1 ... 75 76 77 78 79 80 81 82 ... 87

لا تَنْقُشُ الشَّوْكَةَ بِالشَّوْكَةِ فَإِنَّ ضَلْعَهَا مَعَهَا - Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri,...

səhifə79/87
tarix22.10.2017
ölçüsü16.72 Mb.

لا تَنْقُشُ الشَّوْكَةَ بِالشَّوْكَةِ فَإِنَّ ضَلْعَهَا مَعَهَا

Yəni: «Tikanı tikanla çıxarma, çünki tikanın meyli tikanladır». Burada İmam əleyhis-salam səhabələrindən çox incidiyinə görə Allah-təalaya şikayət edərək Həmzə, Cə’fər, Salman, Əbuzər, Miqdad və Əmmar kimi din başçılarının xidmətlərini və bəyənilmiş sifətlərini xatırlamış, kömək və yardım üçün onların olmamasından təəssüflənmişdir. Sonda öyüd-nəsihət verərək sözünü davam etmişdir.

3 Übeydə ibn Harisin «Bədr» döyüşündə, Həmzə ibn Əbdülmüttəlibin «Ühüd» döyüşündə və Cə’fər ibn Əbu Talibin «Mu’tə» döyüşündə şəhid olmaları kimi.

4 İmam əleyhis-salam kimi. Qur’ani-Kərimin Əhzab surəsinin 23-cü ayəsində də belə buyurulur:

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا

«Möminlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (kafir və münafiqlərlə döyüşüb) şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhd-peymanı əsla dəyişməz, dönməzlikdən əl çəkməzlər.

1 «Filankəs döyüşdə həlak oldu» desəydilər, kədərlənməzdilər ki, onlara təskinlik versinlər. Çünki Allah yolunda ölməyi əbədi səadət bilirdilər.

1 İndi məğlub olduqlarına görə dostluq və birliklərini göstərirlər. Üstün gələn kimi sizə zülm, sitəm edəcəklər və onda onlara ürəyiniz yandığına görə peşman olacaqsınız. Bununsa heç bir xeyri olmayacaq.

1 Həzrət Peyğəmbərə iman gətirəndən Qur’ana zidd olan iş görməmişəm. Ona görə də sizin birinə vacib, təhkim və digərinə haram dediyiniz iki dəstəyə bölünməniz yersizdir. Çünki mənim rəftarım Qur’ana uyğundur, vacibi yerinə yetirirəm və haram iş görmürəm.

2 Qısası, bu gün İslamın olduğu kimi qalması və cahiliyyət dövründəkinə qayıtmaması naminə vuruşuruq.

3Çünki məqsədimiz qan tökmək deyil, doğru yol göstərməkdir. Əlli dördüncü xütbədə də buna işarə olunmuşdur.

1 Deməli, əgər onu igid yaradıbsa, bu böyük nemətin şükrü olaraq öz vəzifəsini – yəni, düşmənin aciz və qorxaq şəxsə hücumunun qarşısını almağı - yerinə yetirməli, bu yolda ölümə əhəmiyyət verməməlidir.

2 Çünki qılıncın ağrısı yox olub gedən dünyəvi ağrıdır, belə bir yataqda can vermək isə əbədi əzab gətirər.

1 Deməli, səadət və əbədi cənnət istəyən Allah yolunda döyüşdən və ölməkdən qaçmamalıdır.

1 «Allahın səni təyin etdiyi İmamətə camaatı hakim qıldığına görə küfr və azğınlıq baş verdi» dedikləri vaxt nəzərdə tutulur.

1 Çünki Qur’ani-Kərimin Yunus surəsinin 35-ci ayəsində buyurulur:

أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّي إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

«Doğru yola yönəldən kəs ardınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub ki, hər ikisini eyni bilirsiniz və bu işdə necə hökm verirsiniz?». Zumər surəsinin 9-cu ayəsində də buyurulur:

هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُوا الْأَلْبَابِ

«Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Ağıl sahibləri bundan agahdır». Deməli, Qur’anın hökmünə əsasən biz haqq yolunu göstərən və onun bütün biliklərinə sahib olduğumuza görə İmam, rəhbər olmalıyıq.

