1 ... 4 5 6 7 8 9 10 11 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə8/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

34 


gənc  şairlərin azlığından idi, yoxsa o 

zaman  şair olmaq istəyənlərin özlərini 

nümunəvi aparmalarından idi, nədənsə, 

tələbələr gənc  şairləri çox sevirdilər. Öz 

şair – tələbə yoldaşlarının yelinə uçur-

dular. Tənəffüslərdə institutun foyesində 

gəzişərkən hamı gizlicə onlara baxırdı. 

Onlarla yaxından tanış olmaq, bir – iki 

kəlmə söhbət etmək çoxumuzun arzusu 

idi. Yaxşı yadımdadır, o zaman APİ-nin 

(indiki ADPU-nun – B.X.) böyük bir şair 

dəstəsi var idi. Böyükağa Qasımzadə, 

Tələt  Əyyubov, Zeynal Cabbarzadə,  Ən-

vər  Əlibəyli, Həsən Qasımov, Nazim 

Sultanov, Teymur Əhmədli, Mirrəhim 

Ələsgərli, Sona Məmmədova qəzet və jur-

nallarda tez – tez çıxış edirdilər. Məmməd 

Aranlı da onların sırasında idi”

1

.  


İsmayıl Şıxlı Məmməd Aranlının 1937- 

1940-cı illərdə yazdığı “Fırtına”, “Sevgi”, 

“Baş tutmadı”, “Görüş”, “Son görüş”, 

“Aşığın dərdi”, “İzabella” adlı hekayə-

lərini təhlil edir, onun kəskin süjet qur-

mağa qadir olduğunu söyləyir, qəhrə-

manlarının arzu, istək və məslək uğrunda 

psixoloji vəziyyətlərinin bütün məqam-

                                                 

1

 Məmməd Aranlı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s.48 

      –         – 

35

larını  təsvir etmək qabiliyyətinə malik 

olduğunu qeyd edir. “Məmməd Aranlı 

yaradıcılığa başladığı andan günün ak-

tual məsələləri ilə maraqlanmışdır. Onun 

mövzuları  və təsvir etdiyi surətlər rənga-

rəng idi”

1

İsmayıl Şıxlı həyat hadisələrini çox gö-

zəl, müasir tələblərə uyğun təsvir etməyi 

bacaran  Əbülhəsənin  ədəbi fəaliyyətini 

yüksək qiymətləndirir. Onu mövzular 

axtarışının “ilk təşəbbüskarı” hesab edir. 

İstər mövzu, istərsə  də  ədəbi mühitdəki 

rolu baxımından onu təzə iz salan, çığır 

salan, özünəməxsus yolu olan sənətkar 

kimi qiymətləndirir.  İsmayıl  Şıxlıya görə, 

Əbülhəsən gördüyü, müşahidə etdiyi 

adamların surətini yaradarkən, məharətlə 

ümumiləşdirmələr aparır, mürəkkəb mə-

sələləri, ziddiyyətli xarakterləri, ictimai 

problemləri, psixoloji sarsıntıları ustalıqla 

verməyi, təsvir etməyi bacaran nasir kimi 

xarakterizə olunur. Əbülhəsənin “Yoxuş-

lar”, “Dünya qopur”, “Dostluq qalası”, 

“Tamaşa qarının nəvələri”  əsərlərini nəs-

rimizin nailiyyətləri hesab edir. Hətta bu 

əsərlərin çoxunu birnəfəsə oxuduğunu 

                                                 

1

 Məmməd Aranlı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s.49 

      –         – 

36 


etiraf edir. Məsələn, “Tamaşa qarının nə-

vələri”  əsəri. Bu əsəri birnəfəsə oxumağa 

vadar edər nədir?  Əlbəttə ki, bəzi vali-

deynlərin kölgə kimi övladlarının arxa-

sınca sürünməsi, qapılar döyməsi, zorla 

onları irəliyə itələməsi. Təkcə bumu? Yox. 

