1 2 3 4 5 6 7 8 9 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə3/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

10 


yəti olduğu kimi təqdim edir. O yazır: 

“Son illərdə bizim istər bədii nəsrimizdə, 

istərsə  də  şeirimizdə çox istedadlı yazıçı-

lar meydana gəlmişdir. Həmin yazıçıların 

yazdığı  əsərlər bədii dəyəri cəhətdən 

respublikamızdan kənara çıxıb geniş 

ümumittifaq oxucularına çatdırıla bilər və 

ədəbiyyatımızın siqlətini gücləndirər. 

Lakin tənqid belə  əsərlərin yanından çox 

zaman  sükutla keçir. Çünki bu əsərlərin 

müəlliflərinin hələ  ədəbi adı – sanı, 

vəzifələri, təsiredici rütbələri yoxdur. 

Əksər hallarda belə istedadlara qeyri – 

obyektiv münasibət bəslənir”

1

. Deməli, 

avtoritet hesab olunmayan ədiblərin 

əsərlərinin yanından diqqətsiz keçmək, 

həmin əsərlərin çapını sükutla qarşılamaq, 

həmin  əsərlərə biganəlik göstərmək 

mövcud olub və olacaqdır. 

                                                 

1

 Ədəbi tənqidimizin vəziyyəti haqqında. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.345

 

      –         – 

11

 

 

 

Ədəbi proses  

daim inkişafda 

olmalıdır 

 

İstedad bir vergidir. Məsuliyyət və 

zəhmətkeşlik, həmişə axtarışda olmaq 

istedadı daha da zənginləşdirir. Bu işin 

bir tərəfidir, ikinci tərəfi isə odur ki, 

istedadın özünü də axtarıb üzə  çıxarmaq 

lazımdır. Odur ki, istedadlı ədibin əsərini 

tənqidçi oxumalı və təhlil etməlidir, onun 

yaradıcılığına biganə qalmamalıdır.  

Bəzən belə də olur ki, istedadlı bir ədi-

bin yazdıqları  tənqid olunur. Nəticədə 

istedadsızlar “etalona”, “meyara”, “nü-

munəyə” çevrilir. İsmayıl  Şıxlının sözləri 

ilə desək “Ədəbi “etalonlar”dan hansına-

sa xidmət göstərmək, onların “əlçatmazlı-

ğını” saxlamaq naminə istedadla yazılmış 

əsərləri (tənqidçi – B.X.) əzişdirir ki, yollar 

açıq olsun”

1

.                                                   

1

 Ədəbi tənqidimizin vəziyyəti haqqında. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.345 

      –         – 

12 


İsmayıl  Şıxlı  ədəbi prosesin mərhələ-

lərinə diqqətlə yanaşır, ədəbiyyatda dərin 

kök salmış  ədiblərin yaradıcılığını düz-

gün və  ədalətli qiymətləndirir, bununla 

yanaşı,  ədəbiyyatdakı irəliləyişləri də  nə-

zərdən qaçırmır. Xüsusilə,  ədəbiyyatşü-

naslıqda, dərsliklərdə kök salmış  ədiblə-

rin davamçılarını qeyd etməklə  ədəbi 

prosesin daima inkişafda olduğunu gös-

tərmişdir. Məsələn, “... öz povestləri, ro-

man və ssenariləri ilə artıq  ədəbiyyatı-

mızda möhkəm mövqe qazanmış  İsa 

Hüseynov, “Qarlı  aşırım” adlı mürəkkəb 

xarakterli, ictimai və sosioloji proseslərlə 

zəngin olan, bədiyyatın tələblərinə cavab 

verən lakonik və gözəl roman müəllifi 

Fərman Kərimzadə,  Əkrəm  Əylisli, Anar 

kimi nasirlərimiz, Bəxtiyar Vahabzadə, 

Hüseyn Hüseynzadə (Hüseyn Arif – B.X.), 

Nəbi Xəzri, Qabil, Kürçaylı və s. kimi hələ 

həqiqi qiymətini lazımınca almamış  şair-

lərimiz var. Əgər ədəbi tənqidimiz bunla-

rın arxasında dayansa, onların inkişafına 

əngəl törətməsə, “ağsaqqallardan” bun-

                                                                            

 

      –         – 

13

lara yol düşsə,  ədəbiyyatımızın bədii 

siqləti nə qədər artar”

1

İsmayıl  Şıxlı yazıçıların  əsərlərindəki 

zəif cəhətlər, lüzumsuz uzunçuluqlar ba-

rədə açıq, qətiyyətli fikir söyləməyi tən-

qidçilərin qarşısında mühüm vəzifə hesab 

edir. Odur ki, o  tənqidi də, tənqidi din-

ləməyi də bir bacarıq sayır. Müstəqil 

fikirdən uzaq olanları  tənqidçi kimi qiy-

mətləndirmir. Özlərindən başqa, digərlə-

rinə meydan verməyən ədiblərin fəaliyyə-

tini  ədəbiyyatımızın inkişafına maneçilik 

kimi təqdim edir. Bu barədə söylədiyi 

fikirlərin biri o birindən mənalı,  məz-

munlu və kəskin səslənir. Məsələn, “Tən-

qidi bacarmaq lazım olduğu kimi, tənqidi 

dinləməyi də bacarmaq lazımdır. Ancaq 

bizim yazıçılar mühitində  tənqidi dinlə-

mək və lazımi nəticə çıxartmaq qabiliyyə-

tinə malik olmayanlar da çoxdur. Çox 

təəssüf ki, bu bəla  ən çox tanınmış  və 

ədəbi xidməti olan yazıçılara aiddir. 

