©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

* * * 139 - Kurikulum Redaksiya heyəti


* * *



139


Kurikulum. 2014. №2


İnformatika
(4-cü sinif)
Mövzu:
«Qrafik redaktorun alətləri».
Məqsəd:
Dərsin sonunda şagirdlər alət lə -
rin təyinatını izah edir və sadə şəkillər çəkmək
üçün alətlər seçə bilir (3.2.2).
Resurs:
Kompyuter, proyektor, iş vərəq lə -
ri, PowerPoint proqramının slaydları.
Dərsin gedişi:
Yeni dərsə başlamazdan əv vəl şagirdləri
fəallaşdırmaq məqsədilə proyektor vasitəsilə
lövhədə  aşağıdakı  slayd  göstərilir  və  sualla
müraciət olunur. 
Verilən alətlərin tə yi natını və onlar arasın -
dakı fərqi söyləyin?
Şagirdlərin cavabları dinlənildikdən sonra
növbəti slayda keçid alırıq. Şagirdlərə səsli bir
krossvord təqdim edirəm.
Şagirdlər  qrafik  redaktorun  adını  artıq
krossvordan bildiyi üçün tapmacada çətinlik
çəkmirlər. Növbəti slayda keçid alırıq.
Proyektordan  istifadə  edərək  əyri  xətt
alə tinin seçilməsi, onun vasitəsilə əyri xəttin
çəkilməsi  haqqında  məlumatları  təqdim  et -
mək  lə, eyni zamanda şagirdlərə kompyuterdə
iş və təhlükəsizlik texnikası qaydalarını yada
salaraq və dərsin növbəti mərhələsinə keçid
alıram.
Tədqiqatın aparılması mərhələsi: 
Tədqiqat
müxtəlif formalarda – bütün siniflə birgə, kiçik
qruplarda, cütlər şəklində və fərdi şəkildə ap -
arıla bilər. Mən dərsin bu mərhələsində şagird -

MÜşVİQ MƏMMƏDOV


İsmayıllı rayon Mollaisaqlı kənd tam orta məktəbin informatika müəllimi

mushviq2014@gmail.com 



140


Kurikulum. 2014. №2


Müşviq Məmmədov
lərə aşağıda verilmiş slaydı lövhədə göstərirəm
və sinfə belə bir tapşırıq verirəm: Paint proq -
ramın alətlərindən istifadə edərək şəkli çəkin
və «Gəmi» adı ilə kompyuterin yad da şın da sax -
layın? 
Şagirdlər fərdi olaraq kompyu terdə qrafik
redaktorun alətlərindən istifadə edərək şəkli
şəkirlər.
Bu vaxt ərzində mən multimedia vasitə lə -
rin dən  istifadə  edərək  şagirdlərin  əhvali-ru -
