1 ... 5 6 7 8 9 10 11 12 13

Ş ə r q f ə l s ə f i i n c i l ə r i n d ə n - səhifə 9

səhifə9/13
tarix18.07.2018
ölçüsü1.95 Kb.

59
201
Qələbə nifrət yaradır; məğlub olmuş qüssədə 
yaşayır.  Səadətdə  yaşayır  sakit  olan,  qələbədən 
və məğlubiyyətdən imtina edərək.
202
Ehtirasdan böyük alov yoxdur; nifrətdən bö-
yük  bəla  yoxdur;  bədəndən  böyük  fəlakət  yox-
dur; sakitliyə bərabər səadət yoxdur.
203
Aclıq
25
 ən böyük xəstəlikdir; bədən ən böyük 
acıdır;  bu  barədə  həqiqi  biliyə  malik  olan  üçün 
Nirvana ən böyük xeyirdir.
204
Sağlamlıq ən böyük  qələbədir; məmnunluq 
ən  böyük  xəzinədir;  etibar  ən  yaxşı  qohumdur; 
Nirvana ən böyük xeyirdir.
205
Tənhalığın şirinliyini və sakitləşmənin şirin-
liyini dadaraq, qorxu və günahdan o kəs qurtu-
lur ki, o, dhammanın müqəddəsliyini duyur.
206
Nəciblərə  baxmaq  xoşdur;  onların  cəmiy-
yətində olmaq xeyirdir. Səfehləri görməyən kəs 
qoy, həmişə xoşbəxt olsun.
207
Zira, səfehlərin cəmiyyətində dolaşan uzun 
müddət  əzab  çəkir.  Səfehlərlə  olmaq  düşmənlə 

60
olmaq  kimidir,  həmişə  bədbəxtlik  gətirir,  müd-
rik lərlə olmaq isə səadətdir – qohumlarla görüş 
kimi.
208
Ona görə də ay ulduz yolu ilə getdiyi kimi, 
müdrikin, bilənin və çox elmlinin, çox şeyi yaşa-
mışın, möminin, nəcibin - bax belə bir yaxşı və 
ağıllı insanın dalınca getmək lazımdır.

61
XVI.

XOŞ OlAn HAQQIndA FƏSİl


209
Özünü vurnuxmaya həsr edən və özünü dü-
şüncələrə həsr etməyən, məqsədi unutmuş, həz-
zlərdən yapışan özünə dalmışa həsəd aparır.
210
Xoş  olana  bağlanma,  xoş  olmayana  isə  heç 
bağlanma. Xoş olanı görməmək və xoş olmayanı 
isə görmək zülmdür.
211
Odur ki, xoş olanı etməyin; zira, xoş olanla 
ayrılmaq ağrılıdır. Xoş olan və xoş olmayandan 
imtina etmiş üçün bağlar yoxdur.
212
Xoş olandan qəm doğulur, xoş olandan qor-
xu  yaranır;  xoş  olandan  qurtulmuş  qəm  nədir 
bilməz, qorxu hardan olsun?
213
Meyldən qəm doğulur, meyldən qorxu yara-

62
nır; meyldən qurtulmuş qəm nədir bilməz, qorxu 
hardan olsun?
214
Bağlılıqdan  qəm  doğulur,  bağlılıqdan  qor-
xu  yaranır;  bağlılıqdan  qurtulmuş  qəm  nədir 
bilməz, qorxu hardan olsun?
215
Ehtirasdan  qəm  doğulur,  ehtirasdan  qorxu 
yaranır; ehtirasdan qurtulmuş qəm nədir bilməz, 
qorxu hardan olsun?
216
Arzudan qəm doğulur, arzudan qorxu yara-
nır; arzudan qurtulmuş qəm nədir bilməz, qorxu 
hardan olsun?
217
Yaxşılıq və bəsirətlə dolu, dhammada dəya-
nətli olan və doğru danışan, borcunu yerinə yeti-
rən – beləsini xalq xoş olan sayır.
218
 Fikri həzzlərə bağlanmamış, daxilində deyilə 
bilməyənin arzusu doğulmuş (və qoy, o həm də 
idrakla dolu olsun) uddhamsota
26
 çağırılır.
219
Qohumlar, dostlar və tanışlar uzun müddət 
olmayan və çox uzaqlardan sağ-salamat qayıtmış 
birisini salamlayarkən sevinərlər.

63
220
Xeyir əməllər bu dünyadan digərinə köçmüş 
xeyirxah insanı qohumlar öz yaxınlarını qarşıla-
dıqları kimi qarşılayarlar.

