1 ... 49 50 51 52 53 54 55 56 ... 85

A. Bakıxanov (1794-1847) - səhifə 53

səhifə53/85
tarix04.12.2017
ölçüsü2.8 Kb.

109 
 
üçün  bir  dəstə  ilə  oraya  hərəkət  etdi.  Onlar  qabaqcadan,  ucalığı  və  yolunun 
çətinliyi  ilə  məĢhur  olan  bir  dağın  təpəsində  sığınaq  etmiĢdilər.  Tüfəngçilər  və 
cəzairçilər ətrafdan yürüĢə baĢlayıb sığınağın bir tərəfini aldılar. Ləzgilər dağların 
təpələrinə və bucaqlarına dağıldılar, Avarıstanda avara düĢdülər. Onlardan bir çoxu 
öldürüldü  və  əsir  alındı.  Mal-qaraları  və  mənzilləri  qarət  edilib  yandırıldı.  Nadir 
ġəki  və  ƏrəĢ  yolu  ilə  ġamaxıya  gəldi.  Burada  ikən  xəbər  yetiĢdi  ki,  Krım  xanı 
Dərbənd  xaricinə  gələndən  sonra,  Eldar  Mürtəzaəli  oğlu  ġamxalı  Dağıstan 
Ģamxallığına təyin etmiĢ, ġirvan əyalətini Surxay xana və Dərbənd hökumətini də 
üsmi  Əhməd  xana  vermiĢdir.  Öz  tərəfdarlarına  da  2500  tümən  nağd  və  bir  parça 
qiymətli Ģeylər bağıĢlamıĢdır. Surxay xan da öz oğlunu 500 ləzgi ilə həmin xanın 
hüzurunda  qalmaq  üçün  təyin  etmiĢdir.  Bu  əsnada,  Krım  xanı  Nadirin  hərəkət 
xəbərini eĢidib, sürətlə Krıma qayıtdı. 
Nadir Ģiddətli qıĢ vaxtında, dağ yolları və mənzillərini qar və buz tutmasına 
baxmayaraq,  Dağıstan  xalqını  cəzalandırmaq  fikrində  idi.  Bu  məqsədlə  Altıağac 
yolu ilə gedib, Dərəkəndi mənzilinə çatdığı zaman, Dağıstan sərdarına bir fərman 
yazdı.  Ondan  tələb  etdi  ki,  Dərbənddən  Təbərsəranın  Dərə  mahalına  gəlib  ərzaq 
toplamaqla məĢğul olsun. Yükləri və çadırları oğlu Rzaqulu Mirzə ilə ġabran yolu 
ilə  göndərdi,  özü  isə,  bir  dəstə  qoĢunla  Buduq  və  Xınalıq  qaçaqlarını 
cəzalandırmağa  getdi.  QoĢundan  6000  nəfərini  Doqquzpara  və  Axtıpara  tərəfinə 
göndərdi, bir dəstəni də, Qəbir tərəfindən qaçaqların yolunu kəsməyə təyin etdi. O 
tayfanı  qətl-qarət  etdikdən  sonra,  qayıdıb  Qurbanın  Gilyar  adlı  mənzilində  öz 
ordusuna yetiĢdi. 
TəĢrini-saninin  (noyabrın)  11-də  Dərbənd  qalasının  Ģimal  tərəfində  onun 
çadırları  quruldu.  Burada  məlum  oldu  ki,  yeni  Ģamxal  Eldar,  üsmi  və  Surxay 
QazanıĢ  adlı  yerdə  toplaĢıb,  Xasfulad  xan  ġamxalın  üzərinə  yürümək 
fikrindədirlər.  Buna  görə,  gecəyə  salıb,  əvvəlcə  Məcalisə  yürüdü.  Burada  olan 
üsminin  oğlu  Xan  Məhəmməd,  ləzgilərlə  bərabər  Məcalis  dərəsinin  baĢını  kəsib 
döyüĢə  baĢladı.  Onların  bir  qismi  öldürüldü,  bir  qismi  əsir  düĢdü,  qalanları  da 
qaçıb  qurtardılar.  O  mahalın  hamısı  paymal  oldu,  çoxlu  qənimət  və  azuqə  ələ 
keçdi. 
Nadir  ertəsi  gün  oradan  hərəkət  edib,  mənzilbəmənzil  qətl-qarət  edərək, 
Xasfulad xan ġamxala mənsub Kübdən kəndinə gəlib çatdı. Surxay, üsmi və Eldar 
hər  biri  bir  tərəfə  qaçdı.  Xasfulad  xan  isə,  öz  tərəfdarları  ilə  hüzura  gəldi.  Nadir 
buradan Surxay xanı cəzalandırmaq üçün Qaziqumuq tərəfə yola düĢdü. O, kanuni-
əvvəlin (dekabrın) 20-də Qaziqumuğun üç ağaclığında olan ġərrat adlı yerə çatdı. 
Surxay  xan  da,  çoxlu  cəmiyyət  toplayıb,  dağların  təpələrini  səngər  edərək,  qoĢun 
keçə  bilən  bir  dərəni  tutmuĢdu.  Nadir  dörd  tərəfdən  yürüĢ  etməyə  əmr  verdi. 
Əvvəlcə Əfqan dəstəsi dağın təpəsini ələ keçirdi və müharibə alovu Ģiddətlənməyə 
baĢladı. O biri dəstələr də dağın ətəyindən yenicə hərəkət etməkdə idilər ki, ləzgilər 
qaçmağa baĢladılar. Onlardan bir çoxu diri olaraq ələ keçdi. 