hiyyəsini qaldırmaq məqsədilə uşaqlar üçün
bəs təkar mahnılarını səsləndirirəm.   
Sonra şagirdlərin kompyuterdə çəkdikləri
şəkillər  müzakirə  edi lir.  Paint  proqramında
alətlərin  harada  yer ləş diklərini,  iş  sahəsini,
şəkillərin  ölçüləri  barədə  müxtəlif  suallar
verirəm. Təbii ki, bu zaman digər iştirakçıların
da sualları yaranarsa, suallar verə bilər.
Şagirdlərin cavablarını ümumiləşdirib on-
larla birlikdə nəticə çıxarıram:
– Rəssam şəkil çəkərkən müxtəlif alət lər -
dən istifadə etdiyi kimi, Paint proqramında da
müvafiq rəsm alətləri nəzərdə tutulmuşdur. Tez
bir zamanda keyfiyyətli şəkil hazırlamaq üçün
bəzən  həmin  alətlər  kifayət  etmir.  Məsələn,
istədiyiniz  xətti  Karandaş  və  Fırça  aləti  ilə
çəkmək o qədər də asan deyil.
– Qrafik  redaktorda  əyri  xətləri  daha
səliqəli çəkmək üçün xüsusi alətdən – əyri xətt
alətindən istifadə olunur.
– «Hava fırçası» adlanan bu alət ka ran -
daş və fırça kimi, qoyduğu izin qalınlığını də yiş -
mək olur. Bu alətdən istifadə etməklə ma   raqlı
şəkillər çəkmək olar. Dərsin əvvəlində irəli sü -
rülən fərziyyələri xatırladıram və onları şagird lə -
rin fəal iştirakı ilə qazanılmış biliklərlə mü qayisə
edirəm. 
Nəticədə şagirdləri fərdi qaydada aşağıda
verilmiş meyarlar əsasında qiymət lən dirirəm:
Dərsin yaradıcı tətbiqetmə mərhələsində
cütlərlə iş forma sın dan istifadə edərək rəng -
lənməmiş müxtəlif ciz gi filmləri personajlarının
rəsmlərini pay layıram. Digər iş vərəqində isə
həmin rəsmlərin hissə lərə bölünmüş variantı
verilir. Şagirdlərə rəs min 9 bərabər hissələrə
bölünmüş variantı isə zərfdə verilir. Verilmiş
vaxt ərzində cütlərdən biri rəsmi rəngləməli,
digəri isə hissələrə bö lünmüş rəsmi verilmiş
vərəqdə xüsusi dama lara yerləşdirməlidir. 
Meyarlar
«Paint» proqramında alətlərin təyinatını bilir.
«Əyri xətt» alətindən istifadə edərək əyri xətlər
çəkir.
Hava fırçasından istifadə edir.
Sadə şəkillər çəkir.
Çəkdiyi şəkli yaddaşda saxlaya bilir.