Buraya onların vəzifələrini və imtiyaz-

larını da əlavə etsək mənzərə daha da 

                                                 

1

 Ədəbi tənqidimizin vəziyyəti haqqında. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.345-346 

      –         – 

14 


aydınlaşar. Belə yazıçılar bir qayda olaraq 

çox vaxt yaradıcılıqda geriləyirlər”

1

.  İsmayıl  Şıxlının tənqidçi və yazıçı 

barədə bu dedikləri bütün zamanlarda 

ədəbi tənqidin problemi olmuş və indi də 

belədir. Keçmiş nailiyyətindən arxayın-

laşmaq, həmişə layiq olub – olmamasın-

dan asılı olmayaraq öndə olmaq, saxta-

karlığı, yaltaqlığı ədəbi tənqidin meyarına 

çevirmək istəyində olanlar həmişə olub, 

indi də belədir. Məhz İsmayıl Şıxlı ədəbi – 

tənqidi görüşlərində  bəzilərinə qarşı 

olduqca qətiyyətli və  cəsarətli mövqe 

nümayiş etdirir. Ədəbiyyatda 

şəxsi 


mənfəət axtaranların haradan qidalan-

ması  səbəblərini də müəyyənləşdirməyə 

çalışır. O yazır: “Belə  vəziyyətin törəmə 

səbəblərindən biri də,  şübhəsiz, Yazıçılar 

İttifaqının rəhbərlərinin yanlış üsulla 

işləməsidir. Bizim yazıçılar təşkilatında 

açıq müzakirələrə, fikir mübadiləsinə, 

mübahisələrə imkan verilmir. Ayrı – ayrı 

əsərlərin,  ədəbi problemlərin obyektiv 

müzakirəsi təşkil edilmir”

2

.  Əlbəttə, 

ədəbi–bədii 

əsərin açıq müzakirəsi, 

müzakirə prosesində fikir mübadiləsinə 

                                                 

1

 Ədəbi tənqidimizin vəziyyəti haqqında. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.346 

2

 

Yenə orada. s.347 

      –         – 

15

imkan verilməsi, bir sözlə, obyektiv 

müzakirə 

ədəbi prosesin inkişafına 

xidmət edir. Tənqidçinin də, yazıçının da, 

oxucunun da məsuliyyətini artırır. 

Nəticədə yüksək bədii keyfiyyətləri ilə 

seçilən  əsərlər geniş meydan alır, 

yazıçının qiyməti düzgün dəyərləndirilir, 

tənqidçinin ümumən  ədəbiyyatımızdakı 

rolu və mövqeyi bilinir. Ancaq bunu da 

qeyd etmək yerinə düşər ki, açıq, 

obyektiv müzakirələr, fikir mübadiləsi 

hər bir şeyin həlli demək deyilir. Bu, 

ədəbiyyatın və  ədəbi mühitin taleyində 

mühüm amillərdən biridir. Ədəbi – bədii 

təcrübə göstərir ki, bəzən açıq, obyektiv 

müzakirələr və fikir mübadiləsi üçün hər 

cür şəraitin yaranmasına baxmayaraq, ye-

nə də yalançı təriflər, saxtakarlıqdan, yal-

taqlıqdan və  şəxsi mənfəətdən qaynaq-

lanan mövqelər  ədəbiyyatın, bütövlükdə 

ədəbi mühitin inkişafına maneçilik 

göstərir. Müqayisə üçün qeyd edək ki, 

çağdaş  ədəbi mühitimizdə  tənqid üçün 

hər cür şərait var. Qərəzsiz, obyektiv, açıq 

və aydın müzakirələrə geniş meydan var. 

Ancaq bu meydanda ədəbi mühiti müntə-

zəm  şəkildə izləyən tənqid, müzakirə  və 

fikir mübadiləsi yoxdur. Respublikada 



:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--21.html

--nbyev--e---moslemzadeh--26.html

--nbyev--e---moslemzadeh--30.html

--nbyev--e---moslemzadeh--35.html

--nbyev--e---moslemzadeh--4.html


YazıÇı Anar HaqqıNda PayıZ DüşüNcəLəRi (CəMil HəSəNli) Moskvada AnarıN 70 Illiyində ÇıXışıNdan - SəHifə 24
Симптомы Спида И Лечение Вич Инфекции Спид Синдром Приобретенного Иммунодефицита, Или Вич
Психосоматические Заболевания - 65
Pielikums Nr
Section 405.360: CI-1 And CI-2 Cottage Industry “Limited” Or “General” - City Of Pleasant Hope Missouri Municipal Code
Результаты Дополнительных Методов Исследования - Паспортные Данные
БағДарламасы «Негізгі Шетел Тілі»
Rbaycan Dilində MüQəDdəS Kitab - SəHifə 44
CĂRŢI. Studii şI Articole. CorespondenţĂ Abbaye De Melk - Bet 17
Misollar       1 - Alisher Navoiy Nomidagi Samarqand Davlat Universiteti Differentsial Tenglamalar Kafedrasi