2 Çünki Həzrət Peyğəbmər «Qədir-Xumda» və başqa vaxtlarda da İmamlığa və xəlifəliyə məni təyin etmişdir. Qısası, biz iki hakimin qəzavəti ilə öz nəfslərinə uyğun söz deyib istədikləri hər bir işi görmək üçün deyil, yalnız Qur’ana və sünnəyə uyğun hökm çıxarmaları üçün razılaşdıq.
1 Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) adəti və yolu bu idi ki, beytülmalı bölərkən müsəlmanlar arasında fərq qoymazdı. Əbu Bəkr də xəlifəliyi dövründə bu yolla getdi. Lakin Ömər xəlifə olduqda Həzrətin yolunu dəyişərək bəzilərini başqalarından üstün tutdu. Osman da xəlifəliyi illərində Ömərin bu üsulunu daha da genişləndirərək ürəyi istədiyinə nəyi istəyirdisə verirdi. İmam əleyhis-salam xəlifəliyə təyin olunanda Həzrət Peyğəmbərin sünnəsinə uyğun rəftar etdi. Bu yol fitnəkarların adətlərinə, istəklərinə zidd idi. Bu səbəbdən də Təlhə və Zübeyr bey’əti pozaraq o böyük insandan uzaqlaşdılar və bir dəstə də Müaviyəyə qoşuldu. Sonra bir dəstə səhabəsi Həzrətin qulluğuna gələrək beytülmalın bölünməsində bəzilərinə üstünlük verməsini ondan xahiş etdilər. İmam əleyhis-salam bunları buyurdu.

1 Allahın Peyğəmbərinin sünnəsinə uyğun rəftar etməyib tabeçiliyimdə olanlara zülmü rəva görməklə Allahın qəzəbini qazanım?

2Allah-təala Qur’ani-Kərimin İsra surəsinin 26-27-ci ayələrində buyurur:

إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ

وَلاَ تُبَذِّرْ تَبْذِيرًا

«İsraf etmə və malını Allah rizasından qeyri sağa-sola səpələmə. Həqiqətən israfçılar şeytanların qardaşları və dostlarıdırlar.

1 Çünki Nəhrəvan xəvaricinin əqidələrinə, məzhəbinə görə xəta edib günah törədən hər kimsə kafirdir. Qəzavət olunması ilə razılaşmağı günah saydıqlarına görə Əmirəl-möminin əleyhis-salam və səhabələrinin –əuzu billah- kafir olduqlarını deyir, oranı «darül-küfr» adlandırırdılar. Onlardan əl çəkməyərək bacardıqları hər şeylərini – uşaqlarını, heyvanlarını – öldürürdülər. İmam əleyhis-salam onların sözlərini ifşa etmək üçün buyurmuşdur.

2 Böyük günahlardan olan zina, oğurluq və qətl küfrə səbəb olsaydı, Həzrət Peyğəmbər zinakarın namazına durmaz, onun və qatilin mirasını yaxınlarına verməz, arvadı olmayan zinakara və əli kəsilmiş oğruya qənimətdən pay ayırmaz, onlar da müsəlman qadınlarla nigah bağlamazdılar. Çünki kafirə namaz qılmaq caiz deyil. Küfr miras sahibi olmağa və müsəlman qadınla nigaha, qənimətdən yararlanmağa mane olan səbəblərdəndir.

1 Belə ki, siz özünüzü müsəlman və bu Peyğəmbərin davamçısı sayırsınızsa, nəyə görə günah təsəvvürünüzə görə müsəlmanı kafir hesab edərək canını, malını halal sanırsınız?

2 O böyük şəxsi İmam və rəhbərləri, Həzrət Peyğəbmərin vəsisi, onu və on bir övladını mə’sum, hər bir günahdan uzaq sayan, nə ilahiləşdirən, nə də düşmən kəsilən İmamilər kimi.

1 Təbiidir ki, Qur’an onları bizə tabe edəcək. Lakin iki hakim müxalif çıxaraq Qur’anın diriltdiklərini dirildib öldürdüklərini basdırmadılar.

2 Burada sahibi zənci, yəni, zəncilərin əmiri Əli ibn Məhəmməd Borğeyinin qiyamına toxunur. Onun həmsöhbəti Əhnəfdir. Ləqəbi Sənhir ibn Qeys ibn Müaviyə, künyəsi Əbu Bəhr olan bu şəxs Bəni-Təmim qəbiləsindən, Bəsrə əhlindən, Əmirəl-mömininin böyük səhabələrindən və Bəni-Təmim qəbiləsinin başçısı olmuşdur. Bəni-Təmim qəbiləsi Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəvətini qəbul etməmiş, tayfadan ilk dəfə o, İslama gəlmiş, başqalarını da müsəlman etmişdir. Bu xəbər Həzrət Peyğəmbərə çatdıqda onun haqqında dua etmişdir. Qısası, öz elmi, hikməti və bəyənilmiş mərifət keyfiyyətləri ilə Siffeyn döyüşünə qoşulmuşdu. İmam əleyhis-salamdan sonra da Məsəb ibn Zübeyrin hakimiyyəti dövrünə qədər İraqda həyat sürmüş və hicrətin altmış yeddi ilində Kufədə vəfat etmişdir.