* * *



141


Kurikulum. 2014. №2


Azərbaycan dili 
(6-cı sinif)
Mövzu:
«İlk dünya səyahəti».
Standart:
2.2.1.; 2.1.1.; 1.2.1.; 2.2.3.; 1.1.1.
Məqsəd: 
Dərsin sonunda şagird:
– mətnin növünü müəyyənləşdirir;
– mətndəki faktları seçir və həmin faktlar
əsasında ümumiləşdirmə aparır.
Resurslar:
Dərslik, iş vərəqləri, slaydlar.
Dərsin gedişi:
6-cı sinfin Azərbaycan dili dərsliyində ve -
rilmiş mətnlər şagirdlərin dünyagörüşünün for -
malaşmasında böyük rol oyna yır. Həm də bu
cür mətnlər digər fənlərlə inteqrasiya yarat ma -
ğa geniş imkan verir. Məsələn, «Qoca aşbaz»,
«Sənət fədaisi», «Unudulmaz obraz» mətnləri
musiqi  fənni  ilə  inteqrasiya  olunduğu  kimi,
«Manuel Vasko da Qama», «Əfsanəvi dəniz
səyyahı», «İlk dünya səya hə ti» kimi mətnlər
coğrafiya fənni ilə sıx əla qəlidir.
Biz  bu  cür  mətnləri  keçərkən  şagirdləri
həm fənlərarası inteqrasiya yaratmağa yönəlt -
məli, həm də Azərbaycan dili fənninə verilən
standartlara  uyğun  olaraq  mətnin  növünü
müəyyənləşdirib  (nəqli,  təsviri,  mühakimə)
onun növündən asılı olaraq mətnin tərkib his -
sə lərini, təsvir elementlərini, abzasları düzgün
müəyyən etməyə, fərziyyələri düzgün qur ma -
ğa,  faktları  müəyyən  edib  ümumiləşdirmə
apar mağa yönəltməliyik.
«İlk dünya səyahəti» mətnini tədris edər -
kən  qoyulmuş  suallara  cavab  tapmaq  üçün
mət nin  növünü  müəyyənləşdirmək,  mühüm
məqamları seçib ümumiləşdirmə aparmaq, lü -
ğət dən istifadə etməklə şagirdlərin tanış olma -
dığı sözlərin mənasını şərh etmək lazım gəlir.
Əvvəlcə şagirdlərin keçmiş biliklərini öy -
rənmək üçün belə bir sual verirəm:
–  Uşaqlar,  üzərində  yaşadığımız  Yer  nə
şəklindədir?
Hələ 2-ci sinifdə oxuyarkən şagirdlər hə -
yat bilgisi fənnindən Yerin kürə şəklində ol -
duğunu öyrəniblər. Keçmiş biliklər əsasında da
Yerin kürə formasında olduğunu söylə yir lər.
Müəllim: – Heç fikirləşmisinizmi ki, görə -
sən bizim bir cümlə ilə asanlıqla söyləyə bil -
diyimiz, Yerin kürə şəklində olması fikri hansı
çətinliklər hesabına, nə qədər insan tələfatına,
nə qədər zaman müddətinə öz təsdiqini tap -
mışdır? Əgər bunları öyrənmək sizin üçün ma -
raqlıdırsa,  onda  gəlin  diqqətimizi  monitora
yö nəldək.
İlk dünya səyahəti haqqında əvvəlcədən
hazırladığım slaydda Magellanın başçılığı ilə
İspaniyadan 5 gəmi heyəti 265 nəfərlik heyət
üzvü, onların su yolu ilə hərəkəti, Magellanın
Filippin adalarında Lapu-Lapu tərəfindən öl -
dürülməsi, «Trinidat» gəmisinin Portuqal gə mi -
 si tərəfindən okeanda batırılması, 265 nə fər dən
18 nəfər heyət üzvünün, 5 gəmidən birinin İs-
paniyaya qayıtması öz əksini tap mışdır. 11 də -
qi qəlik film izləndikdən və şa girdlərdə müəy yən
məlumatlar yarandıqdan sonra (st.2.2.1) mətn
səssiz oxunur.
Qlobus üzərində şagirdlər su yolunu tapıb
göstərirlər (st.1.2.1 – Dinləyicilərə məlu matla -
rı çatdırarkən öz nitqini əyani vəsaitlər və qra -
fik informasiya ilə müşayiət edir). Mətndəki
«flaqman» sözü lüğətdən tapılaraq mənası izah
olunur (St.2.1.1) .
Müəllim: – Gəlin qruplarımızı ilk dünya
səyahətinə çıxan gəmilərin adları ilə adlan dı -
raq. Ancaq sinifdə 4 qrup var. Dünya səya hə -
ti  nə isə 5 gəmi çıxmışdır. Görəsən hansı gə mi ni
ixtisara salaq?
Şagirdlər həm oxu zamanı, həm də filmə

VÜSALƏ HEYDƏRLİ


Göygöl şəhər Texniki və təbiət fənlər təmayüllü liseyin 
Azərbaycan dili və ədəbiyyat müəllimi 

