1 ... 7 8 9 10 11 12 13 14 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə11/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması

      –         – 

48 


fəsinin açılmasında müqayisəsiz və  əvəz-

sizdir. Hətta ona qarşı yönəlmiş  qərəzli 

münasibətlər, hədyanlar onun daha yaxşı 

tanınmasına imkan yaradır. Belə ki, 

Səməd Vurğun bütün zamanlarda oxun-

malı və təhlil olunmalıdır. Səməd Vurğun 

bütün zamanların oxucusunun imtaha-

nından, obyektiv tənqidin təhlilindən 

üzüağ  çıxmağa hazır olan sənətkardır. 

Onun “Zamanın bayraqdarı” poemasın-

dakı ikicə misra:   

“İllər gəlib keçir ömürdən, illər. 

İllər görməmişik bu illər kimi” 

bir çox mətləblərdən xəbər verir, ya-

zıldığı tarixi dövrün özünü ittiham edir. 

Səməd Vurğun sovet ideologiyasının 

tüğyan etdiyi bir vaxtda bundan artıq nə 

deyə bilərdi?! Yeri gəlmişkən onu da 

qeyd edək ki, tarixi şəxsiyyətlərə, ədiblərə, 

lap elə tarixin özünə qiymət verərkən 

təkcə bu günün nöqteyi-nəzərindən ya-

naşmaq düzgün deyil, bu, yanlış  nəti-

cələrə gətirib çıxarır.  

İsmayıl Şıxlı Səməd Vurğunu bizə sev-

dirən və onu illər keçməsinə baxmayaraq 

bizə yaxınlaşdıran cəhətlərin məhvərində 

nəyin dayandığını aydınlaşdırmağa çalı-

şır. O yazır: “Mən bunu, hər şeydən əvvəl, 

      –         – 

49

onun (Səməd Vurğunun – B.X.) böyük 

ideallar və amallar şairi olması ilə izah 

edirəm. Səməd Vurğun bütün həyatı  və 

yaradıcılığı boyu böyük məslək eşqi ilə 

yaşayıb yaratmışdır. Onun poetik talantı 

həmişə  məhdudiyyətdən, xırda və  cılız 

hisslərdən, ötəri və keçici şöhrət axtarış-

larından uzaq olmuşdur. Səməd Vurğun 

elə bir amala xidmət etmişdir ki, bu amal 

bəşərin gələcəyi ilə bağlı olmuşdur”

1

Böyük ideallar, amallar uğrunda o kəslər 

vuruşur ki, onların həyatı da, fəaliyyəti 

də zamanın, dövrün fövqündə dayanır. O, 

konkret bir zamanın, dövrün çərçivəsinə 

sığmır. Onun istedadı, məsləki konkret 

sərhəd tanımır. Talantlı  və istedadlı ol-

maq onu xırda, cılız hisslərdən uzaqlaşdı-

rır, ucalara, yüksəkliklərə aparır. Bu mə-

nada Səməd Vurğun istedadlı şairdir, hə-

mişə ucadadır, amal və  məslək uğrunda 

mübarizə aparanlar cərgəsində öndədir. 

İsmayıl Şıxlı Səməd Vurğunu sevdirən 

ikinci mühüm cəhət barədə yazır: “Səməd 

Vurğunun ikinci cəhəti onun böyük bir 

vətəndaş olmasıdır. Səməd Vurğun özü-

nün poetik istedadını vətəndaşlıq idealla-

                                                 

1

 Səməd Vurğun yenə sıramızdadır. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.295 

      –         – 

50 


rına bağlamağı bacaran ustad bir sənət-

kardır. Biz onun bütün əsərlərində: istər 

tarixi dramlarında, istər lirik – epik poe-

malarında, fəlsəfi  əsərlərində, siyasi liri-

kasında, publisist çıxışlarında, böyük bir 

vətəndaş  qəlbinin,  şair qəlbinin çırpındı-

ğını görürük”

1

. Doğrudan da, Səməd 

Vurğunun poetik istedadı  vətəndaşlıq 

idealı və idealları ilə əlaqədardır. Biz hiss 

edirik ki, Səməd Vurğunun poetik iste-

dadı onun yaradıcılığında yaşayır. Bu 

yaşamağa müxtəlif yanaşmalar ola bilər: 

birisi çırpınmaq deyə bilər, birisi nəfəs 

almaq deyə bilər – hərə bu cür yanaş-

malarla Səməd Vurğunun vətəndaş  şair 

olduğunu təsdiq etməkdən başqa bir şey 

deyə bilməz. 

İsmayıl  Şıxlı  Səməd Vurğunu bizə 

sevdirən digər bir keyfiyyəti barədə yazır: 

“Səməd Vurğunu bir də ona görə sevirik 

ki, o, təpədən dırnağa qədər xalqına bağlı 

olan, onu sevən, öz taleyini xalqının 

taleyinə bağlayan, onunla birgə nəfəs alan 

bir sənətkardır. Onun:  

El bilir ki, sən mənimsən, 

Yurdum, yuvam, məskənimsən. 

                                                 

1

 Səməd Vurğun yenə sıramızdadır. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.295 

      –         – 

51

Demək doğma vətənimsən, 

Ayrılarmı könül candan, 

Azərbaycan, Azərbaycan. 

şeirinin geniş yayılmasının, vətənə 

məhəbbət simfoniyasının leytmotivi kimi 

səslənməsinin sirri də  şairin xalqına vur-

ğunluğudur”

1

.  Səməd Vurğunun poetik istedad 

sahibi olduğunu inkar etmək mümkün 

deyil. Onun qüdrətli poetik istedadı  hər 

bir oxucunu, hər bir ədəbiyyat adamını 

özünə  məftun edir. Səməd Vurğunun in-

sana, xalqa, millətə  məhəbbətinin böyük-

lüyünü heç nə ilə müqayisə etmək olmaz. 

