.”


Nöqtələr

● Bu ayə bəşər düşüncəsinin qəbul etdiyi ümumi bir prinsipi bəyan edir. Bu prinsip alim və mütəxəssislərə müraciətdir. Yə’ni nəyi bilmirsinizsə, həmin işin mütəxəssislərindən soruşun. Əlbəttə ki, dini məsələlərdə “zikr əhlinin” ən bariz nümunəsi Peyğəmbər (s) Əhli-beytidir. Bu məzmunda şiə və sünni rəvayətləri çoxdur.1

● Təbəri, İbn-Kəsir və Alusi də öz təfsirlərində zikr əhlinin Peyğəmbər (s) Əhli-beytinə işarə olduğunu bildirirlər.

● “Bihar” kitabının 23-cü cildində 172-ci səhifəsindən başlayaraq 60-a yaxın rəvayətdə bu barədə danışılır. Mə’sum imamlar buyururlar: “And olsun Allaha, «Əhli-zikr» bizik və xalq öz suallarını bizdən soruşmalıdır.”

Bildirişlər

1. Bütün ilahi peyğəmbərlər mələk yox, insan cinsindən olmuşlar.

2. Bütün peyğəmbərlər yetkin və şücaətli kişilər olmuşlar. (Baxmayaraq ki, bə’ziləri, məsələn İsa və Yəhya uşaq yaşında peyğəmbərliyə çatmışlar.)

3. İlahi vəhyin bir insana nazil olması təəccüblü deyil. Bu, bəşərin hidayəti üçün nəzərdə tutulmuş ilahi sünnədir.

4. Cəhalət olan yerdə soruşub öyrənmək vəzifədir.

5. Dini məsələləri dinlə səthi tanışlığı olanlardan yox, din bilicilərindən soruşmaq lazımdır.

6. İnsanın bildiyi şeyi soruşmasının mə’nası yoxdur. Yalnız fikrini dəyişmək istəyən şəxs belə edə bilər.

7. Əgər zikr əhlindən soruşmaq zəruridirsə, cavabı da qəbul etmək zəruridir. Əks təqdirdə sual vermək mə’nasızdır.

8. Müstəqil öyrənə bilmədiyimiz şeyi soruşaq. Axtarış aparmadan sual vermək düzgün deyil. Ayədə deyilmir ki, bilmədiyinizi soruşun, deyilir ki, öyrənə bilmədiyinizi soruşun.
● Ayə 44:

﴿بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ﴾

(Biz səndən öncəki peyğəmbərləri) mö’cüzə və kitabla (göndərdik). Sənə zikri (Qur’anı) nazil etdik ki, xalq üçün onlara nazil olanı aydın bəyan edəsən. Ola bilsin ki, düşünələr.”


Nöqtələr

● “Bəyyinat” dedikdə peyğəmbərliyin aşkar dəlilləri və mö’cüzələri nəzərdə tutulur. “Zəbur” sözünün cəm forması olan “zubur” sözü səmavi kitab mə’nasını bildirir.

● Ayə iki növ vəhyə işarə ola bilər: hamı üçün nəzərdə tutulmuş vəhy və Qur’anın təfsir və bəyanı üçün nəzərdə tutulmuş vəhy. İkinci növ vəhy Peyğəmbərə (s) məxsusdur. Yə’ni “Biz sənə zikr nazil etdik ki, xalqa nazil olmuş Qur’an təfsirini bəyan edəsən.”

Bildirişlər

1. Peyğəmbərlərin həm mö’cüzələri, həm də kitabları olub. Bununla xalqın haqqı batildən seçməkdə yanlışlığa düçar olmaması nəzərdə tutulub.

2. Peyğəmbərlərin həm “bəyyinə” - əqli dəlilləri, həm də “zubur” - nəqli dəlilləri olub.

3. Qur’an şəxsən Peyğəmbərə (s) nazil olsa da, bu kitabda bütün xalqa müraciət olunur.

4. Qur’an bir dəfə Peyğəmbərə (s) bütövlükdə nazil olmuşdur. İkinci dəfə bu səmavi kitab tədricən nazil olmuş və xalq bu işdən xəbərdar olmuşdur. (Ərəb dilində, “inzal” dedikdə - birdəfəyə, “tənzil” dedikdə tədrici nazil olma nəzərdə tutulur.)

5. Qur’an Peyğəmbərin (s) bəyanına ehtiyaclıdır. Qur’anı sünnə və rəvayətlərdən ayırmaq caiz deyil.

6. Peyğəmbərin (s) vəzifəsi Qur’anı bəyan etmək, xalqın vəzifəsi deyilənləri düşüncə əsasında qəbul etməkdir.

7. Qur’an zikrdir. Bu zikr insanın diqqətini artırır və onu qəflətdən oyadır.
● Ayə 45:



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


---morfologiya-sarf-.html

---namazin-hikmt-v-srlr-2.html

---nkvd-------pipalata-n.html

---o-topraktan-yarattnda.html

---p-a-v-e-l-g-e-l-e-v----2.html


Поля Маревского Района Новгородской Области – Паспорт №32 - Бет 6
Cuadro 5.17. Modelo De Orden De Trabajos Preventivos - Una VisióN Global Del Mantenimiento EvolucióN Y OrganizacióN...
Публичное Пространство И Публичная Сфера Лекция 2 Публичное Пространство
ОПРЕДЕЛИТЕЛЬНАЯ ТАБЛИЦА ВИДОВ РЖАНОК - Справочник-Определитель Птиц Томской Области Издательство Томского Университета...
Gebelik Ve SüT Verme DöNeminde D VitamiNİ Desteğİ Sorular Ve Cevaplar
The Marketplace
A. *Действием Нейротоксина B - Тема Патогенные Риккетсии. Биологические Свойства. Методы Лабораторной Диагностики...
Значение Кода На Русском Языке(Полное) - Bet 5
El úLtimo DíA De Mi Infancia De Ana MaríA Matute (Barcelona, 1926-) En Magazine
Firuddin CəFƏRov Hasil FəTƏLİYev - SəHifə 73