142


Kurikulum. 2014. №2


Vüsalə Heydərli
baxan zaman səfərə çıxan beş gəmidən birinin
–  «San-Antonio»  gəmisinin  xain  heyətinin
əsas ərzaq ehtiyatı ilə birlikdə qaçıb İspaniyaya
qayıtdığını və yoldaşlarını ac qoyduğunu, bu -
nun nəticəsində dənizçilərin çoxunun acından
öldüyünü  öyrənirlər.  Bu  hadisələrə  onların
necə münasibət bildirdiklərini öyrənmək üçün
onlara belə suallar verirəm.
Yönəldici suallar:
– Əsl dostluq üçün hansı şərtlər vacibdir?
Söylənilən fikirləri yazı taxtasında yazı -
ram. Əgər «sədaqət» sözü varsa, onun altından
xətt çəkirəm. Yoxdursa, əlavə edib bu sözün
dostluq üçün vacibliyini vurğulayıram.
– Əgər biz yola çıxan bu gəmiləri 5 dosta
bənzətsək, «San-Antonio» gəmisinin hərəkət -
ləri ni necə adlandırarıq?
Əgər şagirdlər bu gəmini xain adlan dırar -
larsa, deməli düzgün nəticə çıxarmışlar.
– İnteqrasiya – Dostluq haqqında hansı
atalar sözlərini bilirsiniz?
Müxtəlif atalar sözlərini yazı taxtasında
yazıb: «Dost dar gündə tanınar» atalar sözünün
altından xətt çəkirəm.
– Uşaqlar, siz də dünya səyahətinə çıxmaq
istərdinizmi?
–  Hansı  xarici  ölkədə  olmusunuz?  Heç
ora da  həmvətənlərinizlə  qarşılaşmısınızmı?
On larla doğma dilimizdə danışmısınızmı? Bu
sizdə hansı hissləri oyadıb?
– Cavablardan sonra vətən haqqında han -
sı bayatı yerinə düşər? 
Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı.
Mətndəki əsas fikirləri müəy yən ləşdirmək
məqsədi ilə (st.2.2.1) qruplar tərtib et dik ləri
sualların müzakirəsinə başlayırlar.
Şagirdlərin diqqətini yoxlamaq məqsədi ilə:
– Uşaqlar, filmdə izlədiyiniz hansı gəmi lə -
rin adlarına dərslikdə rast gəlmədiniz?
Diqqətli şagirdlər «Trinidat» və «Kansep-
sion» gəmilərinin adlarını çəkirlər.
İş vərəqləri:
Mətndəki abzasları 4 iş vərə -
qində yerləşdirib, faktların çıxarılmasını tapşı -
rıram.
I qrup:
II qrup:
III qrup:
IV qrup:
Abzaslar üzrə aşağıdakı faktlar üzə çıxa -
rıl malıdır:
I qrup:
1919-cu ildə İspaniya krallığı Hindistana
yeni yol tapmağa gedən ekspedisiya üçün pul
verməyə razı oldu.
II qrup:
1919-cu ilin sentyabrında Magellanın baş -
çılığı ilə ekspedisiya 265 nəfərlik heyət və 5
gə mi ilə səfərə çıxdı.
III qrup:
Filippin  adalarındakı  döyüşdə  Magellan
öldürüldü. 
IV qrup:
1519-cu ildə Kolumbun coğrafi kəş fin -
dən 27 il ötürdü. 39 yaşlı Fernando Magellan
İspaniya kralını inandırdı ki, Hindistana yeni
yol tapacaq. Gənc kral ekspedisiya üçün pul
ver mə yə razı oldu.
1919-cu  ilin  sentyabrında  Magellanın
başçılığı ilə ekspedisiya 265 nəfərlik heyət
və 5 gəmi ilə səfərə çıxdı. Amerika sahil lə ri -
nə  ça tan  heyət  üzvləri  nəhayət  sonralar
Magel lan boğazı adlandırılan bu boğazı 21
günə qət et dilər. Bu müddət ərzində ekspe-
disiya gəmilə rin dən biri də itdi.
Böyük okean dənizçiləri gözəl hava ilə
qarşılandı. 3 ay müddətində bir dəfə də olsun
fırtına ilə üzləşməyən Magellan onu Sakit
oke an adlandırdı. Filippin adalarına çatan eks -
pedisiya yerli tayfalarla döyüşməyə məcbur
oldu və Magellan bu döyüşdə öldürüldü.
1522-ci ilin sentyabrında salamat qalmış
yeganə «Viktoriya» gəmisi güc-bəla ilə İspa -
ni yaya qayıtdı. 265 nəfərdən 18-i qalmışdı.
Be ləliklə, Yerin kürə şəklində olduğu təcrü -
bədə  XVI  əsrdə  sübut  edildi.  Qərbə  tərəf
üzən Magellan ekspedisiyası vətənə Şərqdən
gəlib çatdı.