Bəlkə onun poeziyasındakı sadəlik və 

təbiilik də onun xalqa bağlılığı ilə  əlaqə-

lidir. Səməd Vurğunun tarixi mövzulara 

müraciəti də onun xalqa olan məhəbbəti, 

xalqın tarixi şəxsiyyətlərinə hörməti ilə 

bağlıdır. Odur ki, İsmayıl  Şıxlı yazır: 

“Səməd Vurğun tarixi mövzularda əsər 

yazanda da bu günü, zamanın aktual mə-

sələlərini nəzərdə tutur. O, “Vaqif”, “Fər-

had və  Şirin” kimi pyeslərini yazarkən 

birinci növbədə xalqa məhəbbət hissini 

əsas götürmüşdür. O, ölkəmizin tarixinə 

                                                 

1

 Səməd Vurğun yenə sıramızdadır. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.295 

      –         – 

52 


müraciət edərkən məhz elə dövrləri qələ-

mə alır ki, bu dövrlər ictimai hadisələrlə 

zəngin olur, böyük xarakterlər yaranır, 

xalqın və tarixi şəxsiyyətlərin yüksək 

amalı, keyfiyyətləri meydana çıxır”

1

Səməd Vurğun yaradıcılığında ümu-

miləşdirici cəhətlərdən biri də onun şeir-

lərinin fəlsəfəsidir.  İsmayıl  Şıxlının fikrin-

cə desək: “O, Azərbaycan dilinin geniş im-

kanlarından istifadə edərək,  ən adi təbiət 

təsvirlərində belə  fəlsəfi ümumiləşdirmə-

lərə  gəlib çıxır. Biz bu fəlsəfi ümumiləş-

dirmələri şairin epik poemalarında, epik – 

lirik dastanlarında daha aydın görürük”

2

Səməd Vurğun o qəbildən olan şairlər-

dəndir ki, onun şeirlərini çox asan yadda 

saxlamaq,  əzbərləmək olur. O, dilimizin 

bütün imkanlarından məharətlə istifadə 

edir, onun şeirlərindəki təsvirlər o qədər 

inandırıcıdır ki, oxucunu sehirləyir, ov-

sunlayır. Səməd Vurğun söz vasitəsilə 

təsvir etdiyi hadisələrin rəsmini çəkir. Bu 

zaman onun boyası da, fırçası da söz olur. 

O söz ki həmin sözün fonetik quruluşun-

da, səs quruluşunda səslərin – samitərin 

və saitlərin düzülüşündə, sıralanmasında, 

                                                 

1

 Səməd Vurğun yenə sıramızdadır. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.296 

2

 Yenə orada. s.296 

      –         – 

53

ahəng sistemində bir harmoniya, qayda – 

qanun olur. Bu həm də Səməd Vurğunun 

sözdən, dildən bacarıqla istifadə etmək 

qabiliyyətindən və istedadından xəbər 

verir. Bu qəbildən olan poeziya nümunə-

lərində musiqi şeiriyyətin,  şeirin özündə 

olur,  şeirin özü ilə  nəfəs alır.  Şeirlə onun 

musiqisi bütöv bir tam halında görünür. 

İsmayıl Şıxlı bu cəhətləri nəzərdən qa-

çırmadan yazır: “Səməd Vurğun  şeirinin 

məziyyətlərindən biri də onun daxili 

ahəngdarlığa,  şeir silsiləsinin, söz axı-

nının musiqililiyə malik olmasıdır. Səməd 

Vurğun dilimizin oynaq imkanlarından, 

incə  və  zərif cəhətlərindən məharətlə 

istifadə etməyi bacaran sənətkardır. Əgər 

onun  şeirlərinə fonetik cəhətdən diqqət 

yetirsək, sözlərin düzülüşündə incə  və 

qalın saitlərin sıralanmasına belə fikir 

verdiyini görərik. Səməd Vurğun sözün 

ifadə etdiyi mənaya uyğun olaraq, sait-

lərin uzlaşmasına diqqət yetirir. Beləliklə 

də, onun şeirləri dilə tez yatır, asan 

əzbərlənir və musiqiyə yatımlı olur. Məhz 

buna görə  də  bəstəkarlarımızın çoxu 

şairin sözlərinə musiqi bəstələmişdir”

1

                                                 

1

 Səməd Vurğun yenə sıramızdadır. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980,  s.296 



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--103.html

--nbyev--e---moslemzadeh--108.html

--nbyev--e---moslemzadeh--112.html

--nbyev--e---moslemzadeh--117.html

--nbyev--e---moslemzadeh--121.html


ÎMbăTrâNirea şI SăNăTatea
Mustafayeva - SəHifə 76
ТЕХНОЛОГИЯ ЛЕКАРСТВЕННЫХ ФОРМ - Фармацевтическая Технология
Учебно-Методический Комплекс Для Студентов Специальностей 1-36 07 01, 1-70 05 01, 1-48 01 03
Демо Сонэ Плайбажк - SəHifə 195
A Cross-Linguistic Functional-Pragmatic Analysis Of Interjections A Thesis Submitted To - SəHifə 86
MüHazirə Otağı/CəDvəL II GüN 13 40 15 00 (301N(B) IV GüN 13 40 15 00
Здравният Министър Петър Москов Демонстрира, Че Не Е Притеснен От Днешния Лекарски Протест
Fenn: 1630 KompüTer Qrafikası 2 - SəHifə 28
Alm. Moral, Sitten, Fr - Rehber AnsiklopediSİ 1