110 
 
Vaxt olmadığından Nadir həmin yerdə düĢüb, cəzairçilər dəstəsini dağların 
təpəsini mühafizə etməyə məmur etdi. Eldar, dağıstanlılar və avarlardan mürəkkəb 
bir dəstə ilə Surxayın köməyinə gəlirdi. O, cəzairçiləri Surxay xanın qoĢunu zənn 
edərək, onların arasına gəldi, adamlarından bir hissəsi öldürüldü və əsir düĢdü. Ġrəli 
getmək  çətin  idi.  Nadir,  Qumuq  əhalisindən  bir  neçə  nəfərin  aman  istəmək  üçün 
gəlməsilə kifayətləndi. Ertəsi gün oradan üsmini cəzalandırmaq məqsədilə QüreyĢ 
qalasına tərəf hərəkət etdi. 
Nadir  Qaziqumuğa  yürüĢ  etdiyi  zaman,  AqquĢa  qazisi  əhali  ilə  bərabər 
aman istəyərək təslim olmuĢdu. Sonra isə, qazi bir dəstəni gizlicə olaraq Surxayın 
köməyinə  göndərmiĢdi.  Buna  görə  də  onu  cəzalandırmaq  lazım  idi.  Nadir  bir 
dəstəni bu iĢə məmur etdi. Qazi də öz adamları ilə döyüĢə çıxaraq məğlub edildi. 
Onlardan bir çoxu qırıldı, qalanları da əsir alındı. Ertəsi gün, qazi etdiyi əməldən 
peĢman  olaraq,  Nadirin  dərbarına  gəlib  əfv  istədi  və  onun  tərəfindən  bağıĢlandı. 
AqquĢa əsirləri də azad edildilər. 
Nadir QüreyĢ qalası  ətrafına  çatdıqda, üsmi öz  qızını onun hərəmxanasına 
yola  saldı,  mötəbər  adamlardan  bir  neçəsini  də  əfv  diləməyə  göndərdi  və  Nadir 
tərəfindən bağıĢlandı. Nadir bu qızı Hüseynəli xan Sultan Əhməd oğluna verdi. Bir 
müddətdən  sonra  o  dəli  olub  Qubadan  BaĢlıda  olan  Əmir  Həmzə  üsminin  evinə 
getdi. 
Doqquzpara  ətrafının  ləzgiləri  peĢkəĢ  olaraq  1000  baĢ  at  və  mötəbər 
ailələrdən  bəzi  adamları  girov  tərzilə  Nadirə  təqdim  etdilər.  Təbərsəran 
kəndxudaları  da  tələb  olunan  ailələri  vergi  toplayanlara  (mühəssillərlə)  birlikdə 
Dərbəndə göndərib, xidmət və itaətə hazır olduqlarını bildirdilər. 
Nadir,  Dağıstan  iĢlərini  bu  surətlə  bitirib,  Xasfulad  xanı  və  o  ölkənin  sair 
baĢçılarını  ləyaqətli  təltifata  nail  edərək,  qayıtmalarına  icazə  verdi.  Sonra,  atının 
cilovunu  Muğan  səhrasına  çevirdi.  Qubanı  «Həsənqala»sına  gəldikdən  sonra,  bir 
neçə nəfər yaxın adamları ilə ordudan qabağa düĢüb, çətin keçidli altı mənzillik bir 
yolu  bir  gecə-gündüzlə  keçib,  Ağsu  qalasına  yetiĢdi.  Buradan  da  kanuni-saninin 
(yanvarın) 13-də, Muğan səhrasındakı ordugahına gəldi. 
Qabaqcadan  ölkənin  hər  bucağına  fərmanlar  göndərilmiĢdi  ki,  hakimlər, 
əyan,  üləma  və  hər  vilayətin  rəisi  kanuni-əvvəlin  15-də  Muğan  səhrasında  hazır 
olsunlar.  Həmçinin  hökm  olunmuĢdu  ki,  Kür  və  Araz  çaylarının  qovĢağı  olan 
Cavad  keçidi  yaxınlığında,  ağac  və  qamıĢdan  karvansara,  məscid,  hamam  və  ali 
imarətlərlə bərabər 12 min ev tikilsin. 
Vilayətlərdən  gələnlərin  sayı  təqribən  100000  nəfərə  yaxın  idi.  Bir  aydan 
ziyadə  çəkən  müĢavirə  və  danıĢıqlardan  sonra,  Nadir  həzrətləri  hicri  1148-ci 
(=1736) ildə, Ģübat (fevral) ayının 26-da Ġranın səltənət taxtına oturdu. 
Ġran üləmasının ittifaqı ilə ümumxalq qarĢısında belə bir qərar çıxarıldı: bəzi 
məsələləri dəyiĢdirmək və Ģərəfli (dini) Ģəraiti sabitləĢdirməklə, iki məzhəb - Ģiə və 
sünni məzhəbləri arasındakı ixtilafa nəhayət verilib islam əhalisi arasındakı ədavət 