64
XVII.

QƏZƏB HAQQIndA FƏSİl


221
Qoy, o, qəzəbdən imtina etsin, qoy, o, təkəb-
büründən əl çəksin, qoy, o, bütün bağlılıqlarına 
qalib gəlsin. Ad və formaya bağlı olmayana heç 
bir bədbədxtlik üz vermir.
222
Oyanmış  qəzəbini  yoldan  çıxmış  arabanı 
sax layan  kimi  saxlayanı  mən  arabaçı  adlandırı-
ram; qalanlar isə sadəcə yüyən tuturlar.
223
Qoy,  o,  qəzəbə  qəzəbin  yoxluğu  ilə,  xeyirli 
olmayana  xeyirli  olanla  qalib  gəlsin,  qoy,  o,  si-
micliyi səxavətlə, yalanı həqiqətlə üstələsin.
224
Həqiqəti söylə, qəzəbə uyma; səndən istəyir-
lərsə, az bir şey olsa belə, ver. Bu üç şərtlərin kö-
məyi ilə göy əhlinə yaxınlaşmaq olar.

65
225
Heç kimi incitməyən, həmişə ölümlü bədənə 
malik olan müdriklər dəyişməz yerə gedirlər və 
ora gələndə, onlar əzab çəkmirlər.
226
Daima oyaq olan, gecə və gündüz öyrənən və 
Nirvanaya can atanın arzuları tədricən yox olur.
227
Ey Atula
27
,  bu,  bir  köhnə məsəldir və  təkcə 
bizim zaman üçün deyilməyib: “Onlar sakit otu-
ranı  qınayarlar,  çox  danışanı  da,  qədərində  da-
nışanı da qınayarlar onlar”. Dünyada elə bir şey 
yoxdur ki, onlar onu qınamasınlar.
228
Yalnız qınanmağa yaxud yalnız təriflənməyə 
layiq insan olmayıb, yoxdur, heç zaman da olma-
yacaq.
229
O  kəs  ki,  davranışında  qüsursuzdur,  müd-
rikdir,  bilik  və  məziyyətlərlə  doludur,  beləsi ni 
günbəgün  müşahidə  etdikcə  müdriklər  təriflə-
yərlər.
230
Cambu çayının qızılından hazırlanmış sikkə 
kimi olanı kim qınaya bilər? Onu hətta göy əhli 
belə tərifləyər: Brahmanın özü onu tərifləmişdir.

66
231
Bədənin günahlarından çəkin, bədənlə bağ-
lı  hər  şeydə  pəhrizkar  ol,  bədənin  günahların-
dan qurtulduqdan sonra bədənin günahsızlığını 
qoru.
232
Sözün günahlarından çəkin, sözlə bağlı hər 
şeydə pəhrizkar ol, sözün günahlarından qurtul-
duqdan sonra sözün günahsızlığını qoru.
233
Ağlın  günahlarından  çəkin,  ağılla  bağlı  hər 
şeydə pəhrizkar ol, ağlın günahlarından qurtul-
duqdan sonra ağlın günahsızlığını qoru.
234
Müdriklər  bədəndə  pəhrizkardırlar;  onlar 
həmçinin  sözdə  də  pəhrizkardırlar;  müdriklər 
ağılda pəhrizkardırlar; onlar, həqiqətən, hər şey-
də pəhrizkardırlar.

:

book
book -> MahirəNərimanqızı
book -> Microsoft Word diplomatiya az doc
book -> O’rta Maxsus Kasb-hunar kollejlarida pedagogik fanlarni o’qitishda keys-stadi texnologiyasidan foydalanishning ilmiy –pedagogik asoslari
book -> Bitiruv malakaviy ishi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


1394-c-ounty-h-ighway-283.html

1399-cu-ild-bdl-ziz.html

13aprel1994-cil--.html

13duxaqocaolidl---sil-v.html

13iyun1905-ciil---lisahib.html


San José De Calasanz, Maestro Y Fundador Severino Giner Guerri, Escolapio - Bet 5
4. Актуальность И Новизна Идеи (Конкретное Инновационное Решение) - Интеллектуальные Инновации В Виде Программно-Методического...
Maddə 51. Vergi Yoxlaması Keçirildikdə Qanunsuz ZəRəRin VurulmasıNıN YolverilməZliyi
РАСПОЛОЖЕНИЕ ПРОВОДОВ И ТРОСОВ И РАССТОЯНИЯ МЕЖДУ НИМИ - Правила Устройства Электроустановок Шестое Издание, Дополненное...
AzəRbaycan DovləT İQTİSad Universiteti
§ 8.  Folklor Və Musiqi - AzəRbaycan MiLLİ ElmləR Akademiyasi A
İSmayil şIxli SeçİLMİŞ ƏSƏRLƏRİ - SəHifə 16
В Начало - Интервью Разных Видов, «Спроектированная Ситуация»
User-Mode Settings - Performance Tuning Guidelines For Windows Server 2012 April 12, 2013 Abstract
Чарльз Сандерс Пирс Или Оса В Бутылке - Бет 11