1 ... 123 124 125 126 127 128 129 130 131

Azərbaycan ssri elmlər akademiyasi tariX İnstitutu - səhifə 127

səhifə127/131
tarix17.10.2017
ölçüsü5.01 Kb.

 
374 
çaylarında balıq ovlayanlardan vergi tələb edirdi”.
380
 Bu məlumatdan aydın olur 
ki, hələ  VII  əsrin  əvvəllərində  ölkədə  müxtəlif  sahələr  üzrə  sənətkarlar  var  idi. 
Misəridənlər  (misgərlər),  zərgərlər,  dəmirçıxaranlar  (mədənçilər),  qızıl,  gümüş 
çıxaranlar, balıqçılar və sairə kimi peşəkarlar çalışırdı. 
Məs`udi  Sənariyə  və  Şəki  vilayətlərindən  bəhs  edərək  yazır  ki,  Sənariyə 
şahlığından  bir  az  aralı  şəkinlər  tayfası  yaşayır.  Onların  içərisində  çoxlu 
müsəlman  vardır.  Onlar  ticarət  və  müxtəlif  sənətlərlə  məşğul  olurlar.
381
  Qeyd 
etmək lazımdır ki, Şəki və Qəbələ vilayətlərində müxtəlif sənətkarlıq növləri ilə 
yanaşı,  dulusçuluq  və  taxta  məmulatı  hazırlamaq  işi  də  hələ  qədimdən  inkişaf 
etmişdi.  Burada  dulusçular  müxtəlif  saxsı  qablar  və  sənətkarlar  taxtadan 
təsərrüfatda işlənən müxtəlif alətlər hazırlayırdılar. 
Dulusçu kürələrində müxtəlif saxsı qablar, kərpic, su boruları, kaşı və sair 
şeylər bişirirdilər. Arxeoloji qazıntılar nəticəsində IX-X əsrlərə aid tapılan saxsı 
qablar  bunların  mahir  ustalar  tərəfindən    hazırlandığını  sübut  edir.  Dulusçuluq 
sənəti  Azərbaycanın  bütün  vilayətlərində  yayılmışdı.  Bəhs  olunan  dövrdə 
Azərbaycanda  dabbaqlıq  da  inkişaf  etmişdi.  Yaqut  Həməvinin  yazdığına  görə, 
Şəkidə keyfiyyətli gön hazırlanırdı.
382
 
IX-X əsrlərdə İran və İraqda olduğu kimi, Azərbaycanda da toxuculuq çox 
inkişaf etmişdi. Orta əsrlərdə Şərq və qərb ölkələrində toxuculuq çox üstün yer 
tuturdu. Zərif və incə parçalara hər yerdə böyük tələbat var idi. Ona görə də hər 
vilayətdə xüsusi və yaxşı keyfiyyətdə məmulat istehsalı əmələ gəlməyə başladı, 
pambıq,  kətan,  ipək,  yun  parçalar  istehsal  edilirdi.  İranda  və  Azərbaycanda  ən 
yaxşı  toxuculuq  sənayesi  əmələ  gəlmişdi.  Yaxın  və  Orta  Şərq  ölkələrində 
Abbasilərin (750-1258) hakimiyyəti dövründə toxuculuq sahəsi yenidən inkişaf 
etməyə başlamışdı. 
383
 
İlk  mənbələrin  verdiyi  məlumatdan  aydın  olur  ki,  X  əsrdə  Azərbaycan 
şəhərlərində  müxtəlif  çeşidli  yun  və  ipək  libaslar,  qətfə,  paltar,  kətan  paltar, 
                                                 
380
 Moisey Kalankaytuklu. Ağvan tarixi, səh. 131. 
381
 Məs`udi. Müruc əz-zəhəb, II cild, səh. 68. 
382
 Yaqut Həməvi. Göstərilən əsəri, XII cild, səh. 357. 
383
 A.Müller. İslam tarixi, II cild, səh. 159-160. 