143


Kurikulum. 2014. №2


Dərs nümunələri
«Viktoriya» gəmisi 18 nəfər heyət üzvü ilə
1522-ci ildə İspaniyaya geri qayıtdı. Yerin kürə
şəklində olması fikri XVI əsrdə sübuta yetirildi.
Təqdimatlardan  sonra  çıxarılmış  faktlar
üzrə ümumiləşdirmə aparılır və nəticə çıxarılır
(st.1.1.2).
Yerin kürə şəklində olması fikri 1519-cu
ildə  İspaniyadan  5  gəmi  265  nəfərlik  heyət
üzvü ilə çıxıb 1522-ci ilin sentyabrında 1 gəmi
18 nəfərlə geri qayıdan Magellanın başçılıq et-
diyi ekspedisiya tərəfindən sübuta yetirilmişdir.
Beləliklə,  mühakimə  xarakterli  olan  bu
mət nin  həm  növünü  müəyyən  etmiş  olduq,
həm də faktlar üzrə ümumiləşdirmə apardıq,
dər sin əvvəlində şagirdlərə verdiyimiz «Sizin
bir cümlə ilə söylədiyiniz «Yer kürə formasın -
da dır» – faktı bilirsinizmi hansı çətinliklər he -
sa bına sübuta yetirilmişdir?» – sualına artıq
qis mən də olsa, cavab tapa bildik.
Ev tapşırığı:
«Yeni torpaqların kəşfi bə şə -
riyyətə nə verdi?» sualına yazılı təqdimat ha -
zır lamağı tapşırıram. Təqdimatda şagirdlər bu
kəşflərin həm müsbət, həm də mənfi tərəf lərini
göstərməlidirlər. Belə ki, yeni torpaqların kəşfi
xalqlar, millətlər arasında mədəniy yət lərin in -
teq rasiyasına səbəb olsa da, digər tərəf dən mü -
haribələrə və çoxlu insan tələfatına gə tirib çı xarır.
Qiymətləndirmə meyarları:
Yüksək
Orta
Zəif
Faktları
düzgün
müəyyən edib
ümumiləşdir -
məni tam
yerinə yetirir.
Faktları
müəyyən edir,
amma
ümumiləşdir -
mə bilmir.
Faktları
müəyyən
edə bilmir.

