1 ... 35 36 37 38 39 40 41 42 ... 87

137-cü xütbə - Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin

səhifə39/87
tarix22.10.2017
ölçüsü16.72 Mb.

137-cü xütbə


İmam Əli əleyhis-salamın Təlhə və Zübeyr barədə (bey’əti pozduqdan sonra, Osmanın qətlini onun adına çıxmaları barədə sözlərini rədd edərkən) buyurduğu kəlamlarındandır. Allaha and olsun! Haram işi (adıma çıxmağı) məndən əsirgəmədilər (Osmanın öldürülməsi və onun qətlinə razılığı yalandan mənim adıma çıxdılar) və mənimlə özləri arasında insafla, ədalətlə rəftar etmədilər. (Çünki insafları olsaydı, iddialarının puçluğu aydın idi. İddialarının səhvliyi bundadır ki,) özlərinin tərk etdikləri haqqı və tökdükləri qanı (məndən) tələb edirlər. Əgər mən bu qanın tökülməsində (Osmanın qətlində) onlarla birgə iştirak etmişəmsə, onlar da bundan faydasız qalmayıblar.1 Əgər mənsiz bu işi görüblərsə, onda özlərindən başqa heç kim sorğu-sual edilməməlidir.2 İlk ədaləti bu olsun ki, ədalətlə hökm verməyi özlərində icra etsinlər. Bəsirətim və gözüaçıqlığım mənimlədir, (əmələ zidd olan sözün ziyanını bilirəm və buna görə də kimsəni) səhvə yönəltmədim (Təlhə və Zübeyr kimi bir söz deyib əksinə iş görmədim) və (onların ardıcılları kimi) səhv yola salınmadım. Onlar zülmkar və günahkar bir dəstədirlər. (Həzrət Peyğəmbərin mənə xəbər verdiyi kimi) Qara gil (gil saf suyu bulandırdığı kimi ümmətin dincliyini əlindən alan fitnə-fəsad), əqrəb zəhəri (kin və düşmənçilik) və zülmət şübhəsi (nadanlıq və azğınlıq) onlardadır. Bu iş (camaatı çaşdırdıqları Osmanın qanının alınması barədə sözləri alim, zəkalı insanların yanında) aşkar oldu. Batil (haqqın ziddinə olan söz) kökündən qopardıldı və şər yayan dili kəsildi.1 Allaha and olsun, (fitnəkarların qarşısını almaq mənə vacib olduğuna görə) onlara bir hovuz düzəldib suyunu özüm çəkərəm, (onları döyüş meydanında elə məhv edərəm ki,) ondan doymuş qayıtmazlar və başqa yerdə də su içməzlər.2

Həmin kəlamın (yenə də Təlhə, Zübeyr və ardıcılları barədəsindəki) bir hissəsidir


(Osmanın qətlindən) sonra (bey’ət etmək üçün) yeni doğmuş heyvanlar balalarına tərəf gedən kimi mənə üz tutub dalbadal «bey’ət etməyə gəlmişik» deyirdiniz. Əlimi əlimin üstünə qoydum, açdınız, arxaya apardım, özünüzə tərəf çəkdiniz.3 (Mən də sizdən Allaha şikayət edərək deyirəm:) İlahi, (Qüreyş tayfasından olan) Təlhə və Zübeyr mənimlə (mən də həmin tayfadanam) qohumluq əlaqəsini kəsib zülm etdi, əhd-peymanını pozdu və camaatı mənim üstümə qaldırdı. Sən onların bağladıqlarını aç, süstləşdirdiklərini möhkəm et. Arzularında olub etdikləri rəftarlarında onlara (dünya və axirət) pisliyi nəsib et.4 (Onlarla döyüşdüyümə görə məni əsla danlaya və qınaya bilməzlər. Çünki) döyüşə başlamamışdan onlardan pozduqları bey’ətə qayıtmalarını istəyib hadisədən qabaq (bu iş barədə) düşünüb-daşınmalarını tələb etdim. Deməli, (mənim öyüd-nəsihətlərimi qəbul etməyib öz səhv fikirlərinin ardınca getdilər), neməti (Allah, Peyğəmbər və zəmanənin İmamına itaəti) xar sayıb (dünya və axirət) salamatlıqlarını əldən verdilər.