 
375 
pambiqdan zol-zol paltar, çuval, palaz, xalça, corab, ipək, baş örtüyü və bu kimi 
yaşayış üçün vacib olan gözəl və zərif şeylər hazırlanırdı.  
“Hüdud  əl-aləm”  əsərində  X  əsrdə  Azərbaycan  şəhərlərindən  ixrac  edilən 
məmulat  haqqında  çox  qiymətli  məlumat  verilir.  Bu  əsərdə  Azərbaycandan 
qırmızı rəng, yun libaslar, pambıq, balıq, bal və mum ixrac edildiyi göstərilir.
384
 
Daha  sonra  bu  əsərdə  hər  bir  şəhərdə  emal  və  ixrac  edilən  məmulat  haqqında 
ayrıca bəhs olunur. Ərdəbildən zol-zol və rəngli libasların, Bərzənddən qətfə və 
paltarların,
385
  Muğandan  rudinə  (bağırsaq,  kiriş),  xırda  dənli  bitkilərin,  çoxlu 
çuval  və  palaz,
386
  Dznandan  palaz  və  namaz  xalçasının,  Xoy,  Gərkəri  və 
Naxçıvandan  palaz,  xalça,  corab  və  sair  şeylərin  aparılması  göstərilir. 
Mərənddən  müxtəlif  yun  paltar,
387
  Qafandan  çoxlu  pambıq,  Bərdədən  ipək, 
şabalıd,
388
  Beyləqandan  çoxlu  libaslar,  çul,  baş  örtüyü
389
  və  natif,  Araz  çayı 
sahilində  yerləşən  Bijgah  adlı  kiçik  şəhərdən  balıq,
390
  Şəmkür  və  Gəncədən 
cürbəcür  yun  libaslar,
391
  Dərbənddən  kətan  libas  və  zəfəran,
392
  Bakıdan  neft, 
Şabrandan  məhəkdaşı,  Qəbələdən  fındıq,
393
  Xursandan  yun  libaslar,  habelə 
Xursan, Şirvan və Laicandan bütün dünyada məşhur olan cürbəcür “məhfurlar”, 
(yəni xalçalar –

 M.Ş.

) ixrac edilirdi.
394
 
Qeyd  etmək  lazımdır  ki,  İbn  Havqəl  Azərbaycan  şəhərlərindən  bəhs 
edərkən  yazır  ki,  Təbriz  və  Mərənddə  dünyanın  heç  bir  yerində  tayı  bərabəri 
olmayan  “məhfur” adı ilə məşhur olan xalılar, palaz və parçalar hazırlanırdı.
395
 
Şübhə yoxdur ki, Şirvan, Mərənd və Təbrizdə toxunan, habelə “məhfur” adı ilə 
məşhur  olan  xalılar  və  palaz  növləri  Şərq  müəlliflərinin  diqqətini  özünə  cəlb 
etmişdi.
396
 
                                                 
384
 “Hüdud əl-aləm”, vər. 32 b. 
385
 “Hüdud əl-aləm”, vər. 32 b. 
386
 “Hüdud əl-aləm”, vər. 32 b. 
387
 “Hüdud əl-aləm”, vər. 32 b. 
388
 “Hüdud əl-aləm”, vər. 33 a. 
389
 “Hüdud əl-aləm”, vər. 33 a. 
390
 “Hüdud əl-aləm”, vər. 33 a. 
391
 “Hüdud əl-aləm”, vər. 33 a. 
392
 “Hüdud əl-aləm”, vər 33 b. 
393
 “Hüdud əl-aləm”, vər 33 b. 
394
 “Hüdud əl-aləm”, vər 33a. 
395
 “Hüdud əl-aləm”, vər 33 b. 
396
 İbn Havqəl. Göstərilən əsəri, səh. 344. 

 
376 
İlk  mənbələrin  verdiyi  məlumata  görə,  bəhs  edilən  dövrdə  Azərbaycanda 
toxuculuqda  çox  əhəmiyyəti  olan  boya,  kağız,  kəndir,  kətan,  ipək  və  sair 
sənətkarlıq  məmulatı  istehsal  edilirdi.  İstəxri  Bərdə  və  Dəbil  haqqında  bəhs 
etdiyi  zaman  burada  “qırmız”  adlanan  boya  istehsal  edildiyini  göstərir.
397
 
Müəllif  qeyd  edir  ki,  bu  rənglə  mahud  boyanır.  O  yazır  ki,  qırmız  əldə  edilən 
qurd, ipək qurdu kimi öz ətrafına tor çəkir.
398
 Orta əsrlərdə toxuculuğun inkişafı 
ilə  əlaqədar  olaraq,  saf  və  yaxşı  keyfiyyətli  boyaya  da  çox  tələbat  var  idi. 
Bərdədə emal edilən boya bütün dünyada məşhur idi. İbn Havqəl yazır: “Bab ül-
əbvabdan (Dərbənddən –

 M.Ş.