* * *



144


Kurikulum. 2014. №2


2013-cü ildə Kurikulum Mərkəzində «Mək -
təbəqədər və ümumi təhsilin problem ləri» is ti qa -
mətində «Məktəbəqədər təhsilin kurikulumunun
hazırlanması» və «Ümumi orta təhsil pilləsi
üzrə  fənn  kurikulumlarının  hazırlanması  və
tətbiqi» problemləri üzrə tədqiqatlar apa rıl mış,
fənn kurikulumlarının nəşrə təqdim edil mə si,
fənlər üzrə məktəb kurikulumlarının ha   zır lan -
ması, ibtidai təhsil səviyyəsində (I-IV siniflər)
fənn kurikulumlarının tətbiqi illərində əldə edil -
miş nəticələr əsasında məzmun stan dartlarının
təkmilləşdirilməsi və müvafiq töv si yələrin ha -
zır lanması məsələlərinə dair el mi- tədqiqatlar
aparılmış, aşağıdakı nəticələrə gəlinmişdir.
1.
Perspektiv planlaşdırma təhsil prosesinə
və onun təşkilinə sistemli iş aparmaq imkanı
verən elmi cəhətdən əsaslandırılmış yanaşmanı
təmin edir. Təcrübə göstərir ki, müəllim və tər -
biyəçilər belə planlaşdırma hazırlamaqda çətin -
 lik çəkirlər. Onlar öyrədici xarakter daşıyan
nümunəvi illik planlaşdırmaların hazırlanma -
sına ehtiyac duyurlar. 
2.
Uşaq bağçalarında perspektiv planlaş -
dırmanın hazırlanması və ondan istifadə edil -
məsi korrektə tələb edən dinamik bir proses
olmaqla strateji fəaliyyət növlərindən biridir.
Belə planlaşdırma nümunələri hazırlanmaqla
uşaqların təlim-tərbiyəsi işinə təşkilati xarakter
verir, tərbiyəçinin işini daha səmərəli qurma -
sı na imkan yaradır.
3.
Perspektiv  planlaşdırma  məktəbəqədər
təhsil müəssisələrinin xüsusi sənədi kimi əhə -
miyyət daşıyır. Məzmununda uşaqların öyrən mə
mərhələlərini:  ilkin  qavrayış,  biliklərin  ge niş -
ləndirilməsi və ümumiləşdirilməsi, qazanılmış
bilik və bacarıqlardan təcrübədə istifadə olun ma -
sı, həmçinin tədricən mürəkkəbləşən mate ri al -
ların möhkəmləndirilməsi və təkrarını eh tiva edir.
4.
Məktəbəqədər təhsilin kurikulumunda
məzmun standartlarının sadədən mürəkkəbə
doğru  yerləşdirilməsi  uşaqların  intellektinin
sistemli şəkildə inkişafı ilə müşayiət olunur.
5. 
İnkişaf sahələri arasında inteqrasiyanın
nəzərə alınması standartların (ona uyğun möv -
zuların) uşaqlar tərəfindən mənimsədilməsini
təmin etmək və qarşıya qoyulmuş nəticəyə çat-
maq üçün tərbiyəçinin fəaliyyətini isti qamət -
lən dirə bilmək baxımından əhəmiyyətli hesab
edilir. 
6.
Müxtəlif tətbiqetmə imkanlarına malik
olan məktəblərdə fənn kurikulumundan bir ba -
şa istifadə etməkdə çətinliklər yaradır. Bu, hə -
min  kurikulumların  daha  ümumi  məsələləri
əhatə etməklə konseptual xarakter daşı masın -
dan irəli gəlir.  Ona görə də hər bir məktəbin
öz şəraitinə uyğun fənn üzrə məktəb kurikulu-
munun (FMK) hazırlanması bu problemlərin
aradan qaldırılması baxımından məqsədə uy -
ğun hesab edilir. 
7. 
Fənn üzrə məktəb kurikulumu məktəbin
metodbirləşmələrində müəllimlər qrupu tərə -
fin dən hazırlanmaqla müzakirə olunaraq isti -
fa də edilir.
8. 
FMK hazırlamaq üçün müəllimlərin araş -
dırmalar aparması, təhsillə bağlı sənədləri öy rən -
məsi, dərindən mənimsəməsi və onun əsa  sında
fəaliyyətlərini tənzimləyən planlar  hazırlaması
zəruri hesab edilir.   
9.
Anket sorğularının təhlilinə əsasən, belə
nəticəyə gəlinmişdir ki, müəllimlər:
– dərsin məqsədini müəllim üçün metodik
vəsaitə  görə  müəyyən  edir,  müstəqil  olaraq
fənn kurikulumlarına müraciət etmirlər;
– formativ qiymətləndirmənin nəticələri ni,
əsasən, dərs prosesində aradan qaldırırlar;
– inteqrasiya zamanı müəllim üçün me to -