1 Tarixçilərin yazdığına görə Rey şəhərinin əhlindən olan bu şəxs özünü Ələvi adlandıraraq atasının Məhəmməd ibn Əhməd ibn İsa ibn Zeyd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib olduğunu iddia edirdi. Əbu Talibin nəslindən olanlar onun bu əsl-nəsəbinə tə’nə ilə yanaşaraq onu düzgün saymırdılar. Belə ki, əsl-nəsəb biliciləri olan üləmalar onun özünün Əli ibn Məhəmməd ibn Əbdürrəhim, anasının babasının isə Zeyd ibn Əli ibn Hüseynlə birgə Hişam ibn Əbdülməlikə qarşı qiyam edən kufəli Məhəmməd ibn Həkim Əsədi olması haqda yekdil rəyə malikdirlər. O, Zeyd öldürüldükdən sonra Rey şəhərinə qaçmış və Vərzənin adlanan kənddə qalmışdır. Bu kənddə də zəncilərin başçısı Əli ibn Məhəmməd dünyaya gəlmiş, onun babası Əbdürrəhim isə Taleqanda anadan olmuşdur. Əbdürrəhim İraqa getdikdən sonra bir kənizi satın almış və ondan Əlinin atası Məhəmməd olmuşdur. Qısası, iki yüz əlli beşinci ildə Bəsrəni hədəfə götürmüş və Bəsrə əhlinin işçilərindən olan zənci qullardan kömək istəmişdir. Onun göstərişi ilə bir gün qullar hamılıqla öz sahiblərini öldürərək onun ətrafına toplaşmış, Kufə əhlinə qarşı cürbəcür fitnələr törətmişlər. O isə üzünə örtdüyü niqaba (ərəbcə «borğe») görə «borğeyi» kimi məşhurlaşmışdır.

2 Onlardan biri öldükdə daş ürəkli olduqlarına görə ölən barədə soruşmadan başqa birisi onun yerini tuturdu.

1 Buna işarə olunur ki, Peyğəmbərə vəhylə çatan və onun da mənə öyrətdiyi belə elmləri aça bilmərəm. Buna görə də bilməmiş kimiyəm.

2 Ancaq xütbədə bu barədə bir şey deyilməmişdir. Səbəbi bəlkə də bu ola bilər ki, Seyyid Rəzi əleyhir-rəhmənin metodu İmam əleyhis-salamın bütün buyurduqlarını deyil, ondan seçmələri qeyd etmək olduğu üçün bu başlığa aid hissəni ixtisara salmışdır. Bəlkə də heç Seyyid Rəzi mətnə toxunmayıb və xütbənin başlığı «haradadırlar öz ticarət və alış-verişlərində pərhizkarlar, öz əməllərini bəzəyən paklar»

Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--abdinov--r--f--mehdiyev-22.html

--abdinov--r--f--mehdiyev-27.html

--abdinov--r--f--mehdiyev-31.html

--abdinov--r--f--mehdiyev-6.html

--absimos-gegenstandslos-.html


Biotop-Report 2013 - SəHifə 32
Davlatlarning Hududiy Yaxlitligi Tamoyili - Toshkent Davlat Yuridik Instituti Sattorov Dilshod Yuldashevich
II.2. 2. Gestiunea Meniurilor - Partea A Ii-A : Implementarea De AplicaţIi Opengl Folosind Biblioteca Glut
Atmosphere - Eu Risk Assessment
§  2.  KəNddə Aqrar MüNasibəTbr - Amea A. A. Bakixanov Adina TariX İNstitutu AzəRbaycan Tarix Qurum U
Jan EşNoz Və Onun «Royal ArxasıNda» Romanı - SəHifə 4
De Lo Inconsciente - SəHifə 16
Книга За Год Покорила Сердца Миллионов Читателей, Собрала Огромное Количество Литературных Премий, Переводится На 36 Языков И По Ней Уже Снимается Фильм - Бет 10
3-Тарау.1БастапқЫ1МатериалдарғА, Дайындап қОйылғАн ЖәНе Жартылай ДайындалғАн МатериалдарғА қОйылатын Талаптар
Дополнительный Вопрос - Рабочая Учебная Программа По Дисциплине Гистология, Эмбриология, Цитология, Гистология Полости Рта