:

2017
2017 -> []
2017 -> Gg kepribadian
2017 -> Temel kavramlar
2017 -> Yazıçı-publisist Akif Əlinin "Öncə Vətəndir"
2017 -> Dövlətin intuitiv təfəkkürlə idarə olunması
2017 -> K. K. T. C. Hentbol federasyonu


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


azastan-respublikasi-392.html

azastan-respublikasi-397.html

azastan-respublikasi-400.html

azastan-respublikasi-405.html

azastan-respublikasi-41.html


Паспорт Котла - Бу ЖәНе Су Жылыту қАзандықТарын Орнату ЖәНе қАуіпсіз Пайдалану ЖөНіндегі өНеркәСіптік қАуіпсіздік...
Достойна Ли Твоя Жизнь Евангелия? В30. 06. 1963 Джефферсонвилл, Индиана, США - Бет 5
Елисеев Ю. Ю. Психосоматические Заболевания - 58
3.3-МақСат. ТұРғЫн үЙ-Коммуналдық ШаруашылықТы ЖаңғЫрту ЖәНе Дамыту - ҚАзақСтан Республикасы ҰЛттық Экономика Министрлігінің...
F.:Agnes Johansen - Som Proband Er Valgt Disse 5 SøSkende, BøRn Af Ane Nr
BüYüK Hedeflere Sahip Olmak
Yetimvachcha - SÖZLÜK “B”La : V I. ~B Gapir To Insert A "B" Before Each Vowel (A Kind Of Pig Latin). “J”La
Useful Biodiversity And Traditional Healing Links From Pankaj Oudhia’S Medicinal Plant Database - SəHifə 179
HəYata NüFuz Anı DemokratiyanıN IbrəTamiz ErkəN Tarixinə Baxış - SəHifə 233
Направление 190700.62 - Технология Транспортных Процессов (ТТПб) - Направление 241000. 62 Энерго- И Ресурсосберегающие...