III. İNFORMASİYA


Kurikulum Mərkəzində 2013-cü ildə aparılmış elmi tədqiqatların nəticələri

145


Kurikulum. 2014. №2


Kurikulum Mərkəzində 2013-cü ildə aparılmış elmi-tədqiqatların nəticələri
dik vəsaitdə verilmiş standartlardan istifadə
edirlər;
– təlim üçün resursları müəyyən edərkən
əlavə ədəbiyyatlardan çox az hallarda istifadə
edirlər;
– illik planlaşdırmanı tərtib edərkən möv -
zuları daha çox dərsliyə əsasən müəyyən ləşdi -
rir lər;
– illik planlaşdırma  hazırlanarkən mövzu-
lara  ayrılan  saatlar  tədris  planına  əsasən
müəyyənləşdirilir.  
10. Planlaşdırma ilə bağlı 482 nəfər müəl -
limlə aparılan anket sorğularına əsasən, belə
nəticəyə gəlmək olur ki, müəllimlər əvvəl is -
tifadə  olunan  planlaşdırmadan  fərqli  olaraq
yeni təklif olunan planlaşdırmanı daha  məqsə -
dəuyğun hesab edirlər. Çünki cədvəldə artı -
rılmış əlavələr daha sərbəst seçim imkanı verir,
yaradıcılıq imkanlarını genişləndirir.
11. FMK-nın hazırlanması müəllimlərin
fənn kurikulumunda verilmiş inteqrasiya cəd -
vəlindən yaradıcı istifadə etməsinə, standart-
lara  əsasən  mövzuları  müstəqil  seçməsinə,
tə  li mə yaradıcı yanaşmasına, pedaqoji peşə -
kar lığını inkişaf etdirməsinə, müntəzəm olaraq
əlavə ədəbiyyatdan istifadə etməsinə, plan laş -
dırma ilə bağlı təklif olunan yeni variantdan
yararlanmasına imkan yaradır.
12. Hazırkı şəraitdə müəllimlərə metodik
köməklik göstərmək məqsədilə illik və gündə lik
planlaşdırma, şagirdlərlə fərdi və dərsdən kə nar
işlərin, valideynlərlə maarifləndirici təd   birlərin
aparılmasına dair təlimatların hazır lanması  di-
daktik cəhətdən əhəmiyyətli hesab edilir. 
13. FMK-nın hazırlanması təhsil prose sin -
də demokratikləşdirmə prinsipinin nəzərə alın -
ması, fənn kurikulumlarının məktəb şəraitinə
uyğun keyfiyyətli tətbiq olunması və müəllim -
lərin neqativ fəaliyyətinə imkan yaradılma ma -
sı  baxımından  zəruri  mərhələ  kimi  didaktik
əhəmiyyət daşıyır. 
14. FMK-lar müəllimləri illik strateji fəa -
liyyətə səfərbər edir, dövlət tərəfindən müəy -
yən olunmuş standartların reallaşdırılmasında
onların potensial imkanlarının meydana çıxa -
rıl masına şərait yaradır.
15. Müəllimlər FMK-ları hazırlayarkən özü -
nün təlim şəraitinə və mühitinə uyğun ya radıcı
və konstruktiv bacarıqlarını nümayiş et dirmək
üçün imkan əldə edirlər.
16. FMK-ların aşağıdakı quruluşda hazır -
lan ması pedaqoji və məntiqi – struktur cəhət -
dən əhəmiyyətli hesab edilir:
– giriş (məktəb kurikulumunun mahiyyəti,
məqsəd və vəzifələri);
– fənnin tədris planında yeri;
–  hər  hansı  sinifdə  fənn  kurikulumunun
təlim nəticələri və məzmun standartları;
– məzmun standartlarının şərhi;
– təlim nəticələrinin reallaşdırılması (cəd -
vəl formasında);
– fəndaxili və fənlərarası inteqrasiya;
– təlim strategiyaları (təlim formaları, üsul -
ları və vasitələri);
– şagird nailiyyətlərinin qiymətləndirilmə si;
– hər hansı sinfə aid perspektiv və gün -
dəlik planlaşdırma;
– istifadə olunmuş ədəbiyyat.