Feyzul-İslamın III hissəyə yazdığı müqəddimə:


الرَّحْمنِ

الرَّحِيمِ

بِسْمِ

اللهِ


أَلْحَمْدُ لِلّهِ الَّذِي ذَلَّتْ لَهُ رِقابُ الْجَبابِرَةِ وَ خَضَعَتْ لَدَيْهِ أَعْناقُ الْأَكاسِرَةِ لا مَلْجأَ وَ لا مَنْجا مِنْهُ إِلّا إِلَيْهِ وَ لا إِعانَةَ إِلّا بِهِ وَ لا اتِّكاءَ إِلّا عَلَيْهِ وَ الصَّلوةُ وَ السَّلامُ عَلى سَيِّدِ الْمُرْسَلِينَ وَ خاتَمِ النَّبِيِّينَ وَ حُجَّةِ رَبِّ الْعالَمِينَ مُحَمَّدٍ وَ الِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ وَ لا سِيَّما عَلى سُلالَةِ النُّبُوَّةِ وَ بَقِيَّةِ الْعِتْرَةِ وَ الصَّفْوَةِ صاحِبِ الزَّمانِ وَ مُظْهِرِ الْإِيمانِ وَ مُعْلِنِ أَحْكامِ الْقُرْانِ وَ مُطَهِّرِ الْأَرْضِ وَ ناشِرِ الْعَدْلِ فِى الطُّولِ وَ الْعَرْضِ الْحُجَّةِ الْقائِمِ الْمَهْدِىِّ الْإِمامِ الْمُنْتَظَرِ الْمَرْضِىِّ ابْنِ الْحَسَنِ الْعَسْكَرِىِّ

.

أَللّهُمَّ نَوِّرْ بِنُورِهِ كُلَّ ظُلْمَةٍ وَ هُدَّ بِرُكْنِهِ كُلَّ بِدْعَةٍ وَ اهْدِمْ بِعِزِّهِ كُلَّ ضَلالَةٍ وَ اقْصِمْ بِهِ كُلَّ جَبّارٍ وَ أَخْمِدْ بِسَيْفِهِ كُلَّ نارٍ وَ أَهْلِكْ بِعَدْلِهِ جَوْرَ كُلِّ جائِرٍ وَ أَجْرِ حُكْمَهُ عَلى كُلِّ حُكْمٍ وَ أَذِلَّ بِسُلْطانِهِ كُلَّ سُلْطانٍ امِينَ يا رَبَّ الْعالَمِينَ

«Nəhcül-Bəlağə» qaranlıqları işıqlandıran, yolunu azanların mayakı və günahdan çəkinənlərin örnəyidir. Hər ağıllı insan və tədqiqatçı onu dərindən düşündükdən sonra bu müqəddəs kitabın (Qur’ani-Kərimdən və Xatəmül-Ənbiya salavatullahın sözlərindən sonra) kitabların ən üstünü və dünyada misilsiz olduğunu təsdiqləyib etiraf edəcəkdir. Bütün bəşər övladları tərəfindən mütaliə olunması daha yaxşıdır. Çünki dünya fitnə-fəsaddan xali deyil və insanlar yalnız öz rəftar və sözlərində Əmirəl-möminin əleyhis-salamın yolunu tutmaqla əmin-amanlıq, rahatlıq və ağalığa çata bilərlər. Bu, (o böyük şəxsin lütfünə möhtac olan) mən bəndənin sözü deyil, hər insaflı ağıl sahibi (lap müsəlman və şiəməzhəb olmasa belə) bunu etiraf edərək Həzrət Peyğəmbərdən sonra Həzrət Əli əleyhis-salamın elm və mərifət çeşməsinin dünyanın sonuna qədər hər işin fəsad və məsləhətini bilib bəyan etmiş olmasına inanır.

Onun söz və əməllərinin nümunəsini şərafətli Seyyid Rəzi (rizvanullah əleyh) bu şərəfli kitabda toplamışdır. Elm, bilik sahibləri İmam əleyhis-salamın elə bu həcmdə olan söz və əməllərinin də dünya və axirət səadətinə, ağalığa çatmağa kifayət etdiyini bilirlər. Buna görə də ötən dövrlərin üləma və alimləri (Allah onlara rəhmət etsin, o cümlədən hədisşünas alim Nurinin - Allah ona rəhmət etsin - «Mustədrəkul-vəsail» kitabında bəyan etdiyi kimi) bu müqəddəs kitab barəsində «Əxul-Qur’an» (Qur’anın qardaşı) ifadəsini işlətmişlər. Başqa sözlə, Qur’ani-Kərim səmavi kitab olduğu və Allah-təalanın insanların islahı üçün peyğəmbəri Həzrət Mustafanın (səlləllahu əleyhi və alih) dilindən buyurduğu kimi, «Nəhcül-Bəlağə» də sözləri ilahi elm mənbəyindən süzülərək elm şəhərinin qapısı olan Əlinin (əleyhis-salam) dilindən axan bir kitabdır. Deməli, (indiyə qədər iki hissəsini çap edib yaydığımız və indi də ilahi qüdrət ilə üçüncü hissəsinə başladığımız) bu kitabı oxuyaraq həyatının təliminə çevirmək hamıya vacibdir.