Həm də  bəzi valideynlərin övladlarının 

zehni və mənəvi zənginliyinə çalışmama-

sı, müxtəlif yollarla, oğru – doğru yolla 

əldə etdikləri pulları onların cibinə dol-

durmaları  və bununla da övladlarını  şi-

kəst etmələri, tərbiyələrini pozmaları, mə-

nəvi cəhətdən müflis etmələri və s. Bax bu 

cür təhlükələr bütün zamanlarda cəmiy-

yətin problemi olmuşdur. Odur ki, Əbül-

həsənin yazıçı duyumuna söz ola bilməz. 

Bu mənada  İsmayıl  Şıxlı  Əbülhəsənin 

yazdıqlarına, o cümlədən “Tamaşa qarı-

nın nəvələri” əsərinə olan rəğbətini gizlət-

mir. Birnəfəsə “Azərbaycan” jurnalından 

oxuduğu “Tamaşa qarının nəvələri” əsəri 

barədə öz sevincini gecədən xeyli keçmə-

sinə baxmayaraq İsa Hüseynovla bölüşür. 

İsmayıl  Şıxlı yazır: “Yazıçı  (Əbülhəsən – 

B.X.) hadisələri necə düzgün həll edirdi, 

bu  əsəri necə  də vaxtında yazmışdı! O 

yenə də hamını qabaqlamışdı. 

      –         – 

37

Sevincimi kiminləsə bölüşmək ehti-

yacı duydum. Dəstəyi götürüb İsa Hüsey-

novun nömrəsini yığdım. 

-  İsa, Tamaşa qarını oxumusanmı? 

-  Yenicə qurtarmışam. Sevindiyim-

dən söz tapa bilmirəm. 

-  Geyin, gedək. 

Yarım saatdan sonra qapının zəngini 

basdıq. Əbülhəsən ev paltarında qarşımı-

za çıxdı. Çox təəccübləndi. Gözlənilmə-

dən, vaxtsız gələn qonaqların məqsədini 

aydınlaşdırmaq istədi. 

-  Sizə öz minnətdarlığımızı bildir-

məyə gəlmişik. 

-  Nə münasibətlə? 

-  Təzə əsərinizə görə. 

-  O gülümsədi. İçəri keçdik. 

-  Yoldaşın nailiyyətinə sevinməmək 

olmaz. 


-  Çox təəssüf ki, bu hisslər indi bir 

az korlaşıb. 

Söhbətimiz uzun çəkdi. Biz Əbülhəsən 

müəllimgildən çıxanda küçədə heç kəs 

yox idi...”

1

İsmayıl  Şıxlını hansı  ədibin yara-

dıcılığı özünə  cəlb edirsə, onu tərəddüd 

                                                 

1

 Məmməd Aranlı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980,. s.65 

      –         – 

38 


etmədən təhlil edir, məsələlərin təhlilinə 

ürəkdən yanaşır, mövqeyini dürüst şəkil-

də ortalığa qoyur, izahları və qeydləri isə 

məntiqli görünür. O, Mehdi Hüseyni 

“böyük fikir və amal uğrunda vuruşan, 

həmişə nəhəng ehtiraslı, mürəkkəb səciy-

yəli, yenilməz müsbət insan surəti yarat-

mağa çalışan sənətkar”, dərin nəzəri 

biliyə malik, həmişə  ədəbi mübarizələrin 

mərkəzində dayanan, sovet ədəbiyyatının 

məfkurə saflığı uğrunda yalnız nasir kimi 

deyil, həm də mübariz bir nəzəriyyəçi 

kimi vuruşan geniş  əhatəli bir sənətkar”

1

 

hesab edir. Hər şeydən əvvəl İsmayıl Şıxlı 

Mehdi Hüseynin həm özünə, həm də 

əsərlərinə  dərindən bələd olan bir qələm 

əhli idi. Ona görə də İsmayıl Şıxlının istər 

1966-ci ildə yazdığı “Mehdi Hüseyn” 

məqaləsində, istərsə  də 1967-ci ildə yaz-

dığı “Qranit kimi sərt” xatirə yazısında 

Mehdi Hüseynlə bağlı hər bir söz, hər bir 

sətir, hər bir cümlə  səmimi və  təbiidir. 