Ənvər Abbasov,


Təhsil Problemləri İnstitutunun


direktor müavini


* * *



146


Kurikulum. 2014. №2


Bu əməkdaşlığın bir ili  tamam olur. 2013-cü
il mayın 25-də Bakıdakı Avropa Azər bay can
Məktəbinin bir qrup müəllim və şagirdi dahi
Azərbaycan şairi M.Ə.Sabirin ad günü ərəfə -
sində  Şamaxıda  olmuşdur.  Tədbirdə Avro pa
Azər baycan Cəmiyyətinin  Bakıdakı Avropa
Azərbaycan Məktəbi ilə Şamaxıdakı Avropa
Liseyi arasında pedaqoji əməkdaşlığın əsası
qoyulmuşdur. M.Ə.Sabir poeziya günləri ərə -
fə sində keçirilən tədbirin iştirakçıları M.Ə.Sa -
birin məqbərəsini və Şamaxıdakı məşhur «Məc lis
məktəbi»ndə  ona  ana  dili  və  şəriətdən  dərs
deyən, onun dahi şair kimi yetişməsində böyük
xidmətləri olan S.Ə.Şirvaninin  qəbrini  ziyarət
etmişlər.   
Şamaxı Rayon Təhsil Şöbəsi ilə Avropa
Azərbaycan Məktəbinin birgə layihəsi olan bu
tədbirdə Şamaxı və Bakı məktəbliləri ma raq lı
elmi və bədii proqramla çıxış etmişlər.
Şamaxı Avropa Liseyi yaranma tarixi  əsa -
sı 1874-cü ildən başlayan məşhur «Məclis mək -
təbi»nin varisidir.
«Məclis  məktəbi»  adı  ilə  tanınan  təhsil
oca ğı Şamaxıda fəaliyyət göstərən ruhani  ida -
rə  rəhbərlərinin  xahişi  ilə  Bakı  qubernatoru
M.F.Axundzadənin məqalələrinin birində «mə -
lək xasiyyətli general» adlandırdığı  general –
leytenant D.S.Staroselskinin (1832-1884) ica -
zəsi ilə yaradılmışdır. Məktəbin yaradılmasının
əsas  təşəbbüskarı  Şamaxı  qazısı  Hacı  Səid
Əfən di Əbdürrəhman Əfəndi oğlu Ünsizadə
(1825-1905) olmuşdur. O, məktəbin kadrlarını
özü seçmiş, pedaqoji savadına və biliyinə inan -
dığı və güvəndiyi müəllimləri məktəbə dərs
deməyə dəvət etmişdir. Onlardan biri Səid Ün -
sizadənin əqidə və məslək dostu, ali dini təh sil li
şair  Seyid  Əzim  Məhəmməd  oğlu  (S.Ə.Şir -
vani), digəri Səid Əfəndinin kiçik qardaçı Cə -
laləddin Əfəndi idi. Məktəbdə rus dili dərs lərini
Manvel Pirbudaqov adlı özündən razı, iddialı,
sası dinli bir zat  idi.
S.Ə.Şirvani Bakıya «Əkinçi» qəzetinə gön -
dərdiyi şeirində «Məclis məktəbi»nin yaran ma
şəraiti, müəllimlərin seçimi, Şamaxı əhlinin
yeni təhsil ocağına münasibətini öyrənmək ba -
xımından maraqlı məqamlarla dolu olan şei -
rində rus dili müəllimini arzuolunmaz bir şəxs
kimi qiymətləndirmişdir:
Məsləhətçün dübarə oldu cülus,
Manveli tutdular müəllimi-rus,
Onu üç yüz mənata söylədilər,
Mərhəba, fikri «bikr» eylədilər...
Tədqiqatçıların çoxu S.Ə.Şirvaninin Ezop
maneralı bu şeirdən yan keçdiklərindən «Məc -
?


--h--frat-not-1-parentez-2.html

--haci-fuad-nurullah-imam-2.html

--haci-fuad-nurullah-imam-7.html

--hasanzirak-pdf-hasan-2.html

--his-invitis---iacere.html


AzəRbaycan Respublikası NazirləR Kabinetinin 005-Ci IL Fevral
ҚР ҰҒА Академигі А. М. ҒАзалиевтың Редакциясымен
Liceo “Meucci” Ronciglione – Les Bassano Romano (Vt)
Marketinq Strategiyası V - Microsoft Word Market Strat V?R?Qab?Tli Movqel?Sdirm?Doc
Nasdaq Market Center Systems Description - SəHifə 9
INDEX TO YIDDISH AND ENGLISH TITLES - The Lawrence Marwick Collection Of
Ministerio De Asuntos Agrarios De La Provincia De Buenos Aires. Ministerio De Economia De La Provincia De Buenos Aires Ministerio De Obras Y Servicios Publicos De La Provincia De Buenos Aires - SəHifə 6
European Humanities University - SəHifə 52
Microsoft Word Kutsal Quruculuq - SəHifə 18
Kippelte Mit Dem Stuhl. Dieser Naivling Schien Seinen Letzten Satz Ernst DIV Einfach Los. Mit Einem Klirren Landete Es Auf Der Platte Und Kippelte