اللّهُمَّ اهْدِنا إِلى سَوآءِ السَّبِيلِ فَإِنَّكَ حَسْبُنا وَ نِعْمَ الْوَكِيلُ


Fani bəndə:

Əliyyənnəqi Feyzul-İslam İsfahani
Ali-Məhəmməd əd-Dibac.

1366 H.Q.

138-ci xütbə


İmam Əli əleyhis-salamın baş verəcək ağır hadisələrə (və on ikinci İmamın-əccələllahu fərəcəh-zühuruna) işarə etdiyi xütbələrindəndir.

Camaatın doğru yolu öz nəfsinə çevirəcəyi (Məhəmmədin şəriətindən əl çəkərək öz nəfsi istəklərinin arxasınca gedəcəkləri) vaxt (İmami-Müntəzər qeyb pərdəsinin arxasından çıxaraq) həvayi-nəfsi doğru yola və qurtuluşa yönəldəcək (yolunu azmışları doğru yola gətirəcək). Camaatın Qur’anı öz düşüncə və rəyinə çevirdiyi vaxt1 rəyi Qur’ana qaytaracaq.2


Bu xütbənin (İmami-Zaman əleyhis-salamın zühuru ərəfəsindəki fitnələrə işarə olunduğu) bir parçasıdır


(Həzrətin-ərvahuna fədah-zühurundan əvvəl çox cinayətlər olacaq.) Sizlərə (sonra gələnlərə qəzəbli yırtıcı şir kimi) dişlərini qıcayan (və ya dəvə tək) südlə dolu döşləri olan ağır müharibə və qırğınlar (yırtıcı şir tək hər şeyi məhv etməyə hazır olan döyüşlər, dəvə döşləri kimi döşləri ölüm şərbəti ilə dolu olan müharibələr) üz tutacaq. Onun südünü içmək (işin əvvəlində, döyüş meydanına atılanların və fəthə, qələbəyə ümidi olanların damağında) şirin, işin sonunda (toqquşmanın, ölüb-öldürmənin və onun müsibətlərinin hər yanı bürüdüyü vaxt) acı və pis dadandır (əziyyətlidir).

Agah olun, (xəbər verdiyim) sabah (bundan sonra) baş verəcək və sabah tanımadığınız (barəsində xəbəriniz olmayan) bir şeylə gələcək: Padşahlar tayfasından olmayan bir hakim (İmami-Zaman əleyhis-salam) onların işlərini idarə edənləri əməllərinin pisliyinə görə sorğu-sual edəcək.

Yer ciyərinin parçalarını onun üçün bayıra çıxaracaq (bütün qızıl, gümüş və s. mədənlər üzə çıxaraq o Həzrətin ixtiyarında olacaq) və açarlarını o böyük insana təslim edəcək. (Bütün şəhərlər onun ixtiyarına keçəcək.) Sonra məmləkətin ədalətlə idarə olunması yolunu sizə göstərəcək və kitabın və sünnənin tərk edilmişlərini (qanunlarını) dirildəcək (Qur’anın hökmlərini və Həzrət Peyğəmbərin sünnəsini icra edəcək).

Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


annexes-budgtaires---shif-17.html

annexes-budgtaires---shif-21.html

annexes-budgtaires---shif-26.html

annexes-budgtaires---shif-30.html

annexes-budgtaires---shif-35.html


Der FrüHlingspunkt Ist Der Schnittpunkt Zwischen Ekliptik Und HimmelsäQuator
Из Чего Состоит Пиво - Классный Час: «Заблуждение О Безвредности Пива»
§ 13. Flyplasstankbil Endret Ved Forskrift 13. Januar 2014 Nr. 26. § 14 - Forskrift April 2009 Nr. 384 Om Landtransport Av Farlig Gods
Секция Географии И Геоэкологии
§ 49. Clergy And Laity. Elections
Дерматомиозит/Полимиозит - Невралгические Аутоиммунные Инфекции
Седлецкий (Сидлецкий) - Абабков Иван Герасимович
AzəRbaycan MiLLİ ElmləR Akademiyasinin M. FÜZuli Adina əLyazmalar Institutu - SəHifə 5
16. İKiləPəLiləR Sinfi - DəRslik AzəRbaycan Respublikası TəHsil Nazirliyinin 07. 08. 2014-Cü Il Tarixli 869 NöMrəLi əMri Ilə TəSdiq
Вопросы По Общей Гигиене Леч