Onu son mənzilə yola salan zaman 

keçirdikləri hisslər də, bu barədə yazdıq-

ları da, eləcə də Mehdi Hüseynin yaradı-

cılığı barədə yazdıqları da. “Biz əklillərlə 

                                                 

1

 Mehdi Hüseyn. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s.260 

      –         – 

39

dolu olan maşında, tabutun yanında 

(Mehdi Hüseynin tabutu – B.X.) otur-

muşduq. Onunla axırıncı  dəfə yoldaşlıq 

edirdik. Zehnimiz bizə deyirdi ki, Mehdi 

Hüseyn artıq yoxdur, amma hisslərimiz 

ona bağlı idi. İnana bilmirdik. İnanmaq 

istəmirdik. İnanmaq çətin idi! 

İsa Hüseynov tabutun baş  tərəfində 

mənimlə üzbəüz oturmuşdu. Dirsəklərini 

dizinə, çənəsini isə  əllərinə söykəmişdi. 

Barmaqlarının arasındakı papiros müştü-

yə qədər yanmışdı. O bundan xəbərsiz idi. 

Elə bil beli də azacıq əyilmişdi. Onu hələ 

belə  məhzun görməmişdim. Hətta atası 

faciəli  şəkildə  həlak olanda da toxtaqlı-

ğını itirməmişdi. 

Artıq son mənzilə yaxınlaşırdıq. Fəxri 

xiyabanın girəcəyinə çatanda hələ torpağı 

tamam yapıxmamış  qəbrin baş  tərəfində-

ki şəkil nəzərimizə çarpdı. Səməd Vurğun 

idi. O bizə baxırdı. Gülümsər gözlərində 

gizli bir kədər duyulurdu. Hiss olunurdu 

ki, ürəyi qubarlıdır. Baxışları isə dostunu 

danlayır ki, “Axı  mən tələsdim,  əlli ya-

şında dünyadan köçdüm, bəs sən nə tez 

gəldin?” 

Deyirlər, biz məclisdə Üzeyir Hacıbə-

yov Müslüm Maqomayevin şərəfinə sağ-


:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--9.html

--nbyev--e---moslemzadeh--94.html

--nbyev--e---moslemzadeh--99.html

--nbyev--e--n--dostyar--.html

--neft-qaz-snayesinin.html


Boreskov Institute Of Catalysis Sb Ras, Russia Kazan National Research University, Russia
1879 - Cseres Tibor VíZaknai CsatáK RegéNy Tartalom
Фанни Бo’Лими - Bet 4
Mal ~ La Lengua Tiene Por Cuchillo - Katedra Romanistiky
2007 Жыл МазмұНы Кіріспе 3 АймақТардың қАзіргі КезеңДегі Даму БағЫттары ЖәНе әЛемдік ТәЖірибе 4 Тарау Аймақ БағАсы 9
INCREASING THE TEACHING EFFICACY OF A BEGINNING SPECIAL EDUCATION TEACHER USING DIFFERENTIATED INSTRUCTION: A CASE STUDY
Iqtisodiyot Va Boshqaruv - O’Zbеkiston Rеspublikasi Qishloq Va Suv Xo'Jaligi Vazirligi
Баланс Земель По Категориям - Генеральный План Городского Округа Город-Курорт
FəNn 1215- LandşAftşüNaslıQ - SəHifə 11
Лекции По Темам: «Хирургическая Инфекция», «Нарушение Кровообращения» - 41