) Tiflisədək və Araz çayının yaxınlığından Cürcan 
vilayətinə qədər bütün Arranda boya yetişir”.
399
  
Orta  əsr  müəlliflərinin  məlumatından  görünür  ki,  Bərdədə  qırmız  adlanan 
boyanı  həm  bitkidən  və  həm  də  xüsusi  növ  qurddan  əldə  edirdilər.  Qırmız 
adlanan  boyanın  qurddan  əldə  edilməsi  haqqında  İbn  Havqəl  yazır:  “Qırmız 
boyadır,  quş  tükündən  və  yuxuduğu  hazırlanmış  şeyləri  onunla  boyayırlar.  Bu 
boya  inəkqurdu  barama  toxumuduğu  kimi,  öz  ətrafında  hörən  qurddan  əmələ 
gəlir”.
400
 Qırmız adlanan boya eyni zamanda bitkidən hazırlanırdı. İbn Havqəlin 
göstərdiyi kimi, bu bitki Arranın hər yerində yetişirdi. Deyilənlərə əlavə olaraq, 
qeyd etmək lazımdır ki, son zamanlara qədər bu təbii boya bitkisi Azərbaycanda 
yetişdirilirdi. 
IX-XI  əsrlərdə  Azərbaycan  şəhərlərində  yuxarıda  göstərilənlərdən  əlavə, 
kağız, kəndir, şüşə və sair şeylər də istehsal edilirdi. İbn Havqəl Səlmasda yaxşı 
kəndir istehsal edildiyini yazır.
401
  
IX-XI  əsrlərdə  Azərbaycan  şəhərlərində  orta  əsrlər  sənətkarlığının  hər 
növünə  rast  gəlmək  olardı.  Bu  şəhərlərdə  həqiqətən  mühüm  əhəmiyyətə  malik 
olan  məhsul  istehsal  olunurdu.  İlk  mənbələrdən  aydın  olur  ki,  Yaqut  Həməvi 
Azərbaycanın  cənub  vilayətlərində  Kağızkonan  şəhərində  olmuş  və  bu  şəhər 
haqqında  bəzi  məlumat  vermişdir.  O  yazır  ki,  Yagut  Həməvi  Kağızkonan 
                                                 
397
  V.Minorski.  “Hüdud  əl-aləm”i  ingiliscəyə  tərcümə  etdiyi  zaman  görünür,  İbn  Havqəlin  məlumatından  xəbəri  olmadığı 
üçün səhvən “məhfur”sözünü “plates”, yəni boşqab və ya metal əşya – deyə, tərcümə etmişdir. 
398
 İstəxri. Göstərilən əsəri, səh. 188. 
399
 İbn Havqəl. Göstərilən əsəri, səh. 347. 
400
 İbn Havqəl. Göstərilən əsəri, səh. 342. 
401
 İbn Havqəl. Göstərilən əsəri, səh. 344. 

:

books 200
books 200 -> İ. A. Axundov
books 200 -> Evropski centar za mir I razvoj
books 200 -> Əsgər Rəsulov


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


adaptacionnie-zanyatiya--.html

adaptaciya-detej-s-ovz--.html

adaptaciya-ili.html

adaptaciya-k-kosmicheskim.html

adaptaciya-organizma.html


Мышечный Слой - Е. В. Крылова С. В. Копылова Анатомия Человека Спланхнология
Большой Бухгалтерский Словарь 10000 Терминов Под Редакцией А. Н. Азрилияна - Бет 92
Orta ƏSrləRdə YaşAmış AzəRbaycanli AliMLƏR - SəHifə 149
Oruc ĠBadlı Aliyə ZəRgəRli - SəHifə 30
Town Of East Windsor Zoning Regulations
Содержание Гормонов Репродуктивной Системы Крыс При Интоксикации Госсиполом - Здравоохранения И Социального Развития
DəRslik MirzəLi Rasim Abdurazaqov RöVşəN ƏLiyev - SəHifə 2
Бытовые Дозиметры - №4 Базовой Подготовки Применение Приборов Радиационной И Химической Разведки, Контроля
БОСНИЯ И ГЕРЦЕГОВИНА - Сводные Данные Международных Конгрессно-Выставочных Мероприятий В Области Образования, Науки...
AzəRbaycan DiLİ VƏ TariXİ - SəHifə 97